Məhkəmə qərarları › İş №3(002)-149/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-149/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-149/2025 22.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Xocalı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 21 yanvar 2025-ci il tarixdə saat 21:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənlərə əsasən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X3 bildirmişdir ki, Şəxs 21 yanvar 2025-ci il tarixdə saat 21:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, Xocalıda gedən döyüşlərdə qazi olmuşdur. Öhdəsində 2 övladı vardır. Çörək pulu, veteran pulu alır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında 2 bakal pivə içmişdir. Axşam saatlarında Xocahəsən yolunda polis əməkdaşları tərəfindən içkili olduğu üçün saxlanılmış və onu şöbəyə dəvət etmişlər. Bundan sonra onlarla birlikdə Polis şöbəsinə getmişdir. Polislərə qarşı müqavimət göstərməmiş, tabesizlik etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis baş serjantı X2 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolunda içkili vəziyyətdə olduğu üçün saxlanılmışdır. Həmin vaxt xidməti zərurətlə əlaqədar inzibati ərazidə olması səbəbilə dərhal həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir və inzibati pozunutunun qarşısını almağa çalışmışdır. Lakin Şəxs onun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və iş materialları ilə tam təsdiq olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini nəzərə alaraq, ona cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən barəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar