Məhkəmə qərarları › İş №3(002)-1460/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1460/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1460/2023 27.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru, polis mayoru X1, Qaradağ 11-ci PB-nin CA üzrə baş əməliyat müvəkkili, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 11-ci PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs sərxoş vəziyyətdə 26 iyul 2023cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 17 ünvanında yerləşən 11-ci Polis Bölməsinin inzibati binasında polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X3 protokolu müdafiə edərək bildirmişdir ki, 26 iyul 2023-cü il tarixdə, saat 17:00 radələrində 11-ci PB-da xidmətdə olduğu zaman bir nəfər şəxs sərxoş vəziyyətdə polis bölməsinə gəlmiş və heç bir əsaslı səbəb göstərmədən bölmədə uca səslə nalayiq sözlər işlətmiş və söyüş söymüşdür. O yanında olan digər polis əməkdaşları ilə vətəndaşı inzitizama dəvət etsə də həmin şəxs öz hərəkətlərini davam etdirmişdir. Polisin qanuni tələbinə tabesizlik etmiş və baş nahiyyəsini divara vurmaqla özünə xəsarət yetirmək istəmişdir. Həmin şəxs portal vasitəsilə yoxlanılmış və onun Şəxs olduğu müəyyən edilmişdir. Nəticədə onun barəsində 27 iyul 2023-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs “həbs” növündə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ 11-ci PB-nin CA üzrə baş əməliyat müvəkkili, polis kapitanı X4 öz izahatında bildirmişdir ki, Şəxs 26 iyul 2023-cü il tarixdə, saat 17:00 radələrində 11-ci PB-da xidmətdə olduğu zaman sərxoş vəziyyətdə polis bölməsinə gəlmiş və heç bir əsaslı səbəb göstərmədən bölmədə uca səslə nalayiq sözlər işlətmiş və söyüş söymüşdür. O yanında olan digər polis əməkdaşları ilə vətəndaşı inzitizama dəvət etmiş və onu bölmədən uzaqlaşdırmışdır. Az sonra vətəndaş yenidən polis bölməsinə daxil olaraq həmin gün bölməyə dindirilməyə çağırılmış dostunu görməyi tələb etmişdir. Bundan sonra vətəndaş polis bölməsinin bəzi əməkdaşlarının belə daxil olması qadağan edilmiş “növbətçi hissyəyə” daxil olaraq səs-küy salmışdır. Polis əməkdaşları onu uzaqlaşdırmaq istədikdə isə o polisə müqavimət göstərmişdir. Həmin şəxsin şəxsiyyəti yoxlanılmış və onun Şəxs olduğu müəyyən edilmişdir. Odur ki, Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi inzibati pozuntunu etiraf edərək göstərmişdir ki, alilə olmaqla himayəsində iki azyaşlı uşağı var. Hadisə baş verən gün, yəni 26 iyul 2023-cü il tarixdə, saat təxminən 17:00 radələrində bir tanışının 11-ci Polis Bölməsində dindirilməsi səbəbilə bölməyə getmiş, spirtli içkinin təsiri altında oluğundan öz hərəkətlərini idarə edə bilməmiş və polis bölməsində ictimai qaydanı pozmuşdur. Lakin polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmişdir. Hal-hazırda səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu göstərərək, barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyəyn edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs 26 iyul 2023-cü il tarixdə, saat 17:00-da xırda xulqanlıq və polisə tabesizlik etməsi səbəbilə inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 26 iyul 2023-cü il tarixli, 2/23922 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Şəxs həmin gün saat 19:40 radələrində tibbi müayinədən keçirilərkən onda “orta dərəcədə” alkoqol sərxoşluğu faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 11-ci PB-na həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar