Məhkəmə qərarları › İş №3(002)-1502/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1502/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1502/2025 24.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlu X1 barəsində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, EQ 28949429 nömrəli, 02 iyul 2025-ci il tarixli, EQ 28980692 nömrəli, 04 iyul 2025-ci il tarixli, EQ 29022999 nömrəli, 08 iyul 2025ci il tarixli, EQ 29118520 nömrəli və 11 iyul 2025-ci il tarixli, EQ 29172257 nömrəli qərarların ləğv edilməsinə dair şikayətinə baxaraq, müəyyənetdi: X2 barəsində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, EQ 28949429 nömrəli, 02 iyul 2025-ci il tarixli, EQ 28980692 nömrəli, 04 iyul 2025-ci il tarixli, EQ 29022999 nömrəli, 08 iyul 2025ci il tarixli, EQ 29118520 nömrəli və 11 iyul 2025-ci il tarixli, EQ 29172257 nömrəli qərarların ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətlə bağlı iş materialları öyrənilərkən onun baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, bir şikayət ərizəsində bir neçə tənbeh qərarından şikayət verilə bilməz. X2 isə bir şikayət ərizəsində bir neçə tənbeh qərarından şikayət verərək baxılması üçün məhkəməyə göndərmişdir. Bu səbəbdən də bir çox qərar bir icraatda baxıla bilməz. İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X2 barəsində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, EQ 28949429 nömrəli, 02 iyul 2025-ci il tarixli, EQ 28980692 nömrəli, 04 iyul 2025-ci il tarixli, EQ 29022999 nömrəli, 08 iyul 2025ci il tarixli, EQ 29118520 nömrəli və 11 iyul 2025-ci il tarixli, EQ 29172257 nömrəli qərarların ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar