Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1464/2020 07.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “xxxxx” MMC-də quraşdırıcı vəzifəsində çalışan, ünvan 1 mənzil 73 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qaradağ rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-4192/2015 saylı, xx xxxxxxxx 2015-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Qaradağ rayon məhkəməsinin 2(002)-4192/2015 saylı, xx xxxxxxxx 2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1,313 manat əsasə borc, 325.28 manat kreditə görə faiz borcu və 326 manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumu məbləğində 30 manat, cəmi 1994.28 qəpik “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması qət edilmiş, Şəxs məxsus “VAZ 21074” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil ixtisaslaşdırılmış açıq hərracdan satılaraq borcun ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Bu günədək borclu heç bir ödəniş etməmiş və avtomobilin harada olmasından da məlumatsızır. Hazırda borculunun tələbkara 1994.28 manat məbləğində ödənilməmiş borcu yarandığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasə xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır, Qaradağ rayon məhkəməsinin 2(002)- 4192/2015 saylı, xx xxxxxxxx 2015-ci il tarixli icra vərəqəsinə əsasən ondan 1,313 manat əsas borc, 325.28 manat kreditə görə faiz borcu və 326 manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumu məbləğində 30 manat, cəmi 1994.28 qəpik “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin xeyrinə tutulması qət edilmiş, Şəxs məxsus “VAZ 21074” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil ixtisaslaşdırılmış açıq hərracdan satılaraq borcun ödənilməsi qət edilmişdir. Ölkədə “xüsusi karantin” rejimi tətbiq edildiyindən heç bir yerdə işə girə bilməmişdir. Lakin halhazırda təzəlikcə “xxxxx” Birgə Müəssisəsində quraşdırıcı kimi işə qəbul olunmuş və aylıq gəliri 700 manat təşkil edir. O məhkəmə qətnaməsini icra etməkdən qəsdən boyun qaçırtmır. Bundan başqa yuxarıda qeyd olunan avtomobilin harada olmasından məlumatsızdır, belə ki, həmin avtomobil bir nəfər tanışının xahişi ilə onun adına rəsmiləşdirilsə də, faktiki olaraq avtomobil əvvəldən onda olmamışdır. Hal-hazırda törətdiyi əməldən peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və yaxın müddətdə borcunu tam ödəyəcəyini nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbqi edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və hal-hazırda rəsmi işləmklə müvafiq gəlirə malik olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1464/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1464/2020
07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver