Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-15/2024 18.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6, Şəxs MMC-nin qanuni təmsilçisi və direktoru X2 etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Qaradağ Rayon Məhkəməsinə Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-03265/23 saylı 19 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMCnin ünvanına xx.xx.2023-cü il tarixdə 99NM505/99ZF505 nömrə nişanlı yük avtomaşınında 09 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş 20950 kq kartof yükü **********2755 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında toxumluq kartof kimi, yəni “697a” imtiyaz kodu ilə idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilməklə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin və “697a” imtiyaza, yəni toxumluq kartofa uyğun olub-olmamasının müəyyən edilməsi məqsədilə X3 İdarəsinə 3-33-1100/2- 009544/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 3-33-5300/2-005728/2023 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına **********2755 sorğu nömrəli bəyannamə ilə bəyan olunmuş və 09 nömrəli xx.xx.2023-cü il tarixli invoysla 99NM505/99ZF505 nömrəli nəqliyyat vasitəsi ilə gətirilmiş yükdən təqdim edilmiş nümunələrin ölçüləri AZS 902-2021-ə əsasən toxumluq kartofa uyğun deyil və XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir. Nəticədə, Şəxs MMC tərəfindən 99NM505/99ZF505 nömrə nişanlı yük avtomaşınında idxal edilmiş kartof yükünün X3 İdarəsinin rəyinə əsasən toxumluq deyil, ərzaqlıq olduğu məlum olmuşdur. Hüquqi şəxs Şəxs MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən malların dəyəri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan məhkəmə ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Aparılan araşdırma zamanı 20950 kq ərzaqlıq kartof yükünün qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-009704 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş 9/7856 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 kq kartof məhsulunun xx.xx.2023-cü il tarixə orta bazar qiymətinin 0.60 manat, ekspertiza tədqiqatına təqdim edilmiş 20950 kq kartof məhsulunun isə ümumilikdə orta bazar qiymətinin 12570.00 (on iki min beş yüz yetmiş) manat olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən ümumilikdə orta bazar qiyməti 12570.00 (on iki min beş yüz yetmiş) manat olan malların gömrük dəyərinin müəyyən edilməsi və həmin gömrük dəyəri ilə **********2755 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində gömrük orqanına bəyan edilmiş malların gömrük dəyəri arasında fərqin olub-olmaması, olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün “Xocasən” gömrük postuna 3-33-/3-1-032452/2023 saylı xx.xx.2023-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq “Xocasən” gömrük postundan daxil olmuş 3-33-/3-1-032762/2023 saylı xx.xx.2023-cü il tarixli raportda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7856 nömrəli ekspert rəyinə əsasən 20950 kq ərzaqlıq kartof yükünün orta bazar qiyməti 12770.00 manat olduğu təqdirdə həmin yüklərin gömrük rəsmiləşdirilməsi zamanı **********2755 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində göstərilən ödənişlərdən əlavə olaraq ödəniləcək gömrük ödənişlərinin məbləği əlavə dəyər vergisi üzrə 1554.35 manat, elektron gömrük xidməti haqqı üzrə 35.40 manat olmaqla ümumilikdə 1589.75 manat təşkil edəcəyi qeyd olunmuşdur. Bununla da, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən malların ümumilikdə orta bazar qiyməti 12570.00 (on iki min beş yüz yetmiş) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin az miqdarda düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsi “az miqdarda” dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Nəticədə Şəxs MMC tərəfindən (inzibati xətanı törədən fiziki şəxsin adı, atasının adı və soyadı, hüquqi şəxsin adı) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-/3-1-028239/2023 saylı xx.xx.2023-cü il tarixli raport, **********2755 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi, 3-33-5300/2-005728/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub, 9/7856 nömrəli ekspert rəyi, 3-33-/3-1-032762/2023 saylı xx.xx.2023-cü il tarixli raport, 3-33-/3-1-034897/2023 saylı xx.xx.2023-cü il tarixli raport, hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X5 izahatı ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin qanuni təmsilçisi və direktoru X2 etibarnamə üzrə nümayəndəsi X8 öz izahatında tərtib olunmuş protokolla razılaşmayaraq göstərmişdir ki, təmsil etdiyi şirkət Rusiyanın “X11” şirkətindən həmin şirkət ilə bağlanmış 09 nörməli, 27 sentyabr 2023-cü il tarixli müqavilə əsasında toxumluq kartof məhsulu sifariş vermiş və həmin şirkətdən Şəxs MMC-nin ünvanına "Nevskiy" sortlu toxumluq kartof idxal etmişdir. Şirkətdən onlara göndərilmiş mal müşayiət sənədlərində də həmin məhsulların "Nevskiy" sortlu toxumluq kartof olması qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsində onların iştirakı olmadan mallardan ekspertiza üçün nümunələr götürüldükdən sonra onlara həmin malların toxumluq deyil ərzalıq kartof olması bildirilmişdir. Bu anlaşılmazlığın aradan qaldırılması üçün yenidən yükü göndərən şirkətlə əlaqə saxlanılmış, ** NM ***, ** ZF *** nömrə nişanlı yük avtomobillərində hansı səbəbdən ərzalıq kartof göndərildiyi soruşulmuş, həmin şirkət tərəfindən onlara cavab olaraq isə göndərilən yük partiyasının ərzaqlıq deyil toxumluq yük olduğu bir daha bildirilmişdir. O bu barədə Bakı Baş Gömrük İdarəsində inzibati araşdırma aparılarkən də bildirmiş və bütün lazım olan sənədləri, o cümlədən yük göndərən tərəfdən malın toxumluq kartof olmasına dair lazimi sənədləri və mal Rusiya Federasiyasından göndərilərkən X1 Xidmətindən verilmiş sertifikatı da təqdim etmişdir. Lakin bütün bunlara baxmayaraq Dövlət Gömrük Komitəsinin X7 İdarəsində həmin məhsulun toxumluq kartofa uyğun olmadığı barədə əsassız rəy verilmişdir. Hansı ki, həmin rəydə də idxal olunmuş məhsulun "Nevskiy" sortlu olduğu qeyd edilmişdir. Bildirmək istəyir ki, "Nevskiy" sortlu kartof yalnız toxumluq kartof növünə aiddir. O öz izahatında daha sonra yuxarıda qeyd edilən yalnışlığın Şəxs MMC tərəfindən törədilmədiyini, şirkətin əməlində heç bir inzibati xəta tərkibinin olmadığını qeyd edərək təmsil etdiyi şirkət barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 00100-03265/23 saylı 19 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə 99NM505/99ZF505 nömrə nişanlı yük avtomaşınında 09 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş 20950 kq kartof yükü **********2755 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında toxumluq kartof kimi, yəni “697a” imtiyaz kodu ilə idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilməklə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin və “697a” imtiyaza, yəni toxumluq kartofa uyğun olub-olmamasının müəyyən edilməsi məqsədilə X3 İdarəsinə 3-33-1100/2-009544/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 3-33-5300/2-005728/2023 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına **********2755 sorğu nömrəli bəyannamə ilə bəyan olunmuş və 09 nömrəli xx.xx.2023-cü il tarixli invoysla 99NM505/99ZF505 nömrəli nəqliyyat vasitəsi ilə gətirilmiş yükdən təqdim edilmiş nümunələrin ölçüləri AZS 902-2021-ə əsasən toxumluq kartofa uyğun deyil və XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir. Nəticədə, Şəxs MMC tərəfindən 99NM505/99ZF505 nömrə nişanlı yük avtomaşınında idxal edilmiş kartof yükünün X3 İdarəsinin rəyinə əsasən toxumluq deyil, ərzaqlıq olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi X4 09 oktyabr 2023-cü il tarixli rəyindən aydın olur ki, "xxxx" MMC-nin ünvanına **********2755 nömrəli bəyannamə ilə bəyan olunmuş və 09 nömrəli, xx.xx.2023-cü il tarixli invoysla 99NM505/99ZF505 nömrəli nəqliyyat vasitəsi ilə gətirilmiş yükdən təqdim edilmiş nümunələrin ölçüləri AZS 902-2021-ə əsasən toxumluq kartofa uyğun deyil və XİF MN-ə görə 0701 90 900 0 alt yarımmövqeyində sinifləşdirilir. Məlumat üçün bildiririk ki, "Nevskiy" sortlu kartofda GMO olması riskinin nəzərə alaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən rəyin alınması məqsədə uyğundur. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin malların dispozisiyasına əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bilməyərəkdən düzgün bəyan edilməməsi inzibati xəta kimi müəyyən edilməmişdir. Belə ki, əməlin (hərəkət və hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş dörd əlamətin hər biri mövcud olmalıdı, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəs edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmaslı və inzibati məsuliyyətə səbəb olmalıdır. Qanunverciliyin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı işdə olan, o cümlədən "xxxx" MMC-nin nümayəndəsinin təqdim etdiyi həqiqiliyi mübahisələndirilməyən sənədlərdən aydın olur ki, "xxxx" MMC ilə Rusiyanın “X11” şirkətindən həmin şirkət ilə bağlanmış 09 nörməli, 27 sentyabr 2023-cü il tarixli müqavilə əsasında toxumluq kartof məhsulunun idxalı nəzərdə tutulmuş və toxumluq kartof məhsulu da idxal edilmişdir. Bunu iş materiallarına əlavə edilmiş müqavilənin surəti, həmçinin X1 Xidmətinin 02 oktyabr 2023-cü il tarixli fitosanitar sertifikatı da təsdiq edir. Belə olan halda yuxarıda qeyd olunan uyğunsuzluğun "xxxx" MMC-nin təqsiri səbəbindən baş verməsi sübut olunmur. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-33-1100/2- 009544/2023 saylı ekspert rəyi işin nəticəsinə bilavasitə marağı olan orqanın nəzdində olan ekspertiza idarəsi tərəfindən verilmiş, eləcə də protokolu tərtib etmiş orqan tərəfindən ekspertizanın təyin olunmasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə uyğun olaraq, heç bir qərardad qəbul edilməmişdir. Bundan başqa sözügedən rəydə həmin Məcəllənin 82.2.5-ci maddəsinə əsasən, ekspertin bilə-bilə yalan rəy verməsinə görə inzibati məsuliyyət haqqında ekspertə xəbərdarlıq haqqında bildiriş qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X3 İdarəsi tərəfindən keçirilmiş ekspertiza qanunvericiliyə uyğun surətdə, yəni ekspertizanın təyin edilməsinə dair qərardad əsasında rəyi verəcək ekspertə bilə-bilə yalan rəy verməyə dair xəbərdarlıq elan olunmadan, bundan əlavə inzibati xəta üzrə protokolu tərtib etmiş orqanın müraciəti əsasında və onların nəzdində olan ekspertiza idarəsi tərəfindən keçirildiyi üçün həmin rəyin qərəzsizliyi şübhə altına alınır. Bu səbəbdən qeyd olunan rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 8.3-cü maddəsində göstrilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 00100-03265/23 saylı saylı, 19 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-15/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-15/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver