Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1481/2025 28.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştrakı ilə, X1, DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan vətəndaş X2 şikayətlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİnin 30 iyun 2025-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, 30 iyun 2025-ci il tarixdə saat 17:04 radələrində Bakı- Qazax yolunun 47,5 kilometrliyində ona məxsus olan **-BR-*** nömrəli avtomobil postda saxlanılmış, barəsində İXP7238533 nömrəli inzibati xəta protokolunun və inzibati xəta haqqında TP7345036 nömrəli qərarın tərtib edilməsi haqqında ona SMS yolu ilə məlumat verilmişdir. DYP əməkdaşı ona videogörüntü və sübutlar təqdim etməmişdir. Onu posta dəvət etsələr də, o, posta getməkdən imtina edərək onun inzibati xəta törətməsi barədə ona sübut təqdim edilmədiyini deyərək etirazını bildirmişdir. Yol hərəkəti qaydalarını pozmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Daxili İşlər Nazirliyinin BDPYİ-nə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta haqqında işə Daxili İşlər Nazirliyinin BDPYİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, 30 iyun 2025-ci il tarixdə saat 17:04 radələrində Bakı-Qazax yolunun 47,5 kilometrliyində o, “HYUNDAİ İX-35 MİNİK” markalı “**-BR-***” dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri istiqamətində idarə edərkən DİN-nin BDYPİ-nin Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən postda olan yol polis əməkdaşı tərəfindən saxlanılmış və həmin əməkdaş ona 3 cərimə balı və 110 manat cərimənin yazılması barədə məlumat vermişdir. O, bununla razılaşmayaraq törətdiyi deyilən inzibati xətanın videogörüntüsünü istəmişdir. O, yol polis əməkdaşına nəqliyyat vasitəsini saxlamağa ixtiyarının çatmadığını, yaşadığı ünvana inzibati xəta haqqında protokolun gələcəyini, protokola əlavə edilən şəkil və ya videoya baxıb cəriməni ödəyəcəyini bildirmişdir. Yol polis əməkdaşı ondan inzibati xətanın şəklinə postda baxa bilib-bilməyəcəyini soruşmuşdur. O, isə nəyə görə inzibati xətanın şəklinə postda baxmalı olduğunu soruşaraq şəklin yaşadığı ünvana gəlməli olduğunu demişdir. Yol polis əməkdaşı ona cəriməni özünün yazacağını, sonra onun həmin cəriməni ödəyəcəyini demişdir. O, isə cavabında kameraya, radara düşdüyünü, cəriməni özünün ödəməli olduğunu, yol polis şöbəsinin əməkdaşının yazmamalı olduğunu demişdir. Yol polis şöbəsinin əməkdaşı onunla çox inadkarcasına danışmışdır. O, isə yol polis əməkdaşına inzibati xəta haqqında protokol tərtib etməsini, inzibati xəta ilə razı olmadığından qərar tərtib etməməsini bildirmişdir. Yol polis əməkdaşı ona mütləq inzibati xəta haqqında qərar yazmalı olduğunu demişdir. O, isə inzibati xəta haqqında qərar yazacağı halda etiraz edəcəyini bildirmişdir. Yol polis əməkdaşı ona gedə biləcəyini demişdir. Evə çatanda mobil telefonuna 40 manat cərimə olunması barədə SMS gəldiyini görmüşdür. Qaradağ rayonu Səngəçal qəsəbəsində olan yol polis əməkdaşı isə ona 110 manat cərimə və 3 bal tətbiq edilə bilən inzibati xətaya yol verdiyini demişdir. Onun 40 manat inzibati qaydada cərimə edilməsi barədə heç bir şəkil və video görüntü yoxdur, necə qayda pozduğunu bilməmişdir. Onun yol polis postunda olan yol polis əməkdaşına məhkəməyə şikayət edəcəyini dediyinə görəmi ona 40 manat cərimə gəldiyini bilmir. Yol polis postunda yol polis əməkdaşı ona əli ilə işarə edərək getməsini, evinə inzibati xəta haqqında protokolun gələcəyini demişdir. Qanuna görə qayda pozduğu halda ünvanına məktub gəlir, inzibati cəriməni də vaxtında ödəyir. Etmədiyi qayda pozuntusuna görə cərimə ödəməməlidir. Məhkəmədən qərarın ləğv edilməsini xahiş edir. Yol polis postunda ona qarşı hörmətsizlik edildiyinə görə məhkəməyə şikayət etmişdir. Onu posta dəvət etməməli idilər. Cərimə olunacağı halda ünvanına göndərilməli idi. Lazım gəlsə 40 manatı ödəyə bilər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini gözləyir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X2 30 iyun 2025-ci il tarixdə saat 17:04-də Bakı-Qazax yolunun 47,5 kilometrliyində idarə etdiyi "HYUNDAİ İX-35 MİNİK" markalı, “**-BR-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuş və qırx manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında DİN-nin BDYPİ-nin Qaradağ rayonu Səngəçal qəsəbəsində Bakı-Qazax yolunun 47,5 km-liyində olan Vİ tağımının postunun kameraları ilə qeydə alınmış həmin Vİ tağım tərəfindən təqdim edilmiş inzibati xəta pozuntusunun, AYNA-nın elektron tərəzi ilə həmin postun arasında yerləşən magistral yolunda olan nişanlanma xətlərinin ümumi görünüşü və yol polis əməkdaşı ilə X1 danışığının 3 ədəd videogörüntüsünün olduğu olduğu CD diskdən də göründüyü kimi, B.İ.Rüstəmov HYUNDAİ İX-35 MİNİK" markalı, “**-BR-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 30 iyun 2025-ci il tarixdə saat 17:04-də Bakı-Qazax yolunun AYNA-nın tərəzisindən həmin yolun 47,5 kilometrliyində yerləşən BDYPİ-nin Vİ tağımının yerləşdiyi posta doğru gələrkən, əvvələ magistral yolun sol zolağı ilə hərəkət etmiş, sonra isə posta yaxınlaşdıqca hərəkət zolaqlarının sərhəddini göstərən “1.1-tək bütöv xətt” nişanlanma xəttini kəsərək sağ zolağa çıxmış, nəticədə əks istiqmətli hərəkət zolağına çıxmadan manerv etmə qaydasını pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə qırx manat məbləğində cərimə tətbiq edilir. Məhkəmə baxışı zaman şikayətçi X2 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1481/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1481/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver