Məhkəmə qərarları › İş №3(002)-1500/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1500/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1500/2022 01.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Rustavi şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-97/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(010)-454/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqələri ilə üzərinə düşən öhdəlikləri heç bir üzürlü səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-97/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(010)-454/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqələri ilə üzərinə düşən öhdəlikləri heç bir üzürlü səbəb göstərmədən icra etməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-97/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1707.91 ABŞ dolları məbləğində əsas borc, 816.63 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2574,54 ABŞ dolları borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı X3 ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-454/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs və X1 113RGUM160550002 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən müştərək qaydada 4811.25 azn məbləğində əsas borc və 601.88 manat azn məbləğində faiz borcu olmaqla cəmi 5413.13 azn məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq Kapital Bank ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya və tələbkara göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. Hal-hazıradək borclu tərəfindən iddiaçının xeyrinə heç bir ödəniş edilməmişdir. Borclu icra sənədini tam icra etməsi ilə bağlı xəbərdar edilsə də, lakin görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-97/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu olduğunu qəbul edir, səhlənkarlıq etmişdir və heç bir ödəniş etməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-454/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədindən xəbərdardır, həmin iş üzrə zamin olduğu üçün həmin borcu ödəməyəcəkdir. Göstərilənləri nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-97/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1707.91 ABŞ dolları məbləğində əsas borc, 816.63 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2574,54 ABŞ dolları borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı X3 ASC-nin xeyrinə ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-97/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə rəsmi qaydada xx.xx.2018-ci il tarixdə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-454/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs və X1 113RGUM160550002 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən müştərək qaydada 4811.25 azn məbləğində əsas borc və 601.88 manat azn məbləğində faiz borcu olmaqla cəmi 5413.13 azn məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq Kapital Bank ASC-nin xeyrinə ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-454/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə rəsmi qaydada xx.xx.2019-cu il tarixdə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan 02 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-97/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-454/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. Borclunun axtarışı haqqında 11 mart 2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsini icra edən, polis kapitanı Nicat İslamlının Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin rəisi Azər Paşayevə ünvanlandığı 01 noyabr 2022-ci il tarixli, 070-10827 nömrəli məktubun surətindən görünür ki, barəsində 30238 saylı axtarış işi açılmış Şəxs aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-97/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-454/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM- 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim:Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar