Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-15/2025 08.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, X2 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24937110 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24937110 nömrəli qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixində, saat 23:02də idarə etdiyi X6 3341 YÜK markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olarkən barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) EQ24937110 nömrəli elektron protokol tərtib olunmuş və 600 manat məbləğində cərimə edilmişdir. O, X1 "xxxx" ASC-də sürücü vəsifəsində çalışır və idarə etdiyi X6 3341 YÜK markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin cəmiyyətin mülkiyyətindədir. Bütün nəqliyyat vasitələrinə, o cümlədən idarə etdiyi X6 3341 YÜK markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklər yüklənərkən həmin yükün çəkisinə nəzarət edilir, yüklənmiş nəqliyyat vasitəsi hərəkətə başlamazdan əvvəl onun tərəzidə çəkisi ölçülür və bundan sonra hərəkətinə icazə verilir. Bu tərəzi də hər il yoxlamadan keçirilir və tərəzinin ölçüdə səhv etməsi mümkün deyildir. Qeyd edirəm ki, xx.xx.2024-cü il tarixində İmişli rayonunda X6 3341 YÜK markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qum yüklənmiş və bundan sonra nəqliyyat vasitəsinin yüklə birgə çəkisi ölçülmüş, nəqliyyat vasitəsinin yüklə birgə çəkisi 39800 kq olaraq müəyyən edilmişdir. Həmin nəqliyyat vasitəsi ilə hazırda tikinti işləri həyata keçirilən Nardaran qəsəbəsi, Sea Breeze ərazisinə doğru hərəkətə başlamış, M-2 47.9 km, Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırımış elektron tərəzinin altından keçərkən həmin tərəzi ilə nəqliyyat vasitəsinin yüklə birgə çəkisi ölçülmüşdür. İnzibati xəta ilə bağlı şəkillərlə tanış olduqda nəqliyyat vasitəsinin yüklə birgə çəkisi 42600 kq olaraq qeyd edilmişdir. Çəkilər arasında bu qədər fərqin olması, həmçinin idarə etdiyi nəqliyyat vasitəsinin hərəkətdə olması Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzinin yanlış ölçməsinə dəlalət edir. Sadalananlardan belə məlum olur ki, yuxarıda qeyd edilən məsələ ilə bağlı inzibati xəta hadisəsi mövcud deyildir. Bu da xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, EQ 24937110 nömrəli qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxsə və qərarından şikayət verilmiş orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24937110 nömrəli qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə saat 23:02-də idarə etdiyi “X6 3341” yük markalı **-JR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərinə əsasən xx.xx.2024-cü il tarixdə “X6 3341” yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobillə birlikdə 42640 kqdır. İş materialına əlavə edilmiş Türkaz MMC-yə məxsus xx.xx.2024-cü il tarixli 3252 nömrəli qəbzdən görünür ki, ölçmə nəticəsində **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə tərəzinin oxuna düşən kütləsi 39800 kq-dır. Lakin materiala əlavə edilmiş ÖVY0004527/24 saylı yoxlama haqqında şəhadətnamənin məhz bu tərəzi barədə olub-olmaması müəyyən edilmir. İş materialına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Metrologiya İntitutu PHŞ-nin ÖVY160512 saylı ölçmə vasitəsinin yoxlanılması haqqında şəhadətnaməsi 9835A tipli hərəkət halında çəki ölçmə nəzarət sisteminə aiddir. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X3 xx.xx.2024-cü il tarixdə saat 23:02-də idarə etdiyi “X6 3341” yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, X3 xx.xx.2024-cü il tarixdə saat 23:02-də idarə etdiyi “X6 3341” yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. İş materialına əlavə edilmiş hərəkət halında çəki ölçmə nəzarət sistemindən əldə olunmuş məlumata əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Həmin ölçmənin nəticəsindən görünür ki, görüntüdəki nəqliyyat vasitəsi “X6 3341” yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsinə əlavə edilmiş Türkaz MMC-yə məxsus xx.xx.2024-cü il tarixli 3252 nömrəli qəbzin ÖVY0004527/24 saylı yoxlama haqqında şəhadətnamənin aid olduğu tərəzidən əldə edilməsini müəyyən etməm mümkün olmamışdır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqulu, üçoxlu dartıcı ikioxlu yanmqoşqulu və üçoxlu dartıcı üçoxlu yanmqoşqulu nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 40 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, X2 ərizəsinə əlavə etdiyi qəbzin məhz hansı tərəzi əldə edildiyini, həmin tərəzi ilə iş materialına əlavə olunmuş şəhadətnamənin hər hansı əlaqəsini müəyyən etmək mümkün olmadığından şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24937110 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24520009 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 24595678 nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-15/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-15/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver