Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1499/2025 23.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 38-ci Polis Bölməsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialda və protokolda göstərilmişdir ki, Şəxs 08 iyul 2025-ci il tarixdə saat 11:31-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib qeyri-etik danışmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 23 iyul 2025-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə rəisi, polis mayoru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 08 iyul 2025ci il tarixdə Şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib qeyri-etik ifadə işlətmişdir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən Şəxs qeyri-etik ifadə işlətməsi barədə olan audioyazının olduğu CD disk göndərilmişdir. Buna görə də Şəxs səsinin qeyd edildiyi audioyazını və bu barədə tərtib edilən raportu əsas götürərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, anası Zığ Xəstəxanasında rəhmətə getmiş, anasının pulunu və qızıl dişlərini oğurlamışlar. Bu barədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə şikayət etsə də, 5 il müddət keçməsinə baxmayaraq müraciətinə baxılmamışdır. Bundan başqa, Sabunçu rayonunda yaşayan şəxsin həyətinə daş boşaltmış, 7 ay zəng etməsinə baxmayaraq pulunu verən olmamışdır. Bundan əlavə, yanından keçən avtomobilin cəriməsi səhvən ona yazılmış, 5 il müdətində şikayət etməsinə baxmayaraq onun bu şikayətinə də baxılmamışdır. Qeyd etdikləri ilə əlaqədar ümumilikdə 187 dəfə müxtəlif dövlət orqanlarına şikayətlər etsə də şikayətləri ilə əlaqədar tədbir görülməmişdir. Onun özü 1-ci Qarabağ Müharibəsində iştirak edib yaralanmış, İİ qrup əlildir, müharibə veteranıdır, oğlu da 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Etdiyi şikayətlərə baxılmamasından əsəbiləşərək, 08 iyul 2025-ci il tarixdə saat 11 radələrində istifadə etdiyi ***-***-**-** nömrəsi ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq həmin xidmətin qadın əməkdaşı ilə apardığı telefon danışığında bir dəfə qeyri-etik ifadə işlətməyə məcbur olmuşdur. Məhkəmə iclasında nümayiş etdirilən diskdə olan audioyazıda qeyri-etik ifadə işlədən şəxs onun özüdür, yəni audioyazıda qeyri-etik ifadə işlədən şəxsin səsi onun özünün səsidir. Etdiyi əmələ görə peşmandır. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi öz təsdiqini tapmışdır. Çünki Şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub həmin xidmətin qadın əməkdaşı ilə danışığında qeyri-etik ifadə işlətməklə ictimai təşkilat olan dövlət təşkilatının qadın operatoru ilə danışığında cəmiyyətdə bərqərar olmuş davranış qaydalarına riayət etməmiş, hətta xidmətin qadın operatoru Şəxs qeyri-etik ifadə işlətməməsi barədə xəbərdarlıq etsə də Şəxs əməlinə haqq qazandırmışdır. Həmin qeyrietik ifadə qadın operatora qarşı deyil, Daxili İşlər Nazirliyinin rəhbərliyinə qarşı ünvanlanmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 23 iyul 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan ayın olur ki, Şəxs 08 iyul 2025-ci il tarixdə saat 11:31-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib qeyri-etik danışmışdır. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt toplanmış material ilə təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2 Xidmətinin 19 iyul 2025-ci il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş CD diskdə olan audioyazıdan, həmçinin Bakı şəhər Baş Polis İdarəsinin 19 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Şəxs 08 iyul 2025-ci il tarixdə saat 11:31-də (050)378-43-63 nömrəsi ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək qeyri-etik ifadə işlətmişdir. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrinə əsasən rayon (şəhər) məhkəmələri həmin məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, Şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, həmçinin 1-ci Qarabağ Müharibəsində iştirak edərək yaralanmasını, Qarabağ Müharibəsi veteranı olmasını və İİ qrup əlilliyini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddələrinə əsasən, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşman olmasını, həmçinin 1-ci Qarabağ Müharibəsində iştirak edərək yaralanmasını, Qarabağ Müharibəsi veteranı olmasını, İİ qrup əlilliyini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir və ona həmin növdə inzibati tənbeh tədebirinin tətbiqi kifayətdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Daxili İşlər Nazirliyinin X2 Xidmətindən göndərilmiş Şəxs DİN-nin “102” xidməti operatoru ilə danışığının audioyazısı olan bir ədəd CD disk iş materiallarında saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1499/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1499/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver