Məhkəmə qərarları › İş №3(002)-1460/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1460/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1460/2025 17.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçisi 10 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, (himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 182/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hazırda Şəxs X4 ümumilikdə 9655 manat ödənilməmiş borcu vardır və borcunu üzrsüz səbəbdən ödəməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış borclu şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-182/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hazırda Şəxs X4 ümumilikdə 9655 manat ödənilməmiş borcu vardır və borcunu üzrsüz səbəbdən ödəməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış borclu şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan əlavə borclu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bundan başqa 30 may 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında da tərəflər arasında barışıq əldə edilmiş, tələbkar borcun ayda 300 manat olmaqla hissəhissə ödənilməsinə razılıq versə də, borclu yenə də öhdəliyini yerinə yetirməmişdir ki, bu hal onun icra sənədinin icrasında qərəzli olaraq yayındığını göstərir. Həmçinin daha əvvəl məhkəmə tərəfindən barəsində inzibati tənbeh tətbiq edilsə də, borclu bundan da nəticə çıxarmamış, sadəcə onun əmək haqqından tutulmalar icra edilmişdir. Lakin o, öz ərizəsi əsasında işdən çıxdığından tutulmaların həyata keçirilməsi mümkün olmamışdır. Sonuncu dəfə bu ilin əvvəlində onun barəsində tərtib olunmuş inzibati protokola məhkəmədə baxılarkən o, hər ay mütəmadi ödənişlər həyata keçirəcəyini bildirsə də yanvar ayından may ayına kimi olan müddət ərzində heç bir ödəniş etməmiş, yalnız may ayında 100, iyun ayında 100, bugün də barəsində inzibati protokol tərtib edildikdən sonra 300 manat ödəniş etmişdir. Həmçinin borclu çağırışlara gəlməkdən yayınır, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat vermir. Borclunun əri ilə söhbət zamanı onun da əmək fəaliyyəti ilə məşğul olması, sabit aylıq gəlirinin olduğu müəyyən edilmişdir. Göründüyü kimi borclu tərəfindən Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsi uzun müddətdir ki, icra edilməmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, işdən çıxdığı üçün ödəniş edə bilməməmişdir. Maddi imkanı çox ağırdır, himayəsində beş uşağı var ki, onlardan biri azyaşlıdır. Bununla belə imkan daxilində ödəniş etməyə çalışır, bugün tələbkara 300 manat ödəniş etmişdir. Borcunu ödəmək niyyətində olduğunu, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmadığını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlilliyi yoxdur. İcra məmurunun çağırışlarından yayınmır. Məhkəmə iclasında iştirak edən müdafiəçi X7 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs yanvar ayından bugünə kimi 600 manat ödəniş etmişdir ki, bu da onun icra sənədinin icrasından qərəzli olaraq yayınmadığını göstərir. İcra məmurunun çağırışlarına vaxtında gələ bilməməsinin uzaq məsafədə işləməsi əlaqədar üzrlü səbəbdən baş verməsini, himayəsində azyaşlı uşağı, xəstə qayınanasının olmasını, maddi imkanı daxilində ödənişlər həyata keçirməsini nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 öz izahatında bildirmişdir ki, borclunun maddi imkanı olmaması, bu səbəbdən borcunu ödəyə bilməməsi barədə bildirdikləri həqiqəti əks etdirmir. O, borclu ilə qonşuluqda yaşayır. Şəxs məhkəmədə maddi vəziyyətinin çox ağır olduğunu bildiririr, lakin hər gün işinə taksi ilə gedib gəlir. Onun özündən başqa digər ailə üzvləri də əmək fəaliyyəti məşğul olur. Yaxın müddətdə öz övladına da toy məclisi təşkil etmişdir. Lakin borcunu ödəməyə gəldikdə Nəzakət pulunun olmadığını bildirir. Dəfələrlə borcun hissə-hissə ödənilməsi barədə razılığa gəlsələr də o, hər dəfəsində öz öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Borcludan icra sənədini tam olaraq icra etməsini, əks təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sərt inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 182/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 13000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan da görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-182/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqələrində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 182/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hazırda Şəxs X4 ümumilikdə 9655 ödənilməmiş borcu vardır və borcunu üzrsüz səbəbdən ödəməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış borclu şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 3(002)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə borclu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qərardadından görünür ki, Qaradağ Rayon İcra Şöbəsinin təqdimatı təmin olunraq bocrlu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-182/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hazırda Şəxs X4 ümumilikdə 9655 ödənilməmiş borcu vardır və borcunu üzrsüz səbəbdən ödəməmişdir. İcra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Borclu tərəfindən tələbkarın xeyrinə ötən aylarda ödəniş edilməsinə baxmayaraq, ödənilmiş məbləğ ümumi borca münasibətdə cüzi olmuş və borclu icranı tam olaraq təmin etməkdən qərəzli boyun qaçırmışdır. Həmçinin, borcluya cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair dəfələrlə xəbərdarlıq, həmçinin sonuncu dəfə anoloji inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, eyni inzibati xəta əməli borclu şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilmişdir. Tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə olunsa da borclu yenə də öhdəliyini yerinə yetirməmiş, aylıq ödənişlər etməkdən yayınmışdır. Bundan əlavə sonuncu barəsində 09 yanvar 2025-ci il tarixdə inzibati tənbeh tətbiq edildikdən sonra uzun müddət ərzində icra sənədinin icrası ilə bağlı hər hansı bir tədbir görməmiş, yalnız barəsində təkrar inzibati protokol tərtib edildikdən sonra tələbkarın xeyrinə ödəniş etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs qərarın icrasına laqeyd yanaşaraq borcunu ödəməmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, himayəsində iki yetkinlik yaşına çatmayan, bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar