Məhkəmə qərarları › İş №3(002)-1490/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1490/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1490/2024 03.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1, Şikayət vermiş şəxs X2 iştrakları ilə, X2, Qaradağ RPİ-nin DYPŞ-nın rəisi, polis polkovnik- leytenantı X6 tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin DYPŞ-nın rəisi, polis polkovnikleytenantı X6 tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ-nın rəisi, polis polkovnik-leytenant X6 17 may 2024-cü il tarixli qərar qəbul edilərək onu İXM-nin 327.2, 327.1 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə cərimə etmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o, 17 may 2024-cü il tarixdə, saat 00:35də Lökbatan qəsəbəsi 10-cu PŞ-nın qabağında idarə etdiyi "Kıa Sorento" markalı, 77- KN- 572 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, bu məcəllənin 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 vǝ 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndiirlən xətaları tōrtməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha cox bal toplamasına görə yol hərəkət qaydalarını pozmuşdur. Bildirmişdir ki, o, heç bir qanun pozuntusuna yol verməmişdir. Barəsində tərtib edilmiş protokoldan narazı olmuş və bu barədə narazılığını bildirmişdir. Bu barədə polis əməkdaşlarına bildirmişdir ki, qaydaları pozmuşdursa bu barədə video görüntüləri və təhlükəsizlik kamerasında olan görüntüləri ona göstərsinlər, lakin ona heç bir kamera görüntüsü təqdim edilmədən həmin tarixdə də yəni 17 may 2024-cü il tarixdə qərar qəbul edilmişdir. Mənə xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edildiyi bildirilsə həmin foto və ya video materiallar elektron kabinetimǝ yerləşdirilməmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 38.6-cı vǝ 122.3.1-ci maddələrinin tələbləri pozulmuşdur. O heç bir qayda pozmadığı halda barəsində əsassız olaraq inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Onun əvvəl 17 bal cəriməsi olmuş, lakin həmin cərimələr ona düzgün tətbiq edildiyindən bu barədə narazılıq etməmişdir. Hazırda isə polis əməkdaşı onun 17 bal cərimə olmasını görməklə ona qəsdən yenidən heç qanun pozuntusu etmədiyi halda ona 3 bal cərimə yazmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində əsasən həmin maddədə nəzərdə tutulan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən xətalar üzrə birbaşa elektron qərar çıxarılır. Protokol yalnız İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan qaydada səlahiyyətli vəzifəli şəxs bilavasitə aşkar edilən inzibati xətalar üzrə çıxarıla bilər. İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.! İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Yuxarıda qeyd etdiklərinə və Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ-nın rəisi, polis polkovnik-leytenantı X6 tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, həmin gün avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol verməmişdir. O protokoldan narazı olsa da ona imza atmışdır. Buna səbəb isə polis əməkdaşının ona əgər protokoldan məhkəməyə şikayət vermək istəyirsə həmin protokolu imzalamalı olduğunu bildirməsi olmuşdur. Odur ki, barəsində qəbul edilmiş 17 may 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X3 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, X4 17 may 2024-cü il tarixdə, saat 00:35-də Lökbatan qəsəbəsi 10-cu PŞ-nın yaxınlığında idarə etdiyi "Kıa Sorento" markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməmiş və yola bitişik ərazidən yola çıxarkən, yolda gedən nəqliyyat vasitəsinə yol verməmiş və bununla da İXM-nın 327.1 və 327.2-ci maddələrinin tələblərini pozmuşdur. Şəxsin barəsində protokol tərtib edilərkən müəyyən edilmişdir ki, onun qüvvədə olan 18 ballıq cəriməsi var. Hazırki pozuntu isə 3 balla qiymətləndirildiyindən X2 əməlində avtomatik olaraq İXM-nin 327.7-ci maddəsinin tərkibi yaranmışdır. Yəni sürücü tərəfindən bir il ərzində 20 və daha çox bal toplamasına səbəb olan yol hərəkət qaydalarını pozmuşdur. O öz izahatında daha sonra qeyd olunan pozuntu ilə əlaqədar qeydə alınmış video görüntünü DVD disk şəklində məhkəməyə təqdim etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdırararq və təqdim edilmiş DVD diskə baxış keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 may 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 17 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 17 may 2024-cü il tarixdə, saat 00:35-də Lökbatan qəsəbəsi 10-cu PŞ-nın qabağında idarə etdiyi "Kıa Sorento" markalı, 77- KN-572 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, bu məcəllənin 327.2- 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 vǝ 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndiirlən xətaları tōrtməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha cox bal toplamasına görə İXM-nin 327.2, 327.1 və 327.7-ci maddələri ilə təqsirli bilinmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə qeyd olunan pozuntunu özündə əks etdirən videodiskə baxış keçirilmişdir. Baxış zamanı X2 həqiqətən də “X8” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü bəndinin və 77-ci maddəsinin 3-ci bəndinin tələblərini pozduğu aşkar olunmuşdur. “X8” Qanunun 42-ci maddəsinin 4-cü bəndində qeyd olunur ki, sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Həmin qanunun 77-ci maddəsinin 3-ci bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X8” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinin tələbinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7. maddəsinin tələbinə əsasən bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Məhkəmə baxışı zaman şikayətçi X4 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Qaradağ RPİ-nin DYPŞ-nın rəisi, polis polkovnik- leytenantı X6 tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar