Məhkəmə qərarları › İş №3(002)-1497/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1497/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1497/2024 29.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Bakı şəhəri, Ələt qəsəbəsi, E.İmanov küçəsi. 17, 22 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2024cü il tarixdə saat 09:30 radələrində Bakı-Salyan magistral yolunun 40 km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi yaxınlığında NORM sement zavod ərazisində Şəxs texniki cəhətdən saz olan etibarnamə ilə idarə etdiyi X28 markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə asfalt yol ilə ərazidən çıxışa doğru 40 km saat sürətlə hərəkətdə olarkən yolun sağdan sola doğru döngəli hissəsində hava şəraiti ilə əlaqədar yol buzlu olması səbəbindən avtomobil sürüşdüyündən idarə etməni itirmiş, avtomobil sağ yanı üstə yolun sağ kənarında olan 3-4 metr hündürlüyündə torpaq dərəyə aşması nəticəsində sürücü Şəxs və avtomobildə olan sərnişinlər bədən xəsarətləri almışlar. Bununla da, A.M.Şəxsbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin iclasında iştirak edən Qaradağ RPİ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X10 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:30-da Bakı-Salyan magistral yolunun 40-cı km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi yaxınlığında NORM sement zavod ərazisində Şəxs texniki cəhətdən saz olan etibarnamə ilə idarə etdiyi X28 markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə asfalt yol ilə ərazidən çıxışa doğru 40 km saat sürətlə hərəkətdə olarkən yolun sağdan sola doğru döngəli hissəsində hava şəraiti ilə əlaqədar yol buzlu olması səbəbindən avtomobil sürüşdüyündən idarə etməni itirmiş, avtomobil sağ yanı üstə yolun sağ kənarında olan 3-4 metr hündürlüyündə torpaq dərəyə aşması nəticəsində sürücü Şəxs və avtomobildə olan sərnişinlər bədən xəsarətləri ilə stasionar qaydada xəstəxanaya yerləşdirilmişdirlər. Bununla da, A.M.Şəxsbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, zərərçəkmiş şəxslər NORM sement zavodunun əməkdaşlarıdır və hüquqi şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki texniki cəhətdən saz olan etibarnamə ilə idarə etdiyi X28 markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə asfalt yol ilə ərazidən çıxışa doğru 40 km saat sürətlə hərəkətdə olarkən yolun sağdan sola doğru döngəli hissəsində, yol buzlu və hava vəziyyətinin şiddətli olması səbəbindən əlaqədar avtomobil sürüşdüyündən idarə etməni itirmiş, avtomobil sağ yanı üstə yolun sağ kənarında olan 3-4 metr hündürlüyündə torpaq dərəyə aşması nəticəsində özü və avtomobildə olan sərnişinlər bədən xəsarətləri almışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmiş və onlarla barışıq əldə olunmuşdur. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsi 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X20” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 110 nömrəli rəyindən görünür ki, X22 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri, xx.xx.2024-cü il tarixli 150 nömrəli rəyindən görünür ki, X30 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri, xx.xx.2024-cü il tarixli 122 nömrəli rəyindən görünür ki, X12 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri, xx.xx.2024-cü il tarixli 128 nömrəli rəyindən görünür ki, X4 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri, xx.xx.2024-cü il tarixli 82 nömrəli rəyindən görünür ki, X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri, xx.xx.2024-cü il tarixli 123 nömrəli rəyindən görünür ki, X5 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, xx.xx.2024-cü il tarixli 84 nömrəli rəyindən görünür ki, X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, xx.xx.2024-cü il tarixli 81 nömrəli rəyindən görünür ki, X6 zərər vurmayan bədən xəsarətləri almışdırlar. Adı çəkilən vətəndaşların almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduqları mikroavtobusda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/409 saylı ekspert rəyindən görünür ki, X28 markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələləblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisanin qarşısıını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs X14, X25, X9, X8, X17, X13, X18 vermiş olduğu izahatlardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi yaxınlığında NORM sement zavod ərazisində Şəxs texniki cəhəddən saz olan etibarnamə ilə idarə etdiyi X28 markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə asfalt yol ilə ərazidən çıxışa doğru 40 km saat sürətlə hərəkətdə olarkən yolun sağdan sola doğru döngəli hissəsində hava şəraiti ilə əlaqədar yol buzlu olduğu üçün avtomobil sürüşdüyündən idarə etməni itirmiş, avtomobil sağ yanı üstə yolun sağ kənarında olan 3-4 metr hündürlüyündə torpaq dərəyə aşması nəticəsində bədən xəsarətləri almışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan və ona əlavə edilmiş barışıq ərizələrindən görünür ki, X22, X30, X12, X24, X3 RPİ-nin İstintaq Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdirlər ki, xx.xx.2024-cü il tarixdə sürücü Şəxs idarə etdiyi avtomobildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almaqları ilə bağlı heç bir şikayətləri yoxdur. Onlara dəymiş zərər aradan qaldırılmış və onlar sürücü Şəxs ilə barışmışdırlar. Material üzrə cinayət işinin başlanmasının rədd edilməsini xahiş edirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:30-da Bakı-Salyan magistral yolunun 40 km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi yaxınlığında NORM sement zavod ərazisində Şəxs texniki cəhətdən saz olan etibarnamə ilə idarə etdiyi X28 markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə asfalt yol ilə ərazidən çıxışa doğru 40 km saat sürətlə hərəkətdə olarkən yolun sağdan sola doğru döngəli hissəsində hava şəraiti ilə əlaqədar yol buzlu olması səbəbindən avtomobil sürüşdüyündən idarə etməni itirmiş, avtomobil sağ yanı üstə yolun sağ kənarında olan 3-4 metr hündürlüyündə torpaq dərəyə aşması nəticəsində sürücü Şəxs və avtomobildə olan sərnişinlər bədən xəsarətləri almışdır. Bununla da, A.M.Şəxsbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarını, zərərçəkmiş şəxslərin izahatlarını və Şəxs törətdiyi inzibati xəta nəticəsində vurduğu zərərin əvəzini ödəməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar