Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-147/2021 08.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük X1 Məcəlləsinin 505-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 00100-2154/20 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Hindistandan yük avtomaşında mallar daxil olmuşdur. Bakı Baş Gömrük İdarəsində araşdrıma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC gömrük bəyannaməsi üzrə ümumilikdə 932.68 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində göstərilir ki, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, daxil olmuş inzibati materialdan aydın olur ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs olan Şəxs MMC ünvanına xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar **********1033 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərkən malların XİF kodunun düzgün kod altında sinifləşdirməyərək üzərinə düşən öhdəliyi düzgün icra etməməklə əlavə gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Göründüyü kimi ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-yə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində baş verməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qeyd olunan hüquqi şəxs, üzərinə düşən öhdəliyi Bakı Baş Gömrük İdarəsində icra etməli olsaydı belə, yenə də həmin inzibati işə baxılmasının Qaradağ rayon Məhkəməsinə heç bir aidiyyatı yoxdur. Belə ki, Bakı Baş Gömük İdarəsinin ərazi yurisdiksiyası Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisinə aid deyildir. Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, işin baxılmasına mane olan hallar aradan qaldırılmadan işə məhkəmədə baxılması mümkün deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 00100-2154/20 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan və mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol geri qaytarılmalıdır. Eyni zamanda sonuncu dəfə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(002)-2586/2020 saylı qərardadı ilə geri qaytarılmış xx xxxxxxx 2020-ci il tarixli, 00100-2154/20 nömrəli inzibati xəta haqqında protokol heç bir dəyişiklik edilmədən, yəni qərardadda göstərilmiş natamamlıqlar aradan qaldırılmadan ona əlavə edilmiş sənədlərlə yenidən səlahiyyətli orqan tərəfindən xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər səlahiyyətli orqana geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-147/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-147/2021
08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver