Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1494/2024 22.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə rəisi, polis mayoru X1, Qaradağ RPİ-nin 38-ci PB-nın CA üzrə əməliyyat müvəkkili, polis kapitanı X2, Qaradağ RPİ-nin PPX-nın manqa komandiri, polis serjantı X3 və polis nəfəri, polis serjantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi qaydada işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 38-ci PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 22 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 22 may 2024-cü il tarixdə, gecə saat 00:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə rəisi, polis mayoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 22 may 2024-cü il tarixdə, saat 00:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində sərxoş vəziyyətdə polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində 22 may 2024-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs “həbs” növündə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nın CA üzrə əməliyyat müvəkkili, polis kapitanı X6 öz izahatında bildirmişdir ki, 21 may 2024-cü il tarixdə, saat 23:45 radələrində 38-ci PB-nin polis sahə rəisi polis mayoru Zahir Qiyasov və 38-ci PB-nin CA üzrə ǝməliyyat müvəkkili, polis baş leytenantı Ağasif Qubadovla birlikdə Sahil qəsəbəsi, B.Əliyev küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüksək səsli musiqi ilə gəlib onların yanında dayanıb avtomobildən düşən zaman sərxoş olduğundan yeriyərkən yerində dayana bilməyib aşdığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb, özlərini təqdim edib içkili olubolmadığını soruşduqda, vətəndaş spirtli içki qəbul etdiyini və “yaxşı etdiyini” bildirmişdir. Sonradan həmin şəxsin sərxoş vəziyyətdə avtomobilinə oturub getməyinə mane olmaq istədikdə, o polisin ünvanına yüksək səslə nalayiq söyüşlər söyərək onlara əl-qol atmağa başlamışdır. Onlar kömək üçün xidmətdə olan PPXB-nin əməkdaşların çağırmışlar. Həmin polis naryadının yaxınlaşdığını gördükdə, dəfələrlə sakitləşdirmək istəsələr də yenidən özünü avtomobillərə çırparaq söyüş söyməyə və polisin qanuni tələblərinə tabe olmamağa davam etmişdir. Onlar da həmin şəxsi PPXB-nin polis nəfərlərinin köməkliyi ilə 38-ci PB-ya gətirmişlər. Bölmədə olarkən də həmin şəxs PB-də otuz dəqiqədən çox müddətdə yenidən polisin qanuni tələblərinə tabe olmayaraq polisin ünvanına nalayiq söyüşlər söyməyə, qışqırmağa, onlara əl-qol atmağa və divara yumruqlar vurmağa davam etmişdir. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Odur ki, həmin şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin PPX-nın manqa komandiri, polis serjantı X7 və polis nəfəri, polis serjantı X8 öz izahatlarında X2 verdiyi izahatı təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, ünvan 2 ünvanında ailə ilə birlikdə yaşayır, subaydır. 21 may 2024-cü il tarixdə “Fiat” markalı, ** SV *** dövlət nömrə nişanlı avtomaşınla Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsində hərəkətdə olarkən “arka” adlanan ünvanda maşını saxlayıb polis əməkdaşlarına salam vermişdir. Bu zaman spirtli içkinin təsiri altında olduğuna görə polislər onu saxlayıb polis bölməsinə getməsini bildirmişlər. O isə içkili olduğuna görə polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Bu vaxt oraya PPX əməkdaşları yaxınlaşıb onu 38-ci Polis Bölməsinə aparmışlar. Bölmədə olarkən özündə olmadığına görə ünvansız küçə söyüşləri söyməyə başlamışdır. O səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu bildirərək barəsində yüngül tənbeh tədbinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək, izahatları dinləyərək və hadisənin video görüntüsünü əks etdirən diskə baxış keçirərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqni tapmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair” 22 may 2024-cü il tarixli, 2/27374 nömrəli protokoldan aydın olur ki, Şəxs həmin gün saat 01:34-də müayinədən keçirilərkən onda orta dərəcə alkoqol sərxoşluğu halı müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla, İXM-nin 30.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 14 (on dörd) gün müddətə inzibati qaydada həbs saxlanılsın. Həbs müddətinin əvvəli 22 may 2024-cü il saat 11:30-dan hesablansın. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1494/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1494/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver