Məhkəmə qərarları › İş №3(002)-1495/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1495/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1495/2024 20.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin direktoru X4 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 14 may 2024-cü il tarixli, 00100-01100/24 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/004755 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildirmişlər ki, "xxxx" MMC-nin (VOEN: **********) ünvanına xx.xx.2024-cü il tarixində AO0257CH nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş ve **********5794 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal beyannaməsi tərtib olunmamışdır. İş üzrə araşdırma zamanı "xxxx" MMC-nin direktoru X3 izahatı alınmışdır. O, izahatında AO0257CH nömrəli nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olmazdan evvel bütün senedleri qısa idxal bəyannaməsinin təqdim edilməsi üçün mail vasitəsilə "xxxx" MMC-nin əməkdaşı Fidan Məmmədovaya göndərdiyini və həmin xanımın məzuniyyətdə olduğundan qısa idxal bəyannaməsini təqdim etmeyi unutduğunu bildirmişdir. İş üzrə araşdırma zamanı "xxxx" MMC-də (VÖEN: **********) vəzifəsində çalışan X1 izahatı alınmışdır. O, izahatında "xxxx" MMC tərəfindən idxal edilen mallar gömrük orqanına əvvəlcədən bəyan edilməsi üçün qısa idxal bəyannaməsini onun təqdim etməli olduğunu, aidiyyəti sənədlər mail vasitəsilə ona göndərildiyini, lakin diqqetsizlik etdiyindən sənədlərin ayrı-ayrı mallara aid olduğuna nezer etmədiyini ve hemin sənədlər əsasında 1 qisa idxal bəyannaməsi təqdim etdiyini, hazırda analıq məzuniyyətində olduğundan və ailə işləri çox olduğundan bu səhlənkarlığı törətdiyini bildirmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qisa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin məcəllənin 113.2-ci maddəsindəqısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nezarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddəsində isə qısa idxal beyannamesinin məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddesine esasen Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilir. "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 saylı Qararının 13.4-cü maddəsində məlumatların elektron emalı üsullarından istifade edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edildiyi qeyd edilmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2- ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İş üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin (VOEN: **********) ünvanına xx.xx.2024-cü il tarixində AO0257CH nömrəli nəqliyyat vasitəsi ilə ölkə erazisine daxil olmuş ve **********5794 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal beyannamesi vaxtında gömrük orqanına verilməməsi "xxxx" MMC-nin deyil, onun adından gömrük bəyannaməsi verilən, **********5794 sorğu nömrəli gömrük bəyannaməsinin 14-cü qrafasında bəyannaməçi (təmsilçi) olaraq qeyd olunan "xxxx" MMC-nin inzibati məsuliyyətinə səbəb olur. Beləliklə, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin ünvanına xx.xx.2024- cü il tarixində AO0257CH nömrəli **********5794 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və bəyannaməsi tərtib olunmadığı müəyyən edilmişdir. Nəticədə, "xxxx" MMC (**********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/012/004755 nömrəli xx.xx.2024-cü il tarixli raport, **********5794 sorğu nömrəli Gömrük bəyannaməsi, Gömrük Xidmetinin "Vahid avtomatlaşdırılmış idareetme sistemi" informasiya resursundan çıxarışlar, izahatlar, işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-də (**********) direktor vəzifəsində işləyən X6 (tel *** *** ** **) izahatında bildirmişdir ki, öz məsuliyyətsizliklərindən idxalatçının ünvanına gələn yükə dair qısa idxal idxal bəyannaməsini verməmişdirlər. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X6 öz izahatında qısa idxal bəyannaməsinin gömrük orqanına gec təqdim edilməsinin səbəbi kimi göstərmişdir ki, direktoru olduğu şirkətdə bəyannamə bölməsinin aparıcı məsləhətçisi işləyən X2 həmin ərəfədə analıq məzuniyyətində olduğu üçün onun şəxsi email adresinə bu bardə bildiriş gəlmiş, o isə həmin vaxt işdə olmadığı üçün şirkəti bu barədə xəbərdar etməmişdir. Bundan başqa həmin bildiriş şirkətin rəsmi email adresinə deyil, artıq analıq məzuniyyətində olan əməkdaşın şəxsi email ünvanına gəldiyindən təmsil etdiyi şirkətin əməlində inzibati xəta tərkibi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1063, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar