Məhkəmə qərarları › İş №3(002)-1500/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1500/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1500/2025 07.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qərardan şikayət verən X1 iştirakı ilə, X1 ARDİN-nin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş EQ 29111778 saylı, xx.xx.2025-ci il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 ARDİN-nin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş EQ 29111778 saylı, xx.xx.2025-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə istifadəsində olan ********** mobil telefon nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 18:07-də Xocasən yolunda tərəfindən «327.4.1.1, 13 və 1.11 üfiqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının bərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə» inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə olunduğunda bağlı SMS gəlmişdir. Barəsində tərtib edilmiş sözügedən protokolla (qərarla) razı deyil və bununla bağlı aşağıdakıları məhkəmənin nəzərinə çatdırır. xx.xx.2025-ci il tarixdə axşam təxminən saat 17:00-17:30 radələrində Xocəsən yolu ilə idarə etdiyim 77CR951 dövlət qeydiyyat nişanlı Toyoto Prius markalı avtomobillə hərəktdə olmuşdur. Həmin gün bərk tıxac var idi. Metroya yaxınlaşanda görmüşdür ki, bir cavan oğlanı maşın vurub atıb yolun kənarına, onun da yanında bir nəfər qadın üzün-başın cırır, qışqırır, onların yanında da üç-dörd nəfər cavan oğlan var. Maşını yolun kənarında saxlayıb onlara yaxınlaşmışdır. Adamı vuran sürücünü danışdırmış, görmüşdür ki, sürücü şokdadır, nə olduğunu, necə hərəkət edəcəyini bilmir, anlamır. Maşınında su var idi, gətirib bir az sürücüyə vermiş, bir az qışqıran xanıma vermişdir. Onlara bir az ürək-dirək vermiş ki, bir az təmkinli olun. Təcili yardıma, 102 xidmətinə zəng vurmuşlar, lakin xeyli müddət keçsə də, nə polis işçiləri, nə də təcili yardım gəlmədi. Çünki hər tərəf tıxac idi. O, görmüşdür ki, vurulan adam çox ağır vəziyyətdədir. Nə isə demək istəyir, amma deyə bilmir. Qolu qırılıb, ayağı topuğundan qırılıb çevrilib, sol çiyni, burnu, qabırğasını qırılıb, bir sözlə olduqca ağır bir vəziyyətdədir. Buna görə o, təklif etmişdir ki, onu öz maşını ilə xəstəxanaya çatdırsən. Onu öz maşınına yerləşdirmişlər, maşını vuran sürücü də, vurulan adamın yoldaşı, onlardan əlavə bir-iki nəfər də, vuran sürücünün yanında olan cavan oğlanlar (deyəsən biri də qaynı idi) oturdular. Bundan sonra o yola çıxıb hərəkət etməyə başlamışdır. Lakin yola çıxmamışdan əvvəl Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «102» xidmətinə zəng edərək məlumat vermişdir ki, bir nəfər vətəndaşı maşın vurub, adam ölümcül vəziyyətdədir, onu xəstəxanaya çatdırmaq üçün düz hərəkət istiqamətində hərəkət edə bilməyəcək, təcili yardım da gəlmir, yəni gəlib hadisə yerinə çıxa bilmir, o məcbur olaraq əks istiqamətdə hərəkət etməlidir, odur ki, xahiş edir bu vəziyyəti yol polisinə bildirin. Bundan sonra əks istiqamətdə hərəkət etməyə başlamışdır, elə bir az getmiş, görmüşdür ki, yolda PPX maşını dayanıb, polis əməkdaşları da var, yolun əks istiqamətindədirlər. Onlara vəziyyəti izah edib xahiş etmişdir ki, qabağına düşüb ona yol açsınlar ki, ağır vəziyyətdə olan adamı xəstəxanaya çatdıra bilsinlər. Lakin çox təəssüf ki, polis əməkdaşları onlara heç bir köməklik göstərə bilmədilər. Bundan sonra o məcburi olaraq yolun əks istiqamətinə çıxaraq, siqnalizasiyanı yandırıb, əli siqnalda, işıqları «miqat» edə-edə hərəkətə başlamışdır. Qarşı tərəfdən gələn bütün sürücülər anlayış göstərərək ona yol verməyə başladılar. Bu qayda ilə Xacəsən yolunun üzərindəki Murad şadlıq sarayına qədər gəlmişdir. Görmüşdür ki, Murad şadlıq sarayının yanındakı dairədə yol polisi əməkdaşları dayanıb. Onlara vəziyyəti izah edib bildirmişdir ki, o, bura kimi əks istiqamətdə «protiv» gəlmişdir. Burdan da belə «protıv» getməyə məcburdur. Onların ona «sür,sür, tez sür» deməkləri ilə o hərəkəti davam etdirmişdir. Bu qayda ilə Respublika Xəstəxanasının əsas girişinə çatmışlar. Lakin xəstəxananın əsas girişi bağlı olduğundan, arxa girişindən daxil olmaq üçün məcbur olub avtobus zolağına girib avtobus zolağı ilə hərəkət edərək xəstəxananın arxa girişindən həyətinə girib maşın vuran adamı xəstəxanaya çatdırmışdır. Maşın vuran adamı həkimlər müayinə etdikdən sonra bildirdilər ki, əgər bir az gec gətirsəydilər, ona köməklik edə bilməyəcəkdilər. Beləliklə, göstərdiklərindən məlum olur ki, o həmin gün həqiqətən hansısa yol hərəkəti qaydalarını pozmuşdur. Həmçinin, göstərilənlərdən görünür ki, o həmin gün yol hərəkəti qaydalarını yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət almış, bu səbəbdən də olduqca ağır bir vəziyyətdə olan zərərçəkmiş şəxsi, əvvəlcədən hüquq mühafizə orqanlarına, o cümlədən AR DİN-nin 102 qaynar xəttinə, yolda duran PPX əməkdaşlarına, YPX əməkdaşlarına məlumat verərək xəstəxanaya çatdırmışdır. Eyni zamanda göstərilənlərdən o da görünür ki, o yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsi yol hərəkəti qaydalarını pozaraq xəstəxanaya çatdırmasaydı, çox ola bilsin ki, həqiqətən də həkimlərin ona həyatda qala bilməsi üçün kömək etmələri mümkün olmayacaqdı. Barəsində tərtib (qəbul) edilib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin mərkəzi informasiya sistemində yerləşdirilmiş xx.xx.2025-ci il tarixli EQ-29111778 nömrəli elektron protokolun (qərarın) ləğv edilib İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclasında ərizə ilə müraciət edərək şikayət ərizəsinin icraatdan çıxarılıb geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 ARDİN-nin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş EQ 29111778 saylı, xx.xx.2025-ci il tarixli qərarından şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar