Məhkəmə qərarları › İş №3(002)-1482/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1482/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1482/2022 23.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş 12 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X11 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş 12 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun xx.xx.2022-ci il tarixli, ******* saylı Qərarı ilə onun barəsində inzibati qərar qəbul edilmiş və İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1100 manat cərimə olunmuşdur. Qərar qəbul edilərkən inzibati orqan rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə işləmiş Zərərçəkmiş şəxs ilə əlaqədar baş vermiş bədbəxt hadisənin araşdırılması üçün dövlət nəzarətini həyata keçirən orqana vaxtında məlumat verilməməsini əsas gətirmişdir. Cavabdeh olaraq X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun xx.xx.2022-ci il tarixli, ******* saylı Qərarı ilə razı deyil. Hesab edir ki, inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı Qərar qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Ona görə də, aşağıda göstərilən səbəblərə görə həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində şirkətdə sürücü kimi çalışan Cəfərov X3 rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Hadisəni törətdikdən sonra o, şirkətlə əlaqə saxlamışdır. Əlaqə saxladıqda heç bir xəsarətinin olmadığını bildirmişdir. Məsul şəxs ona dərhal təcili tibbi yardım çağırmağı və yaxınlıqda yerləşən tibb müəssisəsinə getməyi tapşırmışdır. Eyni zamanda ona bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər onun yanına gələcək. Sürücü bu tapşırıqla razılaşaraq TƏBİB-in Kürdəmir rayon şöbəsinə getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən səhər saat 8:00-9:00 radələrində əməkdaşımız TƏBİB-in Kürdəmir rayon şöbəsinə getdikdə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs səhər saat 03:00 radələrində tibb müəssisəsini tərk etmişdir. Dərhal sürücü ilə əlaqə saxlanılmışdır. Sürücü bildirmişdir ki, o, hazırda Bakı şəhərində öz evindədir və heç bir narahatlığı yoxdur. Sadəcə olaraq bir az qorxduğu üçün 2 günə işə çıxacaq. 2-3 gün sonra sürücü ilə işə çıxmağı üçün əlaqə saxlanıldıqda telefonu atası götürərək Zərərçəkmiş şəxs əməliyyat olunduğunu bildirmişdir. Bu məlumatdan sonra dərhal tərəflərindən müvafiq dövlət orqanına məlumat verilmişdir. Sürücü şəxsən onlara hər hansı narahatlığının və xəsarətinin olmadığını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs belə ciddi xəsarətlər aşkar idisə (qara ciyərin cırılması, qabırğaların qırılması və s.) TƏBİB-in Kürdəmir rayon şöbəsi tərəfindən daxil olduqdan bir neçə saat sonra evə necə buraxıblar? Eyni zamanda hadisə baş verən kimi sürücü barəsində sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı tərtib olunmuşdur ki, həmin akta da sürücünün xarici görünüşünün (dəri örtüyü, zədələri) səliqəli olması, öz halından şikayətlənməməsi, şüurunun aydın olması, nitq qabiliyyətinin rabitəli olması, yerişinin normal və davamlı olması öz əksini tapmışdır. Hətta yol nəqliyyat hadisəsini araşdıran AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən sürücünü izahatı xx.xx.2022-ci il tarixdə alınmışdır. Hesab edir ki, sürücünü sərxoşluq müayinəsini qəza baş verən günü həyata keçirən orqan əgər sürücüdə xəsarət olduğunu aşkar etsəydi izahatın həmin gün alardı. Yuxarıda qeyd edilənlər bir daha sübut edir ki, sürücünün hadisə törədilən vaxt səhhətində hər hansı bir poblem olmamışdır, (və ya bu problemi hiss etməmişdir) Belə olduğu halda şirkət olaraq qəzanın adi yol nəqliyyat hadisəsi olması, heç bir bədbəxt hadisənin olmaması və sürücüdə hər hansı xəsarətin olmaması qənaətinə gəlmişlər. Bir daha bildirmək istəyir ki, şirkət olaraq onlar yalnız istehsalatda baş vermiş bədbəxt hadisə barədə məlumat verməyə borcludurlar ki, bədbəxt hadisə dedikdə nəyin nəzərdə tutulduğunu qanunvericilik aşkar surətdə göstərmişdir. Beləliklə hesab edir ki, qərar qəbul edilərkən inzibati orqan tərəfindən bir çox maddi və prossesual pozuntular törədilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, MN1497866 saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması üçün xx.xx.2022ci il tarixdə şirkətin 2 nümayəndəsi orqanda olmuşdur. İnzibati orqanın məsul şəxsi (həmin şəxs qərarı qəbul edən şəxs deyildir) tərəfindən yuxarıda qeyd etdiyi xüsusatlar araşdırılmadan, verdikləri vəsatətə baxmayaraq, sürücü prosesə cəlb edilmədən, sadəcə olaraq ümumi sözlər əsasında barələrində qərar qəbul edilmişdir. Qanunvericiliyin ən kobud pozuntusu isə ondan ibarət olmuşdur ki, onlar inzibati xəta haqqında işə baxılması ilə əlaqədar inzibati orqanda olduqda artıq inzibati pozuntu haqqında qərarın qəbul edilərək hazır saxlanıldığına şahid olmuşlar. Bunun qaununvericiliyə zidd olduğunu bildirdikdə isə onlara həmin orqanda prosesin bu cür aparıldığını (yəni protokol tərtib edilən kimi qərarın hazırlandığını) qeyd etmişlər. Qərar məhz həmin gün və həmin “prosesdə” onlara təqdim edilmişdir. Göstərilənlərə əsasən "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-cü maddəsi ilə təqsirli bilinərək, 1100 manat məbləğində inzibati qaydada cərimə edilməsi ilə bağlı qəbul edilmiş X8 Xidmətinin şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun xx.xx.2022-ci il tarixli, ******* saylı Qərarı inzibati qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən vəkili Vəkil şikayəti müdafiə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş 12 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, DAE- FTXF 105 yük markalı **-JC-*** dövlət qeydiyyat nişanlı Krone SDP 27 markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobil Sahil Transport MMC-yə məxsusdur. Həmin yük avtomobilini yük qoşqusu ilə birlikdə yol vərəqəsi əsasında idarə edir və həmin MMC-də sürücü işləyir. 28 iyul 2022-ci il tarixdə o, həmin avtomobillə Bərdə rayonundan Bakı şəhərinə qayıtmışdır, avtomobildə tək olmuş, maşın isə boş olmuşdur. Saat 21:00 radələrində Bakı-Qazax yolunun Kürdəmir rayonu Atakişili kəndindən keçən hissəsinə çatmışdır. Yolun sağ zolağında hərəkət edərkən ani olaraq sükanın arxasında yuxuya getmişdir. Daha sonra qarşısında gedən yük avtomobilinin qoşqusuna öz avtomobilinin qabaq qarşı tərəfi ilə vurandan sonra ayılmışdır. Hadisədən sonra xəsarət almış, nəqliyyat vasitəsindən ətrafda olan insanların köməkliyi ilə çıxmış, təcili yardım onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında rentgen müayinəsi olunmuş və həmin gecəni xəstəxanada keçirməsi tövsiyə olunmuşdur. Qeyd olunan hallar barədə müəssisənin məsul şəxsinə məlumat vermiş, hadisənin səhəri günü saat 09:00 radələrində xəstəxanadan çıxaraq Bakı şəhərinə gəlmişdir. Saat 13:00 radələrində Bakı şəhərində olarkən müəssisənin Namiq adlı əməkdaşı ona zəng edərək səhhəti ilə maraqlandığında özünü yaxşı hiss etdiyini və işə gələcəyini ona bildirmişdir. Həmin gün axşama doğru səhhətində ağırlaşmalar başlamış, özünü pis hiss etdiyindən Bakı şəhərində xəstəxanaya getmiş, təkrar müayinə zamanı iki qabırğasının sınması, qara ciyərinin cırılması və daxili qanaxma nəticəsində çoxlu qan itirməsi müəyyən edilmişdir. Həmin gün təcili olaraq üzərində cərrahiyyə əməliyyatı aparılmış, xəstəxana və əməliyyat xərcləri "xxxx" MMC tərəfindən qarşılanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin hüquqi ünvanlarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. X7 tərəfindən məhkəməyə ünvanlanmış 23 noyabr 2022-ci il tarixli teleqramdan görünür ki, 23 noyabr 2022-ci il tarixdə başqa məhkəmə prosesində iştirakları ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyinə görə məhkəmə iclasını 24 noyabr 2022-ci il tarixə təxirə salınması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir . Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X11 tərəfindən Zərərçəkmiş şəxs ilə əlaqədar baş verən bədbəxt hadisənin araşdırılması üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verməmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Ceyhun Cəlil oğlu ilə əlaqədar baş verən bədbəxt hadisənin araşdırılması üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verməmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1100 (bir min yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 xx.xx.2022-ci il tarixli, 446 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. Qarnın küt travması. Qara ciyərin cırılması. Daxili qanaxma. Sağ Vİ-Vİİ qabırğalanın qapalı sınığı. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən avtomobil qəzası zamanı avtomobilin içərisində gedərkən salonun küt hissələrinin təsirindən törənmişdirlər. Törənmə müddəti qərarda göstərilən və tibbi sənəddə qeyd olunan tarixə -yəni 28.07.22-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli hal olduğu üçün sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarın 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X8 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X8 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X8 Xidməti həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, işəgötürən baş vermiş hadisə barədə məlumat aldığı andan rəhbərlik etdiyi şirkətin işçisinin müayinələrini bilavasitə təşkil etməli olduğu halda "xxxx" MMC-nin məsul şəxsi tərəfindən həmin şirkətin sürücüsü işləmiş və hadisə nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs səhhəti ilə yalnız telefon zəngi vasitəsilə maraqlanmaqla kifayətlənilmişdir. Halbuki, hadisə nəticəsində alınmış xəsarətin fəsadlarını hadisədən dərhal sonra hiss etməmək mümkün olduğu üçün həmin fəsadların dəqiq müəyyən edilməsi məqsədilə xüsusi müayinələr həyata keçirilməlidir. Sürücü Zərərçəkmiş şəxs özünü yaxşı hiss etdiyini bildirməsi səbəbindən şirkətin nümayəndəsi yalnız hadisənin baş verdiyi gündən sonrakı gün günorta saatlarında xəstəxanaya getmiş və Zərərçəkmiş şəxs oradan çıxdığını müəyyən edərək, onun müayinə nəticələri ilə maraqlanmadan geri qayıtmışdır. Eyni zamanda "xxxx" MMC-nin direktoru X5 vəkili Vəkil məhkəmə iclasında çıxışında qeyd etmişdir ki, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarın 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İş materiallarına əlavə olunmuş ekspert rəyindən və zərərçəkən Zərərçəkmiş şəxs izahatından da məlum olur ki, sonuncunun aldığı xəsarət cərrahiyyə əməliyyatı ilə nəticələnəcək həddə kifayət qədər ciddi olmuş, ağırlıq dərəcəsinə görə isə ağır zərərvurmaya aid edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul olunmuş 12 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul olunmuş 12 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar