Məhkəmə qərarları › İş №3(002)-1463/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1463/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1463/2020 07.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Səlyan yolu küçəsindəpolis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin sahə inspektoru polis mayoru X2 çıxışında bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Qaradağ RPİ-nin polis nəfərləri polis serjantları Zaur Babayev və Xəqni Məhərrəmov Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Səlyan yolu küçəsində xidmət aparan zaman bir nəfər şəxs onlara yaxınlaşaraq özünə məxsus maşınının oğurlandığını söyləmiş, əməkdaşlarda həmin şəxsə ərazi üzrə Qaradağ RPİ-nin 11-ci pb-nə müraciət etməsini bildirmişlər. Bu zaman kənardan vətəndaşlardan biri əməkdaşların ünvanına nəlayiq söyüşlər söyməyə başlamışdır.Əməkdaşlar həmin şəxsi nizam-intizama dəvət etsələr də həmin şəxs öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Nəticədə həmin şəxs polis əməkdaşları tərəfindən 11-ci Polis Bölməsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Polis bölməsində müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş Şəxsdur. Şəxs əməlində xırda xuliqanlıq müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilərək Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində Qobustan qəsəbəsində yerləşən kafelərin birində yaxın dostları ilə yemək yedikdən sonra qəsəbəyə çıxmışlar. Həmin zaman dostu Səxavətə məxsus avtomobilin əvvəlcədən onun yaşadığı evin qarşısında saxlandıdığı yerdə olmadığını görmüşlər. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşlarını görərək onlara yaxınlaşıb bu barədə onlara bildirmişlər. Polis əməkdaşlarıda onlara ərazi üzrə Qaradağ RPİ-nin 11-ci pb-nə müraciət etmələrini təklif etdilər. O da həmin vaxt osərxoş vəziyyətdə olduğundan maşını aparan şəxslərin ünvanına söyüş işlətmişdir. Polis əməkdaşlarına qarşı həmin vaxt içkili olduğundan nalayiq ifadələr işlətməsini xatırlaya bilmir, ona görə də polis əməkdaşlarından üzr istəyir. Hazırda əməlindən peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Bakı şəhəri DYPİ-nin YPXA-nın 10cu tağımı YPX-nin inspektoru polis baş leytenantı X3 bildirmişdir ki, Məhkəmə iclasında şahid qismində izahat vermiş Qaradağ RPİ-nin PPX-i bölüyünün polis nəfəri polis srjantı X4 oğlu bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Qaradağ RPİ-nin polis nəfərləri polis serjantı Zaur Babayevlə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Səlyan yolu küçəsində xidmətdə olarkən bir nəfər şəxs onlara yaxınlaşaraq özünə məxsus maşınının oğurlandığını dedilər, mən və xidmət yoldaşım Z.Babayevdə həmin şəxsə ərazi üzrə Qaradağ RPİ-nin 11-ci pb-nə müraciət etməsini təklif etdik. Bu zaman kənardan adını soyadını sonradan bildiyi Şəxs adlı soyadlı şəxs onların ünvanına nəlayiq söyüşlər söyməyə başlamışdır. Biz həmin şəxsi nizam-intizama dəvət etsəkdə o öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Nəticədə Şəxs tərəflərindən 11-ci Polis Bölməsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də inzibati materiala əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal buraxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə edilsin və o, məhkəmə iclas zalından dərhal buraxılsın. Qərardan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar