Məhkəmə qərarları › İş №3(002)-1468/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1468/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1468/2024 20.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, «X5 ve X6 ve Dış Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-nin 239, 266.2, 253-1.4, 271-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən «X5 ve X6 ve Dış Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının İnzibati Xətalar Məcəlləsinin 239, 266.2, 253-1.4, 271-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Tərtib edilmiş 04 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 16 mart 2024-cü il tarixdə «X5 ve X6 ve Dış Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının ərazisində tullantıların qalaqlanması, yandırılması, emalı yerlərinin müəyyənləşdirilməməsi, yaşıllıqların mühafizəsi tədbirlənin görülməməsi, həmçinin müəssisəsinin təsərüffat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, təmsil etdiyi nazirliyin 168 saylı çağrı mərkəzinə ünvan 1 ünvanında yaşayan Rüfət Səfərov tərəfindən “Xocahəsən” yarımstansiya 1 servisinin yanında təkər, naqil yandırılan zəhərli tüstü narahat edir” məzmunlu daxil olmuş müraciət şikayətçi Səfərov Rüfət və Yetimova Bilalın iştiraklı ilə araşdırılmışdır. Araşdırma zamanı Səfərov Rüfət və digər şikayətçilər Lökbatan, Xocahəsən şossesi, 10/6A ünvanında işlədiklərini və yaxınlıqda yerləşən sexdə mütəmadi yanğın törədildiyini, yaranan qara tüstüdən narahat olduqlarını bildirmişlər. Araşdırma zamanı Qaradağ rayonu, Lökbatan ştq, Xocahəsən yolu, Lökbatan-Xocahəsən şossesinin sağ tərəfində yerləşən 1200 m2 iş sahəsinin (700 m2 hissəsi anbar və 500 m2 hissəsi metal əritmə sahəsi) “Elektrik məişət Cihaz ATSC” tərəfindən «X5 ve X6 ve Dış Ticaret Limited» şirkətinə icarə verildiyi müəyyən olunmuşdur. Şikayətlə əlaqədar olaraq tərəflərindən şirkətin direktoru Yetimova Bilalın iştirakı ilə keçirilən baxış zamanı ərazidə tullantıların qalaqlandığı, yandırıldığı, həmçinin mövcud yaşıllıqların kökətrafı hissələrinə tullantıların yığıldığı aşkar olunmuşdur. Əraziyə keçirilən baxış zamanı ayrı-ayrı hissələrdə yanma işlərinin olduğu da müşahidə edilmişdir. Araşdırma müddətində Yetimova Bilal tərəfindən tullantıların idarə olunması ilə bağlı müqavilələr ekoloji normativ sənədlər təqdim edilməmişdir. Qeyd olunanlarla əlaqədar şirkətin direktoru Yetimova Bilala “Yaşıllıqların mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinin pozulduğu izah olunaraq akt və protokol tərtib olunacağı bildirilsə də tərtib olunan aktda iştirak etməkdən və imza çəkməkdən imtina etmişdir. Araşdırma müddətində əldə olunan sənədlər, izahat, foto şəkillər monitorinq aktına əlavə edilmişdir. Beləliklə «X5 ve X6 ve Dış Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən törədilən xətalar bundan ibarətdir; ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsi, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi. Bütün bu halların nəzərə alınaraq «X5 ve X6 ve Dış Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Nümayəndə öz izahatında əlavə olaraq bildirmişdir ki, həmin şirkətin rəhbərliyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejiminin təsdiq edilmesi haqqında 2018-ci il 23 yanvar tarixli 21 nömrəli qərarınə əsasən) "X5 ve X7 ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ərazisində olan yaşıllıqların kök ətrafı hissəsinə toplanmış tullantıların götürülərək ağacların açıq torpaq səthinin saxlanılmasının təmin edilməsi, müəssisənin fəaliyyəti zamanı yaranan bütün növ tullantıların qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunması təmin edilərək bu barədə 11 X3 və Təbii Sərvətlər İdarəsinə məlumat verilməsi, müəssisənin fəaliyyətinə dair ekoloji normativ sənədlərin (ekoloji ekspertiza reyi, ekoloji pasport, atmosferə atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin invertariaşdırılması) 11 X3 və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsinin təmin edilməsi, müəssisə daxili ətraf mühitin müəssisə monitorinqi və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatlarının (tullantıların invertarlaşdırılması, tullantı mənbələrinin yerinin müəyyənləşdirilməsi, 2TG satatistik hesabatlar) aparılaraq 11 X3 və Təbii Sərvətlər İdarəsinə məlumat verilməsi tapşırılmış və eyni zamanda həmin tapşırığa əməl olunmadığı təqdirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının 541-ci maddəsi ilə inzibati icraat başlanılacağı barədə xəbərdarlıq edilmişdir. Lakin xəbərdalığa əməl edilmədiyindən təmsil etdiyi idarə tərəfindən 14 may 2024-cü il tarixdə, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və "X5 ve X7 ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri barəsində 3000 manat cərimə növündə inzibati tənbeh şərti olaraq tətbiq edilmişdir. Həmin qərardan narazı qalan filialın direktoru Bilal Yetimova Bakı şəhəri Yasamal rayon Məhkəməsinə ərizə ilə müraciət edərək inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 3(004)-2715/2024 saylı qərarına əsasən şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin 14 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq «X5 ve X6 ve Dış Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə «X5 ve X6 ve Dış Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, «X5 ve X6 ve Dış Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmaması, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsi, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, «X5 ve X6 ve Dış Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikası İXM-nin 239, 266.2, 253-1.4, 271-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bu faktı iş materiallarına əlavə edilmiş sənədlər və fotoşəkillərlə də öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 253-1.4-cü maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.2-ci maddəsində göstərilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda qeyd olunan qanun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, «X5 ve X6 ve Dış Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı daha ciddi xətaya görə yəni, İXM-nin 266.2-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X5 ve X6 ve Dış Ticaret Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10000 (on min) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar