Məhkəmə qərarları › İş №3(002)-1469/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1469/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1469/2021 21.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3 oğlunun iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X1 tərtib etdiyi 03 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 iyun 2021-ci il tarixli qərarı üzrə 600 manat məbləğində cəriməni və 25 manat məbləğində dəymiş ziyanı ödəməkdən qərəzli boyun qaçırdığına görə onun İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 iyun 2021-ci il tarixli qərarı üzrə Şəxs Şamaxı şossesi 7-də yerin təkindən istifadəyə dair sənəd təqdim edilmədən yerin təkindən qanunsuz istifadə etdiyinə görə 25 manat dəymiş ziyan və 600 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin 22 noyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs barəsində icra sənədi üzrə icraat başlanılmışdır. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya göndərilmişdir. Lakin borclu bu günədək heç bir ödəniş etməmiş və qərarın icrasından qərəzli şəkildə yayınmışdır. Belə ki, borclu Şəxs 03 dekabr 2021-ci il tarixdə icra şöbəsində izahat verərkən yaranmış borcundan xəbərdar olduğunu və heç bir ödəniş etməyəcəyini təkidlə bildirmişdir. Odur ki, Şəxs yaranmış borcunu qərarın qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs rəsmi qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. İş materiallarına əlavə edilmiş, Şəxs 03 dekabr 2021-ci il tarixli izahatından aydın olur ki, o, icra sənədi üzrə heç bir ödəniş etməmiş və gələcəkdə də hər hansı bir ödəniş etməyəcəyini göstərmişdir. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 03 dekabr 2021-ci il tarixli MN ******* nömrəli protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 529.1.-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq barəsində ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsinə 200 (iki yüz) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə; ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar