Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1487/2025 26.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qərardan şikayət verən X4 iştirakı ilə, X4 BDYPİ Yol Patrul Xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 21 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 BDYPİ Yol Patrul Xidməti inspektoru, X5 tərəfindən qəbul edilmiş 21 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İsmayıllı rayonu Polis X1 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar qəbil edilərək onu İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 100 manat məbləğində cərimə etmişdir.Qəbul edilmiş protokol və qərarla razı deyil və aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.Belə ki, həmin qərarda qeyd edilir ki, guya on xx.xx.2025-ci il tarixdə saat 17:15-də İsmayıllı rayonu istiqamətində idarə etdiyi “HYUNDAİ TUCSON HİBRİD“ minik markalı **-QZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur.Bildirir ki, o, heç bir qanun pozuntusuna yol verməmişdir. Belə ki. onun heç bir günahım olmamış, kamera görüntüləri çıxarılarsa onun günahkar olmadığı tam aşkar edilə bilər. Belə ki, həmin vaxtı o yolayrıcı keçmə qaydalarını pozmamış və dairəyə daxil olarkən orada heç bir avtomaşın olmamışdır. Dairəni keçən zaman polis avtomobili sürətlə onun arxasınca gəlmişdir. Polis əməkdaşları onu saxlayaraq protokol tərtib etmişlər. Barəsində tərtib edilmiş protokoldan narazı olmuşdur və bu barədə BDYPİ- nə şikayətlər etsə də heç bir araşdırma aparılmadan barəsində əsassız olaraq qərar qəbul edilmişdir. Qanun pozuntusuna yol verməyinə dair mənə heç bir görüntü təqdim edilməmişdir.Odur ki, qeyd edilənləri nəzərə alaraq BDYPİ Yol Patrul Xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 21 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X6 ərizəyə uyğun izahat verərək, inzibati qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar BDYPİ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Beləliklə, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olubolmaması şəxsin iştirakı ilə araşdırılmadan X4 təqsirinin olması əsas götürülərək müvafiq qərar qəbul olunmuşdur. X2 inzibati protokoldan narazı olduğu halda qərar tərtib olunarkən ona bildiriş göndərilməmiş, idarəyə dəvət olunmamış və inzibati araşdırılma aparılmadan barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bundan başqa iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, X4 izahatı alınmamış, həmçinin qərarın surəti ona təqdim edilməmiş və ya imza etməkdən imtina edilməsi barədə qərarda müvafiq qeyd aparılmamışdır. Bundan başqa BDYPİ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 məhkəmə iclasına dəvət edilsə də o, məhkəmə iclasına gəlməmiş və izibati xəta hadisəsinin həqiqətən baş verməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 21 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın qəbul edilməsi zamanı kobud pozuntulara yol verildiyindən qərar ləğv edilməli və yenidən baxılması üçün BDYPİ-nə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 21 iyul 2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1487/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1487/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver