Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1503/2025 24.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi ilə, Nümayəndəliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Ermənistan Respublikasında anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 23 iyul 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, 22 iyul 2025-ci il tarixdə saat 17:18 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi “Mədəniyyət evi”nin qarşısında baxış zamanı Şəxs qurudulmuş marixuana aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclası zamanı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 bildirmişdir ki, 22 iyul 2025-ci il tarixdə Şəxs özünü şübhəli apardığı üçün Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkilləri yaxınlaşaraq özlərini təqdim etmiş və Şəxs üzərindən qurudulmuş marixuana aşkar etmişlər. Şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmişdir. Sonra Şəxs baxılması üçün Qaradağ RPİ-nin 10-cu PŞ-nin Təhqiqat Bölməsinə verilmişdir. Şəxs yoxlanılması barədə müayinəyə göndərilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin əlamətləri olduğu üçün Qaradağ RPİ-nin 10-cu PŞ tərəfindən bu barədə protokol tərtib edilərək Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunanlara əsasən tərtib etdiyi protokolu müdafiə edərək Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur. O, 22 iyul 2025-ci il tarixdə 15:10 radələrində Bakı şəhərindən Neftçilər xəstəxanasından Lökbatan qəsəbəsinə gələndə onu Binə Bazarının qarşısında Qaradağ RPİ-nin əməkdaşları saxlayıblar, avtomobilindən düşürdüblər, dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli “Hyundai” markalı avtomobilə otuzdurublar və Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətiriblər. O, saxlanılan vaxt Lökbatan qəsəbəsində “Mədəniyyət evi”nin qarşısında olmamışdır. Qaradağ RPİ-nin 10-cu PŞ-də ona təzyiq göstərərək narkotik vasitəni götürməsini, boynuna almasını demişlər. 22 iyul 2025-ci il tarixdə təzyiq altında olub izahat yazmışdır. 10-cu PŞ-nin içərisində başına yumruqla vurublar, ayaqları tutulub, yaxşı hərəkət edə bilmir. Ekspertizadan keçirilməsi üçün ona arayış verilməsini xahiş edir. Qaradağ RPİ-yə aparılmış, orada videoya çəkilmişdir. Vəkilinin iştirakına da şərait yaradılmamışdır. Ümumiyyətlə o, narkotik işlərindən uzaq bir insandır, narkotik vasitədən istifadə etməmişdir. 24 iyul 2025-ci il tarixdə saat 10-da o, azadlığa buraxılmamışdır, məhkəməyə gələnə kimi azad edilmişdir. Şəxs həm də məhkəmə iclasında əvvəlcə, iki gün ərzində bir dəfə Qaradağ RPİ-yə aparılıb-gətirildiyini, bundan qabaq 22 iyulda Qaradağ Rayon Polis İdarəsinə aparılmadığını bildirmişdir. Lakin Şəxs sonra məhkəmə iclası zamanı müdafiəçinin verdiyi suallar nəticəsində iki dəfə Qaradağ Rayon Polis İdarəsinə aparıldığını və videosunun çəkildiyini qeyd etmişdir. Bundan başqa, Şəxs məhkəmə iclası zamanı əvvəlcə ona Qaradağ RPİ-də müavinin otağında təzyiq göstərildiyini bildirmişdir. Sonra isə o, məhkəmə iclasında qeyd etmişdir ki, ona Qaradağ RPİ-nin 10-cu PŞ-də müavinin otağında təzyiq göstərilmişdir. Bundan əlavə, Şəxs məhkəmə iclası zamanı izahatında əvvəlcə bildirmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-də o, saxlanılmasının səbəbini soruşanda ona “özün bilirsən” sözü deyilmiş, o, da bunu yadına sala bilməmiş, ona bir nəfərin şikayətçi olduğunu, həmin şəxs ilə biznes qurduğunu demişlər. Orada müavinin otağında ona zor tətbiq edərək “sənin istintaqda işin var, buradan çıxandan sonra da gedib səni döydürəcəyik, belə edəcəyik” demişlər. Lakin sonra Şəxs məhkəmə iclasında bildirmişdir ki, Qaradağ RPİ-də müavinin otağında saxlanmasının səbəbini soruşanda 3-4 polis əməkdaşı “özümüz bilərik” deyib onu təhqir etmişlər, ona yumruq və şillə vurmuşlar, bu narkotiki götürməyəcəyi halda onu Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsi ilə, yəni ağır maddə göndərəcəklərini bildirmişlər. Müdafiəçi “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, müdafiə etdiyi Şəxs qardaşı oğlu, dostu və yeznəsi olan Xəyal, Rufan və Elnur adlı şəxslərin şahid kimi çağırılaraq izahatlarının alınmasını xahiş edir, həmin şəxslər Şəxs 24 iyul 2025-ci il tarixdə saat 10:00-da azad edilmədiyini təsdiq edən şəxslərdir. Müdafiə etdiyi şəxs Şəxs da dediyi kimi, ümumiyyətlə narkotikdən istifadə etmir. Müvafiq ekspertiza rəyinə görə, Şəxs narkotik xəstəliyindən əziyyət çəkmir, ümumiyyətlə narkotikadan istifadə etmir. Belə bir şəxsin narkotik vasitəni daşıması da kifayət qədər suallar yaratmalıdır və müdafiə etdiyi şəxsin digər iş ilə əlaqədar saxlanıldığı, təzyiqlərə məruz qaldığı, işgəncələr edildiyi, bunun nəticəsində də narkotik vasitənin onda aşkar olunması barədə izahat verməyə məcbur edildiyi öz təsdiqini tapmışdır. Eyni zamanda, məhkəməyə təqdim etdiyi orderin əslini o, 23 iyul 2025-ci il tarixdə saat 14:30-15:00 radələrində təhqiqatçıya təqdim etmişdir. 24 iyul 2025-ci il tarixdə tərtib olunan protokolda da onların iştirakları təmin olunmamışdır. Şəxs inzibati qaydada tutulması haqqında protokol tərtib edilən zaman onun iştirakı təmin edilməmişdir. Bununla da, İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. O, saxlanılan şəxslə görüşmüş, vəkil kimi orderini də təqdim etmişdir. Şəxs inzibati xəta haqqında iş üzrə icraat qaydasında saxlanılarkən müdafiə hüquqları təmin edilməmişdir. Müdafiə etdiyi şəxsin 24 iyul 2025-ci il tarixdə saat 10:00-dan azad edilməsi barədə protokolda edilən qeyd öz təsdiqini tapmamışdır. Şəxs indiyə qədər azad edilməmişdir. Tutulma haqqında protokolda müdafiə etdiyi şəxsin 22 iyul 2025-ci il tarixdə saat 17:18-də tutulması yazılmışdır. Əslində müdafiə etdiyi şəxsin azadlığı həmin gün saat 15:30-da məhdudlaşdırılmışdır. Bundan başqa, müdafiə etdiyi şəxsin 48 saatlıq tutulma müddəti ilə bağlı da hüquqları pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 89-cu maddəsinə əsasən, inzibati xəta haqqında işin mürəkkəbliyi, xəta törətmiş şəxslərin sayının çoxluğu, eyni zamanda şəxsin barəsində tibbi rəylə, yoxlama ilə əlaqədar məsələlərdə 48 saat inzibati qaydada tutulmaya, saxlamaya qanun icazə verir. Lakin işdə olan, şəxsin narkotik vasitələrdən asılı olub-olmaması, istifadə edibetməməsinə dair ekspert rəyi artıq 23 iyul 2025-ci il tarixdə saat 14-15 radələrində polisdə olmuşdur. Buna görə də, şəxsi 48 saat saxlamağa ehtiyac olmamış, məhkəməyə təqdim olunması mümkün olmuşdur. O, həm müdafiə hüququnun pozulması, həm sadaladığı hallar, həm də şəxsin müdafiəçinin iştirakı olmadan izahatının alınması səbəbindən Şəxs barəsində aparılmış araşdırmanın əsassız və qanunsuz olduğundan barəsində aparılan inzibati xəta haqqında iş üzrə araşdırmaya xitam verilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 22 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan və 23 iyul 2025-ci il tarixli raportdan görünür ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşlarının raportuna əsasən, Şəxs 22 iyul 2025-ci il tarixdə saat 17:18də “Mədəniyyət evi”nin həyətində saxlanılmış və həmin tarixdə saat 17:36 dəqiqədə 10-cu polis şöbəsinə gətirilmişdir. Şəxs 24 iyul 2025-ci il tarixdə saat 10:00-da azad edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Şəxs 22 iyul 2025-ci il tarixdən etibarən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutlan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə tutulmuşdur. Şəxs götürülmüş bir ədəd bükümdə olan narkotik vasitə yoxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, oradan əldə edilmiş 23 iyul 2025-ci il tarixli ekspert rəyində Şəxs əldə olunmuş narkotik vasitənin bir ədəd bükümdə olan təmiz çəkisi 0,80 qram olan qurudulmuş marixuana olması göstərilmişdir. Ekspertiza rəyi əldə olunduqdan sonra şəxsin azad edilməsi barədə qərar qəbul edilmişdir. Ona görə də, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin 10-cu PŞ-nə təqdim edilmiş, Şəxs aşkar edilmiş narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin NH-nə təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan 23 iyul 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, 22 iyul 2025-ci il tarixdə saat 17:18 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi “Mədəniyyət evi”nin qarşısında baxış zamanı Şəxs qurudulmuş marixuana aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşlarının raportu və rəylə təsdiq edilir. Həmin protokolda Şəxs qeyd etmişdir ki, 22 iyul 2025-ci il tarixdə tanımadığı şəxsdən Sədərək ticarət mərkəzində öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 23 iyul 2025-ci il tarixli 4378 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 23 iyul 2025-ci il tarixli 7/990 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,80 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan Şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-də verdiyi 23 iyul 2025-ci il tarixli izahatdan görünür ki, o, 22 iyul 2025-ci il tarixdə Sədərək ticarət mərkəzində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün qurudulmuş marixuana almışdır. Polis əməkdaşları Lökbatan qəsəbəsi “Mədəniyyət” sarayının qarşısında ona yaxınlaşaraq özlərini təqdim edib onda nə olduğunu soruşduqları vaxt, o, səmimi etiraf edərək onda marixuana olduğunu dediyini bildirmiş, lakin istifadə etməmişdir. Etdiyi səhvi başa düşərək bir daha həmin əməli təkrar etməyəcəkdir. Bununla da, məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokolu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – polis sahə rəisləri, polis sahə inspektorlarının da tərtib etmək səlahiyyəti vardır. İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrinə əsasən rayon (şəhər) məhkəmələri həmin məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən, Şəxs müvafiq olaraq məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında müdafiəçi Nümayəndə müdafiə etdiyi Şəxs qardaşı oğlu, dostu və yeznəsi olan Xəyal, Rufan və Elnur adlı şahidlərin çağırılması barədə, həmçinin Şəxs özünün polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməsi ilə əlaqədar məhkəmə-tibbi ekspertizasından keçirilməsi barədə şifahi vəsatətlər vermişlər. Məhkəmə hər iki vəsatəti rədd edərək, Şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməsi ilə əlaqədar cinayət-prosessual qanunvericiliyin müddəalarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ Rayon Prokuroruna məlumat verilməsi qərara alınmışdır. Bundan başqa, müəyyən edilmişdir ki, müdafiəçi Nümayəndə məhkəmə iclasında etdiyi çıxışında müdafiə etdiyi şəxs Şəxs təzyiqlərə məruz qaldığını, bunun nəticəsində də narkotik vasitənin onda aşkar olunması barədə izahat verməyə məcbur edildiyini qeyd etmişdir. Lakin müdafiəçi Nümayəndə və digər şəxslər tərəfindən həmin faktı təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, müdafiəçi Nümayəndə məhkəmə iclasında etdiyi çıxışında bildirmişdir ki, məhkəməyə təqdim etdiyi orderin əslini o, 23 iyul 2025-ci il tarixdə saat 14:30-15:00 radələrində təhqiqatçıya təqdim etmişdir. 24 iyul 2025-ci il tarixdə tərtib olunan protokolda da onun iştirakı təmin olunmamışdır. Şəxs inzibati qaydada tutulması haqqında protokol tərtib edilən zaman onun iştirakı təmin edilməmişdir. Bununla da, İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Onun iştirakı təmin edilməli idi. O, saxlanılan şəxslə görüşmüşdür, vəkil kimi orderini də təqdim etmişdir. Müdafiə etdiyi şəxs inzibati xəta haqqında iş üzrə icraat qaydasında saxlanılarkən müdafiə hüquqları təmin edilməmişdir. Müdafiəçi Nümayəndə dedikləri ilə əlaqədar qeyd etmək lazımdır ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 iyul 2025-ci il tarixli qərardan göründüyü kimi, Şəxs 22 iyul 2025-ci il tarixdən etibarən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, əməlində cinayət tərkibi olmadığından 23 iyul 2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, Şəxs İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nə təqdim edilmişdir. Buradan da görünür ki, Şəxs 22 iyul 2025-ci il tarixdə tutulduğu andan müdafiəçinin iştirakı təmin edilmişdir. Şəxs barəsində 23 iyul 2025-ci il tarixli qərarla Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Şəhriyar Əlizadə tərəfindən cinayət işinin başlanması rədd edildikdən sonra təhqiqatçı tərəfindən artıq Şəxs barəsində cinayət təqibi başa çatdırılmışdır. Bundan sonra təhqiqatçının icraatında Şəxs barəsində hər hansı araşdırma aparılmamış, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nə təqdim edilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Yəni artıq Şəxs barəsində təhqiqatçı tərəfindən cinayət təqibi deyil, polis sahə rəisi tərəfindən inzibati xəta haqqında iş üzrə ayrıca icraat aparılmışdır. Buna görə də, müdafiəçi Abbasov X3 Əmirovun barəsində inzibati xəta haqqında iş üzrə icraat zamanı bu barədə araşdırma aparan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X2 orderini, xidməti vəsiqəsini və şəxsiyyət vəsiqəsini təqdim etməli və inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi kimi iştirak etməli idi. Buna görə də, müdafiəçi Nümayəndə orderini və digər sənədlərini polis sahə rəisinə təqdim etmədiyindən, Şəxs 23 iyul 2025-ci il tarixdə inzibati qaydada tutulması barədə tərtib olunan protokolda və izahatının alınmasında iştirak etməmişdir. Vəkil Nümayəndə orderini və şəxsiyyətini təsdiq edən digər sənədlərini ancaq 24 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı təqdim etmiş, Şəxs buna etiraz etmədikdən sonra həmin vaxtdan etibarən vəkil Nümayəndə Şəxs müdafiəçisi kimi iştirak etməsi təmin olumuşdur. Hətta Nümayəndə təqdim etdiyi orderdə onun Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təsirləndirilməsinə dair iş üzrə həmin şəxs ilə müqavilə bağladığı qeyd edilmişdir. Lakin məhkəmə iclası zamanı Pəhlivan Salmanovun müdafiə hüquqlarının həyata keçirilməsi üçün vəkil Nümayəndə inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi kimi iştirak etməsi təmin edilmişdir. Bununla da, Şəxs müdafiə hüquqları pozulmamışdır. Bundan başqa, müdafiəçi Nümayəndə məhkəmə iclasında çıxışında qeyd etmişdir ki, müdafiə etdiyi şəxs Şəxs 24 iyul 2025-ci il tarixdə saat 10:00-dan azad edilməsi barədə protokolda edilən qeyd öz təsdiqini tapmır. Şəxs məhkəmə iclasına qədər azad edilməmişdir. Tutulma haqqında protokolda müdafiə etdiyi şəxsin 22 iyul 2025-ci il tarixdə saat 17:18-də tutulması yazılıb, lakin əslində müdafiə etdiyi şəxsin azadlığı həmin gün saat 15:30-da məhdudlaşdırılıb. Müdafiəçi Nümayəndə dedikləri ilə əlaqədar qeyd etmək lazımdır ki, Şəxs 22 iyul 2025-ci il tarixdə saat 17:18-də tutularkən müdafiəçi iştirak etmiş, bu barədə hər hansı vəsatət daxil olmamışdır. Buna görə də, Şəxs 22 iyul 2025-ci il tarixdə saat 17:18-də tutulması barədə protokolda aparılan qeyd düzgün olmuşdur. Bundan əlavə, müdafiəçi Nümayəndə məhkəmə iclasında çıxışı zamanı bildirmişdir ki, müdafiə etdiyi şəxs Şəxs 48 saatlıq tutulma müddəti ilə bağlı da hüquqları pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 89-cu maddəsinə əsasən, inzibati xəta haqqında işin mürəkkəbliyi, xəta törətmiş şəxslərin sayının çoxluğu, eyni zamanda şəxsin barəsində tibbi rəylə, yoxlama ilə əlaqədar məsələlərdə 48 saat inzibati qaydada tutulmaya, saxlamaya qanun icazə verir. Lakin işdə olan, şəxsin narkotik vasitələrdən asılı olub-olmaması, istifadə edib-etməməsinə dair ekspert rəyi artıq 23 iyul 2025-ci il tarixdə saat 14-15 radələrində polisdə olmuşdur. Buna görə də, şəxsi 48 saat saxlamağa ehtiyac olmamış, məhkəməyə təqdim olunması mümkün olmuşdur. Müdafiəçi Nümayəndə dedikləri ilə əlaqədar qeyd etmək lazımdır ki, Şəxs barəsində iki növ ekspertiza keçirilərək icraya yönəldilib rəylər alınmış, izahatı alınmış və digər sənədlər toplanmışdır. Yuxarıda qeyd edildiyi kimi, Şəxs barəsində cinayət işinin başlanması rədd edildikdən sonra artıq cinayət təqibi başa çatmış, Şəxs barəsində polis sahə rəisinin icraatında inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati xərta haqqında iş üzrə icraat zamanı isə Şəxs izahatının alınması və digər sənədlərin toplanılması üçün müəyyən müddət tələb olunduğundan Şəxs 23 iyul 2025-ci il tarixdə azad edilməsi və onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim edilməsi qeyri-mümkün olmuşdur. Çünki Şəxs barəsində iki icraat, yəni əvvəlcə 22 iyul 2025-ci il tarixdə həmin şəxsin barəsində cinayət təqibi üzrə icraat, sonra isə onun tutulması anından 24 saat keçməmiş barəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək, 23 iyul 2025-ci il tarixdən etibarən inzibati xəta haqqında iş üzrə icraat aparılmağa başlanmışdır. Buna görə də, Şəxs 24 iyul 2025-ci il tarixdə saat 10:00-da azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə gətirilməsi mümkün olmuşdur. Odur ki, Şəxs 48 saat müddətində tutulması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 89-cu maddəsinin tələblərinin pozulması halları baş verməmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, Şəxs ziddiyyətli izahatlar verərək narkotik vasitəni əldə etmədiyini, təzyiq altında izahat verdiyini bildirməklə inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb edilməkdən özünü müdafiə etmək istəmişdir. Buna görə də, Şəxs narkotik vasitəni əldə etmədiyini, təzyiq altında izahat verdiyini bildirməsi onun inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb edilməmək üçün özünü müdafiə etmək istəməsi kimi qiymətləndirilməlidir. Beləliklə də, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206cı maddəsində nəzərdə tutulan əməli törətməsi inzibati xəta haqqında iş üzrə toplanmış materiallarla kifayət qədər öz təsdiqini tapmışdır. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, Şəxs tutulduğu 22 iyul 2025-ci il tarixdə saat 17:18-dən 24 iyul 2025-ci il tarixə saat 10:00-a qədər olan 2 gün müddət nəzərə alınmaqla Şəxs həbs müddəti 01 ay 28 gün müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. 01 ədəd sellofan bükümdə ekspert tədqiqatından sonra qalıq qalmış 0,78 qram narkotik vasitə marixuana məhv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. Şəxs tutulduğu 22 iyul 2025-ci il tarixdə saat 17:18-dən 24 iyul 2025-ci il tarixə saat 10:00-a qədər olan 2 gün müddət nəzərə alınmaqla Şəxs həbs müddəti 01 ay 28 gün müəyyən edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 24 iyul 2025-ci il tarixdən, saat 15:15-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1503/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1503/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver