Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1508/2024 12.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ /20874828 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ /20874828 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 30 aprel 2024-cü il tarixli EQ 20874828 saylı qərar qəbul edilərək o, İXM-nin 328.1-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Belə ki, nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-362/2024 saylı, 13 fevral 2024-cü il tarixli qərarının icrasına xitam verilmişdir. Həmin qərar məhkəmə tərəfindən icra edilməsinə baxmayaraq, Baş X4 İdarəsi tərəfindən bu hal qeydə alınmamışdır. Beləliklə, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olmaqla ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ /20874828 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək, Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ /20874828 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ /20874828 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)- 362/2024 saylı, 13 fevral 2024-cü il tarixli qərarından görünür ki, X1 nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətininə məhdudlaşdırılmasına dair Qaradağ Rayon Məhkəməsinin 3(002)-362/2024 saylı 13 fevral 2024-cü il tarixli qərarına xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 tərəfindən barəsində tətbiq edilmiş cərimə və dəbbə pulu ödənilmiş, eləcə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-362/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X1 nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətininə məhdudlaşdırılmasına dair Qaradağ Rayon Məhkəməsinin 3(002)-362/2024 saylı 13 fevral 2024-cü il tarixli qərarına xitam verilməsinə baxmayaraq, səlahiyyətli orqan tərəfindən qərarın icrasına xitam verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-362/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətininə məhdudlaşdırılmasına dair Qaradağ Rayon Məhkəməsinin 3(002)-362/2024 saylı 13 fevral 2024-cü il tarixli qərarına xitam verilməsinə baxmayaraq, qərarın icrasına səlahiyyətli orqan tərəfindən xitam verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. X2 tərəfindən barəsində tətbiq edilmiş cərimə və dəbbə pulu ödənilmiş, eləcə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-362/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X1 nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətininə məhdudlaşdırılmasına dair Qaradağ Rayon Məhkəməsinin 3(002)-362/2024 saylı 13 fevral 2024-cü il tarixli qərarına xitam verilmişdir. Bu səbəbdən X2 barəsində Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ /20874828 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə əsasən Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ /20874828 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1508/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1508/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver