Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1466/2020 16.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs (bundan sonra-“ Şəxs” MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Dəyərləndirilməsi və X4 şöbəsindən daxil olmuş 34/024/024034 saylı xx.xx.2020-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, raportda qeyd edilən Şəxs MMC-nin ünvanına **********157 saylı gömrük bəyannaməsi ilə daxil olan yüklərə gömrük dəyəri bağlı araşdırılma aparılması məqsədi ilə baxış keçirilən zaman, bəyannamədə malların mənşə ölkəsinin müxtəlif mal mövqeləri üzrə Çin Xalq Respublikası, Tayvan, Koreya Respublikası və Tayland kimi bəyan olunduğu halda, malların qablaşdırılmasının üzərində “MADE İN EXTRA EU-SDELANO ZA PREDELAMİ ES” qeyd edilmişdir. Araşdırma məqsədilə N20E/01788 nömrəli invovs əsasında **********1575 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin mənşəyini və dəyərini müəyyənləşdirmək məqsədilə tərəflərindən 1400-013/0xx-xx/006743 nömrəli, xx.xx.2020ci il tarixli və 1400-013/0xx-xx/006742 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə və Mərkəzi Gömrük Ekspertizasına müraciət edilmişdir. Həmçinin Mərkəzi Gömrük Ekspertizasından daxil olmuş 2200-016/0xx-xx/005133 saylı, xx.xx.2020-ci il tarixli ekspertiza rəyinə əsasən N20E/01788 nömrəli invoys əsasında bəyan edilmiş “Japanparts” şirkətinə məxsus olan “Ashika” nişanlı avtomobil ehtiyat hissələri Çin mənşəli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/3420 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən N20E/01788 nömrəli invoys əsasında bəyan edilmiş 562 adda yüklərin orta bazar qiyməti 219857 manat müəyyən edilmişdir. Odur ki, bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə “Şəxs" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/027702 saylı xx.xx.2020-ci il tarixli raportla sorğu olunmuş, adı qeyd olunan şöbədən daxil olmuş 34/012/027760 saylı xx.xx.2020-ci il tarixli raportda Şəxs MMC tərəfindən **********1575 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3420 saylı rəyinə əsasən həmin malların ümumilikdə orta bazar qiyməti 219857 manat olduğu təqdirdə, **********575 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniş yaranmadığı qeyd olunmuşdur. **********1575 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mənşə sertifikatında “Ashika” firmasından idxal edilmiş malların mənşəyinin Çin, Cənubi Koreya, Tayvan, Tayland, Maleziya, Türkiyə, Yaponiya olduğu göstərilsə də, 2200-016/0xx-xx/005133 saylı, xx.xx.2020-ci il tarixli ekspertiza rəyinə əsasən həmin yüklərin mənşəyinin Çin olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, təmsi etdiyi şirkət uzun müddətdir ki, avtomobillərin ehtiyat hissələrini ölkəyə idxal edir. Şirkətin ünvanına daxil olmuş yüklər Bakı Baş Gömrük İdarəsində mal müşayət sənədləri əsasında **********1575 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. İdxal etdikləri “Ashika” markalı yüklərin təqdim etdikləri sertifikata əsasən tərəflərindən Çin, mənşəyinin Cənubi Koreya, Tayvan, Tayland, Maleziya, Türkiyə, Yaponiya kimi göstərilmiş və gömrük bəyannaməsində də həmin səkildə qeyd edilmişdir. Bundan başqa yüklərin üstündə “made in Extra EU- SDELANO ZA PREDELAMİ ES” kimi göstərilmişdir. Bu da tərcümə də Avropa İttifaqından kənarda istehsal olunduğu mənasının daşıyır, “Ashika” firmasının Avropa İttifaqında istehsalı həyata keçirmir.Göstərilənləri və inzibati xəta hadisəsinin qəsdən törədilməməsi nəzərə alınaraq məhkəmədən təmsil etdiyi hüquqi şəxsin barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC-nin nümayəndəsi X3 xx.xx.2020-ci il tarixli 00100-2113/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3420 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş ehtiyat hissələrinin xx.xx.2020-ci il tarixə bazar qiyməti təxminən 219857,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Bakı Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Dəyərləndirilməsi və X4 şöbəsindən daxil olmuş 34/024/024034 saylı 31,08.2020-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, raportda qeyd edilən ŞəxsMMC-nin ünvanına **********1575saylı gömrük bəyannaməsi ilə daxil olan yüklərə gömrük dəyəri bağlı araşdırılma aparılması məqsədi ilə baxış keçirilən zaman, bəyannamədə malların mənşə ölkəsinin müxtəlif mal mövqeləri üzrə Çin Xalq Respublikası, Tayvan, Koreya Respublikası və Tayland kimi bəyan olunduğu halda, malların qablaşdırılmasının üzərində “MADE İN EXTRAEU-SDELANOZAPREDELAMİ EC” qeyd edilmişdir. Araşdırma məqsədilə N20E/01788 nömrəli invoys əsasında **********1575 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin mənşəyini və dəyərini müəyyənləşdirmək məqsədilətərəfimizdən1400-013/0xx-xx/006743nömrəli,xx.xx.2020-ciil tarixli və 1400-013/0xx-xx/006742 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə və Mərkəzi Gömrük Ekspertizasına müraciət edilmişdir. Həmçinin Mərkəzi Gömrük Ekspertizasından daxil olmuş 2200-016/0xx-xx/005133 saylı, xx.xx.2020-ci il tarixli ekspertiza rəyinə əsasən N20E/01788 nömrəli invoys əsasında bəyan edilmiş “Japanparts" şirkətinə məxsus olan “Ashika” nişanlı avtomobil ehtiyat hissələri Çin mənşəli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/3420 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən N20E/01788 nömrəli invoys əsasında bəyan edilmiş 562 adda yüklərin orta bazar qiyməti 219857 manat müəyyən edilmişdir. Odur ki, bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/027702 saylı 01,10.2020-ci il tarixli raportla sorğu olunmuş, adı qeyd olunan şöbədən daxil olmuş 34/012/027760 saylı xx.xx.2020-ci il tarixli raportda "Şəxs” MMC tərəfindən **********1575 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3420 saylı rəyinə əsasən həmin malların ümumilikdə orta bazar qiyməti 219857 manat olduğu təqdirdə **********575 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniş yaranmadığı qeyd olunmuşdur. **********1575 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mənşə sertifikatında “Ashika” firmasından idxal edilmiş malların mənşəyinin Çin, Cənubi Koreya, Tayvan, Tayland, Maleziya, Türkiyə, Yaponiya olduğu göstərilsə də, 2200-016/0xx-xx/005133 saylı, xx.xx.2020-ci il tarixli ekspertiza rəyinə əsasən həmin yüklərin mənşəyinin Çin olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 482.3-cü maddəsinə əsasən, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh edilməklə cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində vəsait Şəxs MMC -dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 55.2, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1000 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1466/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1466/2020
16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver