Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-149/2022 21.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X7, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1975-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X11, borclu Şəxs barəsində 21 yanvar 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Neftçala rayon məhkəməsinin 2(53)-413/2011 saylı, 26 avqust 2011-ci il tarixli və Masallı rayon Məhkəməsinin 2(050)-1249 saylı, 07 avqust 2015-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X11 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Neftçala rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli, 2(53)-413/2011 saylı icra vərəqəsinə əsasən X4 Şəxs Böyükağa oğlundan aliment tələbinə dair iş üzrə Neftçala rayon Məhkəməsinin 16 yanvar 2009-cu il tarixli 2(53)-43/2009 saylı məhkəmə əmri ilə alimentin müəyyən olunmuş miqdarı dəyişdirilmiş, Şəxs 17 aprel 2000-ci ildə doğulmuş Əli və 18 sentyabr 2001-ci ildə doğulmuş Nazənin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində X4 xeyrinə verilməsi qərara alınmışdır. Bundan başqa Masallı rayon Məhkəməsinin 2(050)-1249/2015 saylı, 07 avqust 2015-ci il tarixli icra vərəqəsinə əsasən 13 may 2015-ci il tarixdən başlayaraq Şəxs 05 dekabr 2008-ci il tarixdə anadan olmuş X12 və 29 oktyabr 2010-cu ildə anadan olmuş X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 70 manat olmaqla iki uşaq üçün 140 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. Şəxs Neftçala rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli, 2(53)-413/2011 saylı icra vərəqəsinə əsasən 7080 manat aliment borcundan 6280 manat aliment borcu qalmaqdadır. Masallı rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli 2(050)-1249/2015 saylı icra vərəqəsi üzrə isə 11200 manat aliment borcundan 2000 manat ödəmiş, 9200 manat aliment borcu qalmışdır. Bütün bu halların nəzərə alınaraq borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, borclu Şəxs 2012-ci ilin iyun ayında Rusiya Federasiyasına getmiş və 15 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Borclu Azərbaycana qayıtdıqdan sonra dərhal ondan aliment borcunun ödənilməsi tələb edilmiş və borclu tərəfindən 18 yanvar 2022-ci il tarixdə Masallı rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli 2(050)-1249/2015 saylı icra vərəqəsi üzrə 2000 manat ödəniş edilmişdir. X3 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat versə də, tələbkar Neftçala rayonunda yaşadığından məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Odur ki, borclu Şəxs Böyükağa oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X10 öz izahatında bildirmişdir ki, iki övladını təkbaşına böyütmüşdür. Bir oğlunun 11, digərinin isə 14 yaşı var. Oğlunun biri “Covid-19” virusuna tutulduqdan sonra möhkəm allergiyası yaranmış və hal-hazırda həmin xəstəlikdən əziyyət çəkir. Şəxs bu illər ərzində heç vaxt övladları ilə maraqlanmayıb və aliment borcundan məlumatlı olmayıb. Şəxs 2012-ci ildə Rusiya Federasiyasına getdikdən sonra uşaqlarına baxmadığına görə 2015-ci ildə ondan aliment tutulması barədə Masallı rayon Məhkəməsinə müraciət etmiş və hər uşağa 70 manat olmaqla 140 manat aliment kəsdirmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasında olmadığına görə alimenti ödəməkdən yayınmışdır. Buna görə də o məcbur olub cavabdehin valideynlərindən məhkəmə qaydasında maddi yardım tutulması üçün müraciət etmiş və məhkəmə qətnaməsi ilə cavabdehin hər iki valideynindən təqaüdlərinə yönəldilməklə hər birindən 50 manat olmaqla pulun tutulması qət edilmişdir. Lakin cavabdehin atası 2021-ci ilin may ayında vəfat etdiyindən maddi yardımın verilməsi dayanmışdır. Cavabdeh Şəxs 15 yanvar 2022-ci ildə Rusiya Federasiyasından qayıtdıqdan sonra 18 yanvar 2022-ci il tarixdə aliment borcundan 2000 manat ödəmişdir. O, bunun kifayət olmadığını və Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, o, 2012-ci ilin iyun ayında iş tapmaq ümidi ilə Rusiya Federasiyasına getmişdir. Həmin vaxt onun Neftçala rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli saylı icra vərəqəsindən məlumatı olmuş və həmin icra vərəqəsi üzrə aliment borcunu vaxtlı-vaxtında ödəmişdir. O bundan başqa övladları üçün əlavə pul da göndərmiş və onun maddi yardımı ilə övladları üçün Azərbaycanda ev alınmışdır. Qeyd olunan icra vərəqəsi üzrə tələbkar X4 hal-hazırda ondan heç bir tələbi olmamalıdır. Lakin Masallı rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli (050)-1249/2015 saylı icra vərəqəsindən Rusiyada olduğu üçün məlumatlı olmamış, valideynləri ilə telefon əlaqəsi saxlayarkən ona məlum olmuşdur ki, X2 şikayəti əsasında məhkəmə yolu ilə valideynlərindən aliment kəsilmişdir. Lakin bundan başqa onun özündən də alimentin kəsildiyindən xəbəri olmamışdır. Valideynləri ona bildirmişlər ki, kəsilmiş aliment onların təqaüdündən aybaay vaxtında tutulur. Buna görə də o, arxayın olmuş və imkan düşdükcə valideynlərinə maddi yardım göstərmişdir ki, dolana bilsinlər. O, Rusiya Federasiyasında olarkən pasportunu itimiş, bu səbəbdən də orada olanda da nə rəsmi nə də ki, qeyr-rəsmi qaydada heç bir işlə məşğul ola bilməmiş və elə bir qazancı da olmamışdır. Vətənə yalnız bu ilin yanvarın 15-də qayıda bilmiş, ölkəyə qayıtdıqdan sonra Masallı rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli (050)-1249/2015 saylı icra sənədi üzrə aliment borcundan xəbər tutmuş və aliment borcundan dərhal, yəni 18 yanvar 2021-ci il tarixdə borc alaraq 2000 manat ödəniş etmişdir. O, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir və heç bir işlə məşğul olmamaqla hər hansı bir qazanca da malik deyildir. Lakin buna baxmayaraq qısa müddətdə yaranmış aliment borcunu ödəmək niyyətində olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış aliment borclarından xəbəri olmaqla icra sənədini tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 21 yanvar 2022-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həqiqətən də 08 iyun 2012-ci il tarixdə Rusiya Federasiyasına getmiş və yalnız 15 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Borclunun təqdim etdiyi Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən də aydın olur ki, onun Rusiya Federasiyasında olarkən müvafiq sənədləri olmamışdır. Bundan başqa məhkəmədə müəyyən edildi ki, borclu Azərbaycana qayıtdıqdan cəmi 03 gün sonra aliment borcundan 2000 manat məbləğində ödəniş etmişdir. Eləcə də məhkəmə hesab edir ki, borclu Şəxs Neftçala rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli icra vərəqəsi üzrə hansı məbləğdə ödənişlər edib-etməməsi tam araşdırılmaslı, bununla bağlı tələbkar X9 dindirilərək ona hal-hazıradək ödənilmiş alimentin miqdarı icra məmuru tərəfindən dəqiqləşdirilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən Şəxsnın ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, hal-hazırda rəsmi heç bir yerdə işləməməklə müvafiq gəlirə malik olmamasını və aliment borcundan müəyyən ödənişlər etməklə yaranmış aliment borcunu qısa müddətdə ödəməsinə söz verməsini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-149/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-149/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver