Məhkəmə qərarları › İş №3(002)-1499/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1499/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1499/2024 23.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu 19 saylı Birləşmiş şəhər xəstəxanasında tibb bacısı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 rayon Məhkəməsinin 2(013)-1878/2023 saylı, 29 avqust 2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X8 protokolu müdafiə edərək bildirmişdir ki, Ağdam rayon Məhkəməsinin 2(013)-1878/2023 saylı, 29 avqust 2023-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh X5 65.700 altmış beş min yeddi yüz manat, cavabdeh Şəxs 3.000 üç min pul və işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 337.10 manat məbləğin 287.10 iki yüz səksən yeddi manat on qəpik hissəsinin Nəcibə Məmmədovadan, 50 əlli manat hissəsi Şəxs alınıb X7 xeyrinə verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 04 sentyabr 2023-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu ünvan 2iyindən borc məbləği əməkhaqqına yönəldilmiş və borclu bu günədək borcundan cəmi 320 manat ödəniş etmişdir. Hal-hazırda icra vərəqəsinin əlavə olaraq borclunun əlilliyə görə aldığı təqaüdə də yöndəilməsinə dair işlər aparılır. O öz izahatında daha sonra borclunun çağırışlara vaxtında gəldiyini də bildirmişdir. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 23 may 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X9 öz izahatında göstərmişdir ki, pensiya düzəltmək məqsədilə X4 onu aldadaraq ondan 3000 manat pul almış, lakin həmin pulu ona geri qaytarmamışdır. Hansı ki, qeyd olunan pulları o başqa-başqa şəxslərdən alaraq Dilarəyə vermiş və hal-hazırda pul sahibləri pulun qaytarılmasını ondan ciddi şəkildə tələb edirlər. Odur ki, məhkəmədən borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, o Bakı şəhəri, Qaradağ rayonu 19 saylı Birləşmiş şəhər xəstəxanasında tibb bacısı işləməklə 478 manat əməkhaqqı alır, həmçinin İİ qrup əlil olmaqla 380 manat sosial müvainət də alır. Artıq əmək haqqından tutulmalar həyata keçirilmiş və 320 manat ödəniş etmişdir. Yaranmış borcunun istər əmək haqqına, istərsə də aldığı təqaüdə yönəldilməsinə heç bir etirazı yoxdur. Bundan başqa hər hansı bir gəlirə və ya qazanca da malik deyildir. Həmçinin icra məmurunun çağırışlarına da vaxtı-vaxtında gəlir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu X4 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, borclu rəsmi qaydada Bakı şəhəri, Qaradağ rayonu 19 saylı Birləşmiş şəhər xəstəxanasında tibb bacısı işləməklə 478 manat maaş alır və artıq iki aydır ki, borc məbləği əmək haqqına yönəldilmişdir. Bundan başqa icra məmuru izahatında borclunun çağırışlara vaxtlı-vaxtında gəldiyini bildirmişdir. Yəni, borclu icra məmurunun çağırışlarından da yayınmamışdır. Göründüyü kimi borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu X3 barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar