Məhkəmə qərarları › İş №3(002)-1463/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1463/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1463/2023 28.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə inspektoru, polis mayoru X3, Qaradağ RPİ-nin 38-ci PB-nın CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 38-ci PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 27 iyul 2023-cü il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə inspektoru, polis mayoru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 27 iyul 2023-cü il tarixdə, saat təxminən 20:45 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Xəyyam Heydərov və Qaradağ RPİ-nin 38-ci PB-nın CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X4 birlikdə inzibati ərazidə xidmətdə olan zaman vətəndaş X2 ölümlə hədələdiyinə görə barəsində təhqiqat bölməsində araşdırma aparılan və polis bölməinə gəlmədiyinə görə barəsində məcburi gətirmə barədə qərar qəbul edilmiş Şəxs görüb ona yaxınlaşmışlar, lakin vətəndaş polis əməkdaşlarının tələbinə tabe olmayaraq PB-na getməkdən imtina etdərək səs-küy salmağa və ətrafdakıların diqqətini cəlb etməyə başlamışdır. Nəticədə Qaradağ RPİ-nin PPX-nin polis baş serjantı Fuad Sərdarov və polis serjantı Vüqar Əliyev də həmin əraziyə yaxınalaşaraq vətəndaşı xidməti maşına əyləşdirib 38-ci PB-ya gətimişlər. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək vətəndaş Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nın CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X4 öz izahatında bildirmişdir ki, 27 iyul 2023-cü il tarixdə, saat təxminən 20:45 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Xəyyam Heydərovla birlikdə inzibati ərazidə xidmətdə olan zaman Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, bina 18-in qarşısında, narkotik vasitələrin istifadəsində şübhəli olan, 08 iyul 2023-cu il tarixdə vətəndaş X2 ölümlə hədələdiyinə görə barəsində HK-1-726 saylı araşdırma aparılan, ünvan 2 ünvanında yaşayan və qeydiyyatda olan Şəxs görüb ona yaxınlaşıb, özlərini təqdim etmiş və ona 38-ci PB-na getməsini bildirmişlər. Lakin o polis əməkdaşlarının tələbinə tabe olmayaraq PB-na getməkdən imtina etdərək səs-küy salmağa və ətrafdakıların diqqətini cəlb etməyə başlamışdır. Buna görə də onlar ərazidə xidmətdə olan PPX-nin əməkdaşlarını köməyə çağırmış və həmin şəxsi 38-ci PB-na aparmışlar. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində inzibati həbsin növündə tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, subaydır. 27 iyul 2023-cü il tarixdə, saat təxminən 20:45 radələrində yaşadığı doqquz mərtəbəli binanın blokuna çıxarkən gözlənilmədən polis əməkdaşları ona hücum etmişlər. Təxminən iyirmi dəqiqə onu yerdə sürümüşlər. Səs-küyə yaxınlıqdakı insanlar gəlmiş, bunu görən polis əməkdaşları ÇPA-nın əməkdaşlarını həmin əraziyə çağırmış və onu polisin xidməti avtomobilinə əyləşdirərək 38ci PB-ya aparmışlar. O öz izahatında polisə qarşı heç bir nalayiq ifadə işlətmədiyini və polisə müqavimət göstərmədiyini bildirərək barəsində olan inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 27 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə 27 iyul 2023-cü il tarixdə, saat 21:05 radələrində inzibati qaydada tutulmuş və 28 iyul 2023-cü il tarixdə saat 10:20-də tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixatrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında” 28 iyul 2023-cü il tarixli, 2614 saylı protokoldan aydın olur ki, Şəxs 28 iyul 2023-ci il tarixdə, saat 11:10 radələrində müayinədən keçirilərkən onda MOP (+1) müsbət, TML (+) müsbət, OPİ (+) müsbət, aşkar edilmiş, MTDİ - mənfi, THCİ-mənfi, COCİmənfi, DNA 1- mənfi, AMPİ-mənfi, TCAİ-mənfi, BD –mənfi aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs şəxsiyyətini, onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və əsaslıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar