Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1506/2025 15.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Mollavaizli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş, həmin qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan “X5” MTK ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 nömrəli tapşırıq müqaviləsi əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub şərq hissəsində sifarişçi "xxxx" MMC-yə məxsus ərazidə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hörgü-suvaq işləri yerinə yetirərək 100 manat gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon Prokurorluğuna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, X5” MTK ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 nömrəli tapşırıq müqaviləsi əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub şərq hissəsində sifarişçi "xxxx" MMC-yə məxsus ərazidə hörgü-suvaq işləri yerinə yetirərkən işçiləri işlərin yerinə yetirilməsinə cəlb etmək və onlara nəzarət etmək onun vəzifəsi olmuşdur. xx.xx.2025-ci il tarixdə tanışları vasitəsilə tapdığı Kamil Qasımovu, Röyal Cəfərovu, Tərlan Qasımovu, Xəqan Cəbrayıllını və adını xatırlamadığı daha 2 nəfər şəxsi qeyd olunan ərazidə işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Həmin şəxslər xx.xx.2025-ci il tarixdə ərazidə görüləcək işlərlə tanış olmuş və xx.xx.2025-ci il tarixdən işləməyə başlamışlar. Onunla həmin şəxslər arasında əmək müqaviləsi bağlanmamışdır. Həmin ərazidə görüləcək işlərlə bağlı tapşırıqları vermiş və işçilərin gördüyü işlərə də nəzarət etmişdir. xx.xx.2025-ci il tarixdə Kamil Quliyev iş görən zaman xəsarət aldıqdan sonra digər işçilər cəmi 2 gün işləyərək çıxıb getmişlər. VÖEN olmadan həmin fəaliyyətlə məşğul olmuş və cəmi 100 manat gəlir əldə etmişdir. Həmçinin məhkəməyə ödəniş qəbzi təqdim edərək, inzibati xəta nəticəsində əldə etdiyi gəliri tamamilə dövlət büdcəsinə köçürdüyünü bildirmiş, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun nümayəndəsi X1 Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2025-ci il tarixli qərarı müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Məlumat axtarış sistemindən əldə edilmiş məlumata əsasən, Şəxs sahibkarlıq subyekti kimi qeydiyyata alınmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır;. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin Məcəllənin 398-ci maddəsinin qeyd hissəsinə əsasən, Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bundan əlavə, Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə ödədiyi müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Lakin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcuddur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə ödəməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və o, həmin maddənin “Qeyd” hissəsinin tələbi nəzərə alınaraq inzibati məsuliyyətdən azad edilməklə, İXM-nin 53.1.10-cu maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xəta üzrə əməli törətməkdə təqsirli bilinsin və o, həmin maddənin “Qeyd” hissəsinin tələbi nəzərə alınaraq inzibati məsuliyyətdən azad edilməklə, İXM-nin 53.1.10-cu maddəsinə əsasən iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1506/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1506/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver