Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1491/2024 21.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi X4 iştirakı ilə, Şəxs barəsində (bundan sonra- Şəxs MTK-nın) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun sağ tərəfindən Şəxs MTK tərəfindən inşası nəzərdə tutulmuş yaşayış binalarının yerləşəcəyi 2,0 ha torpaq sahəsində qazıntı işlərinin aparıldığı məlum olmuşdur. Bununla da Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 protokolu müdafiə edərək bildirdi ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun sağ tərəfindən Şəxs MTK tərəfindən inşası nəzərdə tutulmuş yaşayış binalarının yerləşəcəyi 2,0 ha torpaq sahəsində X5 Agentliyinin xx.xx.2023-cü il tarixli, BER-22/334 nömrəli rəyinə əsasən qazıntı işlərinin aparıldığı məlum olmuşdur. Əraziyə keçirilmiş baxışda bünövrə qazıntısı zamanı yaranan bərk tullantıların və quruntun "Kamaz" markalı **-DU-*** və **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilləri vasitəsilə tikinti sahəsininin hüdudlarından kənara qanuni ayrılmamış torpaq sahəsinə boşaldıldğı müəyyən olunmuşdur. Bununla da Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşkar edilmiş faktla bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində inzibati araşdırma başlanılmış və inzibati xəta hadisəsinin törədildiyi ərazinin fotoşəkilləri əlavə edilmiş müvafiq monitorinq aktı qəbul edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi X7 bildirdi ki, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən sözügedən əraziyə atılmış tullantıların hansı növə və ya mənşəyə aid olduğu dəqiq qeyd edilməmişdir. Belə ki, həmin əraziyə atılmış kütlələr “tullantı” kimi qeyd edilsə də əslində onlar torpaq kütləsidir. Lakin, tərtib olunmuş inzibati xəta haqqında protokolun tərkibinin əsası kimi qeyd edilmiş maddələrin dispozisiyasında tullantıların istehsalat və ya məişət tullantılarının adı çəkilir. Hüquqi şəxsə məxsus maşınlar vasitəsilə həmin əraziyə torpağın boşaldılma səbəbi isə naməlum şəxslər tərəfindən həmin ərazinin torpaq səthinin daşınması nəticəsində yer səthinin relyefinin pozulması və həmin yer səthinin bərpası üçün təşəbbüs göstərilməsidir. Hesab edilir ki, hüquqi şəxs barəsində tərtib edilmiş protokol əsassızdır. Eləcə də həmin ərazinin bu səbəbdən çirkləndirilməsi halı ümumiyyətlə sübuta yetirilmir. Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolun ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 bildirdi ki, hazırda Şəxs MTK-da tikintidə işin icrasından məsul şəxsdir. xx.xx.2024-cü il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları əraziyə gəlmiş və nəzarət tədbirləri həyata keçirmişdir. Həmin ərazinin torpaq səthinin daşınması nəticəsində yer səthinin relyefinin pozulması baş verdiyindən hüquqi şəxsə məxsus maşınlar vasitəsilə ərazinin bir hissəsindən digər hissəsinə torpaq daşınılmışdır. Əlavə olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onlar həm də Şəxs MTK-ya məxsus ərazidən kənarda yerləşən dağ yamacının ətək hissəsində əmələ gələn və onların ərazisinə doğru axan suların qarşısının alınması məqsədilə həmin əraziyə də öz ərazilərindən torpaq sahəsi daşıyıb tökmüşlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 160 nömrəli, xx.xx.2024-cü il tarixli monitorinq aktından görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun sağ tərəfindən Şəxs MTK tərəfindən inşası nəzərdə tutulmuş yaşayış binalarının yerləşəcəyi 2,0 ha torpaq sahəsində X5 Agentliyinin xx.xx.2023-cü il tarixli, BER-22/334 nömrəli rəyinə əsasən qazıntı işlərinin aparıldığı məlum olmuşdur. Əraziyə keçirilmiş baxışda bünövrə qazıntısı zamanı yaranan bərk tullantıların və quruntun "Kamaz" markalı **-DU-*** və **- BV-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilləri vasitəsilə tikinti sahəsininin hüdudlarından kənara qanuni ayrılmamış torpaq sahəsinə boşaldıldğı müəyyən olunmuşdur. Araşdırma müddətində əldə olunan sənədlər və ərazidən çəkilən fotoşəkillər akta əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, "xxxx" MTK barəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun sağ hissəsində tullantıların qalaqlanması ilə bağlı faktın araşdırılması üçün icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, Şəxs MTK-ya aid "Kamaz" markalı nəqliyyat vasitəsi hasara alınmış hissədən kənarda yük yerini qaldırmış vəziyyətə əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, iclasında müəyyən edilmişdir ki, Şəxs MTK-ya aid ərazidən torpaq onlara məxsus yük nəqliyyat vasitələri ilə daşınılmaqla ərazidən kənarda yerləşən dağın ətəyinə boşaldılmışdır. Həmçinin, monitorinq Şəxs MTK-nın əməkdaşının iştirakı ilə keçirilmiş, çəkilmiş fotoşəkillərin tədqiqi zamanı isə hasardan kənarda yükün boşaldılması zamanı qeydə alınmış yük nəqliyyat vasitəsinin onlara məxsus olması halı təsdiqini tapmışdır. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş Şəxs MTK barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin tullantıların boşaldıldığı ərazinin MTK-nın ümumi tullantı yeri olması faktının sübuta yetirilməməsi həmin ərazidə antisanitar vəziyyət yaranması faktının olmasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs MTK-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdirilməsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin tələblərinə görə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi və Səhiyyə Nazirliyi) müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər. Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi və Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətaların xarakteri, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 271-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 7000 (yeddi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1491/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1491/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver