Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1501/2024 23.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1966-cı ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağdam rayon Məhkəməsinin 2(013)-1878/2023 saylı, 29 avqust 2023-cü il tarixli icra sənədinin tələbini üzrsüz səbəbdən, təkrarən icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Ağdam rayon Məhkəməsinin 2(013)-1878/2023 saylı, 29 avqust 2023-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 65.700 (altmış beş min yeddi yüz) manat, cavabdeh X2 3.000 (üç min) manat pulun və işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 337.10 manat məbləğin 287.10 iki yüz səksən yeddi manat on qəpik hissəsinin Şəxs, 50 əlli manat hissəsinin Dilarə Fərzəliyevadan alınıb X4 xeyrinə verilməsi qət edilmişdir. Borclu icra sənədinin tələbini qanunla nəzərdə tutulmuş müddətdə yerinə yetirmədiyinə görə həmin işə Qaradağ rayon Məhkəməsində baxılmış, Qaradağ rayon Məhkəməsinin 3(002)- 1121/2024 saylı, 24 aprel 2024-cü il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində cərimə edilmişdir. Bundan sonra borclu qalan borcundan 500 manat ödəniş etmiş, 64510 manat borcu isə indiyədək qalmaqdadır. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 23 may 2024-cü il tarixli MN 147944 saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 öz izahatında göstərmişdir ki, pensiya düzəltmək məqsədilə Şəxs onu aldadaraq ondan müxtəlif vaxtlarda ümumilikdə 65700 manat pul almışdır. İndiyədək borcundan 556 manat ödənilmiş, 64510 manat borcu isə qalmaqdadır. Şəxs borcundan kifayət qədər ödəniş etməməsi onu çox ağır vəziyyətə qoyur. Belə ki, borclu olduğu şəxslər pulun qaytarılmasını ondan ciddi şəkildə tələb edirlər. Odur ki, məhkəmədən borclu barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Qaradağ rayonu Baş Ələt Stansiyasının Yük daşımaları departamentində operator vəzifəsində işləyir. Aylıq maaşı 500-600 manat arasında dəyişir. Hal-hazırda maaşı "xxxx" ASC-yə, "xxxx" MMC-yə və X5 olan borcuna yönəldilir. Buna görə də ümumiyyətlə maaş almır. Əlavə gəlir yeri olmadığından X5 olan borcunu ödəməkdə çətinlik çəkir. Lakin növbəti məhkəmə iclasından sonra tələbkara 500 manat ödəniş etmişdir. Şərait yaradılacağı təqdirdə bu şənbə gününə 2000 manatlıq ev əşyaları satmaqla borcundan kifayət qədər ödəniş edəcəkdir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs Azərbaycan respublikası İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra etməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-1121/2024 saylı, 24 aprel 2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 23 may 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və rəsmi iş yerindən əlavə digər hər hansı bir qazanca (gəlirə) malik olmasına dair mötəbər sübutların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1501/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1501/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver