Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1477/2021 09.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Hacıqabul rayonu, Navahi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 3, mənzil 3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş 09 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28 oktyabr 2021-ci il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəmnində döyərək sonuncunun sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs Şəxs onu döyməsi barədə şikayət ərizələri əsasında toplanmış material üzrə araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından 03 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. 09 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, Şəxs barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Bir neçə ay bundan əvvəl azyaşlı uşaqları bir-biri ilə dalaşdıqları üçün onların arasında münasibət pisləşmişdir. 28 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadıqları Ələt qəsəbəsində, övladını ötürüb evə qayıdarkən Samirə də onun arxasıyca gəlirərək ona yaxınlaşıb ondan polisə şikayət etməyinin səbəbini soruşmuşdur. O da Samirəyə onu və ailəsini təhqir etdiyi üçün şikayət etdiyini bildirmişdir. Bundan sonra samirə onu təhqir etməyə başlamış, o da Samirənin təhqirlərinə dözməyib onu çiynindən tutaraq yavaşca itələmişdir. Sonrada Samirəyə “mən səninlə burada mübahisə etməyə özümə ayıb bilirəm” sözlərini deyib getmişdir. O, Samirəni vurmamış, onu nəlayiq ifadələrlə təhqir etməmiş və ona hər hansı xəsarət yetirməmişdir. Samirə ona şər və böhtan atır. Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Şəxs oğlu izahatında göstərmişdir ki, B. Arzu onun qonşusudur, əvvəllər münasibətləri yaxşı olmuşdur. Lakin son zamanlar azyaşlı uşaqları bir-biriləri ilə dalaşdıqları üçün aralarında münaqişə yaranmışdır. 28 oktyabr 2021-ci il tarixdə saat 09:00 radələrində səhər saatlarında yaşadıqları Ələt qəsəbəsindəyolda Arzunu görmüş və bu zaman ona “mən sənə nə etmişəm ki, məndən polisə şikayət etmisən” sözlərini demişdir. Bu zaman Arzu Bəbirova ona “əcəb etmişəm şikayət etmişəm” cavabını verib üzərinə gələrək onu itələmiş, sonrada təpiklə böyür nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra o da xəsarət aldığı üçün TTY stansiyasına müraciət etmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə müraciət edərək Şəxs oğlunu bağışlamadığını və onunla barışmadığını nəzərə alınaraq məhkəmədən ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında təqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Qüdrət Əliyevin tərəfindən 03 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərardan görünür ki, Şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə araşdırma aparılmış və Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin 01.11 2020-ci il tarixli 791 saylı ekspert rəyin nəticəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ saidin sıyrığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi 28.10.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan izahatlar, o cümlədən protokolun məzmunu, hadisə yerinə baxış keçirilməsi haqqında 28.10.2021-ci il tarixli protokol, iş üzrə keçirilmiş 29.10.2021-ci il tarixli 791 saylı ekspert rəyi, habelə məhkəmə baxışının gedişatında verilmiş izahatların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Şəxs oğlunun məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, hadisə yerinə baxış keçirilməsi haqqında 28.10.2021-ci il tarixli tarixli protokol, ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində icraat aprılan şəxin qadın olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1477/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1477/2021
09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver