Məhkəmə qərarları › İş №3(002)-15/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-15/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-15/2023 16.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələri X3 və X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 19 dekabr 2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olumuş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ünvanında fəaliyyət göstərən Şəxs MMC 22500.00 (iyirmi iki min beş yüz) Avro məbləğində olan vəsaiti 04 dekabr 2020-ci il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 22500.00 (iyirmi iki min beş yüz) Avro məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta 05 dekabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 təmsil etdiyi qurumun törətdiyi inzibati xəta hadisəsini etiraf edərək bildirmişdir ki, Şəxs MMC-nin rəhbərliyinin törədilmiş inzibati xətadan məlumatı vardır. Belə ki Şəxs MMC “X5 FZCO” şirkətinin bir alyansıdır. İnzibati xəta törənərkən şirkətin adı “Stargulf” olmaqla şirkətin adının dəyişdirilməsi istiqamətində addımlar atıldığından qeyd olunan valyuta vəsaiti haqqında məlumatlar Mərkəzi Banka təqdim edilməmişdir. O təmsil etdiyi hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmiş inzibati xətanı etiraf edərək şirkət barəsində aşağı həddə cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında X2 verdiyi izahatı təsdiq edərək Şəxs MMC barəsində aşağı həddə cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 25 % (iyirmi beş faizi) məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 22500.00 (iyirmi iki min beş yüz) Avro valyuta vəsaiti məbləğinin 25 faizi həcmində, yəni 5625 (beş min altı yüz iyirmi beş) Avro miqdarında (ödənildiyi zaman Azərbaycan manatına olan məzənnə ilə) cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar