Məhkəmə qərarları › İş №3(002)-1471/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1471/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1471/2025 18.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlu Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, M ü ə y y ə n e t d i m: Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi tərəfindən Şəxs barəsində MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş öyrənilərkən onun baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan raportda Şəxs barəsində şöbədə araşdırma olduğundan onun şöbəyə dəvət olunduğu, lakin polisin qanuni tələbinə məhəl qoymayaraq şöbəyə gəlməkdən imtina etmişdir.Lakin iş materialları nəzərdə keçirilərkən araşdırma ilə bağlı hər hansı sübutun materiala əlavə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa protokol nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ izah edilməmiş və ivə ya öz hesabına vəkil tutmaq imkanı yaradılmaqla vəkildən imtinasına dair hər hansı ərizə alınmamışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Qaradağ Rayon Polis İdarəsi 10-cu PŞ-dən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələrilə tərtib edilmiş MN ******* saylı, xx.xx.2025ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar