Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1478/2025 21.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(002)- 2782/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 2666 manat aliment borcunun X1 xeyrinə, həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1845/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 7222 manat "xxxx" ASC-nin xeyrinə ödənişi həyata keçirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq (xx.xx.2021-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardad nəzərə alınmaqla) Şəxs X3 xeyrinə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya ünvanlanmışdır. X13 işlədiyi müddət ərzində onun əmək haqqından tutulmalar icra olunmuşdur. Şəxs izahatına əsasən müəyyən olunur ki, o, ixtisara düşərək işini itirmiş, bundan sonra Rusiya Federasiyasında işləməyə başlamışdır. Həmin müddət ərzində qeyri sabit ödənişlər etmişdir. Keçən ilin noyabr ayında ölkəyə qayıtdıqda onun 4466 manat borcu olmuşdur. Daha sonra tərəflər razılığa gəlmiş, Şəxs birgə nikah dövründə inşa etdikləri evi X3 adına rəsmiləşdirməsi şərti ilə sonuncu borclunun ona aliment borcunun olmaması və icra sənədinin məhkəməyə geri qaytarılması barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Evin sənədləşməsində problem yarandığı üçün tərəflər arasında mübahisə yaranmış, tələbkar şikayətçi olmuşdir. Bundan sonra borclunun 04 dekabr 2024-cü il tarixdən bugünə olan borcu hesablanmış, həmin məbləğ 2666 manat təşkil etmişdir. Hesablama aparılarkən borclunun rəsmi əmək haqqısı olmadığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq ölkə üzrə orta aylıq əmək haqqının məbləği əsas götürülmüşdür. Borclunun əlaqə nömrəsi olmadığından və qeydiyyatda olduğu ünvanda yaşamadığından barəsində axtarış qərarı qəbul etmişdir. Sonuncu polis əməkdaşları tərəfindən şöbəyə təmin olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Bos Shelfdə işlədiyi müddətdə aylıq ödənişlər etmişdir. Lakin işdən çıxarıldıqdan sonra iş tapa bilmədiyi üçün Rusiyaya getmişdir. Orada gündəlik işlərlə məşğul olmuş, imkan daxilində aliment öhdəliyinə uyğun tələbkara ödəniş etmişdir. Daha sonra tələbkarla razılığa gələrək inşa etdiyi evi onun adına rəsmiləşdirməyə qərara almışlar. Evin sənədləşmə işlərində problem yaranmış, bu hal tələbkarın narazılığına səbəb olmuşdur. Hal-hazırda işləmədiyi, özünə iş axtardığı üçün alimenti ödəyə bilmir. Barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir, əlilliyi olmayan şəxsdir. Müdafiəçidən imtina etməsi onun maddi vəziyyəti ilə bağlı deyildir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 izahatında bildirmişdir ki, X13 işlədiyi müddətdə əmək haqqından tutulmalar icra edilərək onun aliment kartına köçürülürdü. Bundan sonra o, işdən çıxarıldığına görə Rusiya Federasiyasına işləməyə getmiş, həmin müddətdə ona bəzi hallarda cuzi məbləğlərdə pul göndərmişdir. Birgə nikah dövründə inşa edilmiş evin onun adına qeydiyyata alınması və alimentdən imtina edəcəyi barədə razılığa gəlmələrinə baxmayaraq, borclu verdiyi vədə əməl etməmiş, evin onun adına qeydiyyata alınmasına maneə yaratmışdır. Bundan sonra o, şikayətçi olaraq alimentin ödənilməsini tələb etmişdir. Borclu 8 ay ərzində ümumiyyətlə heç bir ödəniş etməmişdir. Aliment borcunun tam olaraq ödənilməsini tələb edir, əks halda borclu barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(002)-2782/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 2666 manat aliment borcunun X1 xeyrinə, həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1845/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 7222 manat "xxxx" ASC-nin xeyrinə ödənişi həyata keçirməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2782/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq (xx.xx.2021-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardad nəzərə alınmaqla) Şəxs X3 xeyrinə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2782/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2782/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, tələbin üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi, İcra haqqında Azərbaycan Respublikası Qanunun 78,79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 1845/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il tarixli 104.LN.1675.300719.00001 saylı kredit müqaviləsi üzrə 7077.02 manat əsas, 53.69 manat faiz borcu olmaqla, cəmi 7130.71 manat pul vəsaiti və 91.70 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq LPO AGBANK ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-1845/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 1845/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, tələbin üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi, İcra haqqında Azərbaycan Respublikası Qanunun 78,79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. İş materiallarında olan bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qəarardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2782/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1845/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən Qaradağ Rayon İcra Şöbəsinin icraatında olan icra sənədlərinin ümumi icraatda 350877/24 nömrə altında birləşdirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(002)-2782/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən aliment ödənişlərinin icra edilməsindən qərəzli yayınaraq hazırki tarixədək 2666 manat aliment borcu yaranmış, həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 1845/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 7222 manat "xxxx" ASC-nin xeyrinə ödənişi həyata keçirməmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədini qərəzli icra etməmişdir. Həmçinin tərəflər razılığa gəlmiş, Şəxs birgə nikah dövründə tikdikləri evi X3 adına rəsmiləşdirməsi şərti ilə sonuncu borclunun ona aliment borcunun olmaması və icra sənədinin məhkəməyə geri qaytarılması barədə notarial qaydada təsdiq olunmuş ərizə verməsinə baxmayaraq Şəxs vədini yerinə yetirməmişdir. Bundan sonra X3 müraciəti əsasında icra məmuru tərəfindən yenidən aliment hesablanmağa başlanmışdır. Hazırda tələbkar şikayətçi olmaqla aliment borcunun ödənilməsini tələb edir. Lakin borclu barəsində olan icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, hazırki vaxta onun 2666 manat aliment borcu, həmçinin "xxxx" ASC-nin xeyrinə isə ümumilikdə ödənilməmiş 7222 manat borcu vardır. Borclunun edilmiş bütün rəsmi xəbərdarlıqlara baxmayaraq borcunu ödəməməsini, gələcəkdə də aliment ödənişlərini həyata keçirəcəyi barədə vədinin az inandırıcı olduğunu, rəsmi olmasa belə işlədiyi halda qazancını şəxsi ehtiyaclarına sərf etməsini, Şəxs törətdiyi inzibati xətanın hallarını, onun hazırki tarixə yığılmış borcun məbləğini, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1478/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1478/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver