Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1507/2025 04.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Mollavazlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs (FİN–xxxxxxx) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş, həmin qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, fiziki şəxs Şəxs “X17” MTK ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 nömrəli tapşırıq müqaviləsi əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub şərq hissəsində sifarişçi "xxxx" MMC-yə məxsus ərazidə hörgü-suvaq işləri yerinə yetirərkən işçilərin təhlükəsiz şəraitdə işləmələrinə cavabdeh olmaqla, işlərin yerinə yetirilməsi zamanı baş verə biləcək təhlükələri lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək qeyd olunan ərazidə işlərin yerinə yetirilməsinə cəlb etmiş X7 xx.xx.2025-ci il tarixdə saat 12 radələrində tikintidə hörgü işini görən zaman yerdən təxminən 3 metr hündürlüyündə olan kustar üsulla düzəldilmiş ayaqaltıdan yerə yıxılması nəticəsində sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X3 çıxış edərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli hesab edir. “X17” MTK ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 nömrəli tapşırıq müqaviləsi əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub şərq hissəsində sifarişçi "xxxx" MMC-yə məxsus ərazidə hörgü-suvaq işləri yerinə yetirərkən işçiləri işlərin yerinə yetirilməsinə cəlb etmək və onlara nəzarət etmək onun vəzifəsi olmuşdur. xx.xx.2025-ci il tarixdə tanışları vasitəsilə tapdığı Kamil Qasımovu, Röyal Cəfərovu, Tərlan Qasımovu, Xəqan Cəbrayıllını və adını xatırlamadığı daha 2 nəfər şəxsi qeyd olunan ərazidə işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Həmin şəxslər xx.xx.2025-ci il tarixdə ərazidə görüləcək işlərlə tanış olmuş və xx.xx.2025-ci il tarixdən işləməyə başlamışlar. Onunla həmin şəxslər arasında əmək müqaviləsi bağlanmamışdır. Həmin ərazidə görüləcək işlərlə bağlı tapşırıqları vermiş və işçilərin gördüyü işlərə də nəzarət etmişdir. xx.xx.2025-ci il tarixdə evdə olan zaman ona zəng edərək Kamil Qasımovun tikintidə iş zamanı yıxılaraq xəsarət aldığını bildirmişlər. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, 84C-25 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162-1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, toplanmış material Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X15 xx.xx.2025-ci il tarixli, 186 saylı rəyindən görünür ki, 1979-cü il təvəllüdlü X7 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - sol daban sümüyünün qapalı sınığı bərk küt əşya təsirindən törənmişdir, zərərçəkmişin göstərdiyi və tibbi yardım üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3857 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tikinti sahəsində iş zamanı döşəmədən 3 metr hündürlükdə mövcud tələblərə cavab verməyən ayaqaltıdan istifadə edilməsi, yəni ayaqaltının təsadüfən yıxılmanı istisna edən məhəccərinin olmaması, həmçinin işçinin həmin işlərin görülməsi zamanı fərdi mühafizə vasitəsi olan qoruyucu kəmər ilə təmin edilməməsi baş vermiş hadisəyə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1,2.4.2, 2.4.3, 3.1,5.27.2-ci bəndinin tələbləri pozulmuşdur. Hündürlükdə aparılan işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmadan, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmadan, nəzəri bilikləri yoxlanılmadan, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları, onların üsulları öyrədilmədən, bununla yanaşı iş sahəsində istifadə olunan ayaqaltının mövcud tələblərə cavab vermədən, yəni ayaqaltının təsadüfən yıxılmanı istisna edən məhəccəri olmadan, eləcə də hündürlükdə görülən işlər zamanı fərdi mühafizə vasitəsi olan qoruyucu kəmərdən istifadəsi təmin olunmadan X7 hündürlükdə işlərin görülməsinə yol verildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarf’nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2-ci bəndlərinin tələbləri X9 tikintidə təmir işlərinin aparılmasına cəlb etmiş şəxs(-lər) tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş X14 tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materialında olan xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən imzalanmış 01 nömrəli Tapşırıq müqaviləsindən görünür ki, Şəxs "xxxx" MMC-nin ərazisində hörgü-suvaq işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş, icraçı kimi onun vəzifə öhdəliklərinə işlərin görülməsi zamanı işçilərin işə götürülməsi, işçilərə təhlükəsizlik şəraitinin yaradılması, əmək haqqlarının təyin olunması, əmək mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqda təlimatların keçirilməsi aid edilmişdir. İşə əlavə edilmiş zərərçəkmiş şəxs X7 izahatındn görünür ki, xx.xx.2025-ci tarixdə tanışı Mirhüseyn ona zəng edərək Bakı şəhəri, Lökbatan qəsəbəsində iş olduğunu demişdir. O da növbəti gün, yəni 03 yanvar 2025-ci il tarixdə Mirhüseynin dediyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən tikinti işləri aparılacağı yerə gəlmişdir. Həmin gündən etibarən onunla birlikdə orada Tərlan, Xəqan, Royal işləməyə başlamışdır. Onların işi gələcəkdə maşın ehtiyat hissələri dükanı olacaq obyektin hörgü işlərini görməkdən ibarət olmuşdur. Həmin ərazidə iş görən zaman Mirhüseyn onlara nəzarət etmişdir. X14 xx.xx.2025-ci il tarixdə saat 12 radələrində tikintidə hörgü işini görən zaman yerdən təxminən 3 metr hündürlüyündə olan kustar üsulla düzəldilmiş ayaqaltıdan yerə yıxılmış və nəticədə xəsarət almışdır. Həmin vaxt ərazidə Ramis adlı işçi də olmuşdur. İşə əlavə olunmuş izahatlardan görünür ki, araşdırma zamanı dindirilmiş X10, X4, X5, X11 və X2 eyniməzmunlu izahatlar verərək Şəxs və Kamil Qasımovun dediklərini təsdiq etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır;. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və inzibati materialda olan digər sənədlərlə, o cümlədən ekspertiza rəyləri ilə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1507/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1507/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver