Məhkəmə qərarları › İş №3(002)-1498/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1498/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1498/2024 23.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və müdafiəçi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş, Qazaxıstan Respublikası vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-90/2024 nömrəli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü Y.Z.Abdurəhimovanın və xx.xx.2021-ci il təvəllüdlü S.Z.Abdurəhimovun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq X3 X2 xeyrinə hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment ödənilməlidir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 3320 manat aliment borcu qalmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X12 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bundan sonra, borclu X3 icra sənədinin icrası tələb olunmuşdur. Borclu, X8 Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək tələbkarın xeyrinə 200 manat ödənilmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirdi ki, məşğulluq orqanına borclunun işlə təmin edilməsi üçün müraciət etmiş, lakin borclu ona təqdim etmiş işdən imtina etmişdir.. Göstərilənlərə əsasən, borclu X8 barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 izahat verərək, qeyd olunan icra sənədindən xəbərdardır. Hazırda fərdi əməklə məşğuldur, diş texniki olaraq fəaliyyət göstərir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üzrə icazə sənədi olsa da işlə bağlı hər hansı icazə sənədi yoxdur. Aylıq gəliri az və qeyristabildir. İcra məmurunun müraciəti əsasında Dövlət Məşğulluq Xidməti tərəfindən ona bağban işi barədə məlumat verilmiş, lakin həmin işlə təmin olunmaq məqsədilə o, xidmətə getdikdə həmin iş yeri digər şəxslərə həvalə edildiyindən münasib işlə təmin olunması üçün bir qədər gözləməsi ona təklif edilmişdir. Diş texniki olaraq gördüyü ir sıra işlərlə bağlı ona borclu olan şəxslər vardır, borcların topladıqca aliment borcunu ödəmək niyyətindədir. Bundan əlavə qeyd etmişdir ki, hazırki qətnamə ilə təyin edilmiş aliment məbləindən narazı olduğu üçün apelyasiya şikayəti vermişdir. Qərəzli deyil maddi vəziyyətinin aşağı olması səbəbindən aliment ödənişlərini mütəmadi icra edə bilmədiyini nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq X8 bildirmişdir ki, Azərbaycanda işləmək üçün müvafiq icazəsi yoxdur, hazırkı məhkəmə iclasında anasının köməkliyi ilə 150 manat ödəniş etmişdir. Məhkəmə iclasında müdafiəçi X6 çıxışında X5 əcnəbi olduğunu və ölkədə işləmək üçün müvafiq icazəsi olmadığını, fərdi əməklə məşğul olsa da, gəlirinin sifariş sayından asılı olaraq dəyişdiyini, qətnamə üzrə bir ay əvvəl icraata başlamaq haqqında qərar qəbul edildiyini, bu ay ərzində barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin 200 manat ödəniş etdiyini, anasının köməkliyi ilə hazırki məhkəmə iclasında 150 manat ödəni etdiyini nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-90/2024 nömrəli icra sənədinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-90/2024 nömrəli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü Y.Z.Abdurəhimovanın və xx.xx.2021-ci il təvəllüdlü S.Z.Abdurəhimovun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq X3 X2 xeyrinə hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment ödənilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-90/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu X7 göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X12 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-90/2024 nömrəli icra sənədinə əsasən X5 3320 manat aliment borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu tərəfindən X2 xeyrinə 2024-cü ilin aprel və may ayları üzrə 200 manat, hazırkı məhkəmə iclasında isə 150 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X8 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında bir daha borclu tərəfindən tələbkarın xeyrinə ümumilikdə 350 manat ödəniş edildiyi müəyyən edilmişdir. 15 aprel 2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, borclu icra sənədi barədə həmin tarixdə məlumatlandırılmışdır. Bundan əlavə məşğulluq xidməti tərəfindən təqdim olunmuş işlə təmin olunmaqdan imtina etməmiş, əksinə ona təklif edilmiş iş yeri ilə qeyri-müəyyən səbəblərdən təmin olunmamışdır. Bu səbəbdən məhkəmə, borclunun üzərinə düşən aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınması hallarının mövcud olduğunu hesab etmir. Eyni zamanda borclu şəxsin xarici vətəndaş olduğu üçün Azərbaycan Respublikası hüdüdlarında işləmək icazəsinin olmadığı müəyyən edilmişdir. Bundan başqa məhkəmə iclasında borclunun icra məmurunun çağırışlarından yayınmasına. aliment borcunun ödənilməsindən qərəzli şəkildə yayınmasına dair də hər hansı bir sübut aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi yuxarıda göstərilənlərə əsasən məqsədə müvafiq deyildir ona görə cərimə tənbeh növü borlunun üzərində olan aliment borcunun ödənilməsinin daha da çətinləşməsinə, inzibati həbs tənbeh tədbiri isə borclunun iş yerindən azad olunmasına səbəb ola bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar