Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1509/2021 23.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən məhkəməyə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material daxil olmuşdur. İşdə olan AP ******* saylı 30 iyun 2021-ci il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs MMC-nin inzibati xətanın törədilməsi zamanı mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı müvafiq səlahiyyətli orqana, bu barədə sorğu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində verməmişdir. Buna görə həmin təşkilat barəsində İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, Qaradağ RPİ-nin DYPŞ-nin İTÜ baş inspektoru X1 protokoluna görə guya 04 iyun 2021-ci il tarixdə Şəxs MMC-yə sorğu göndərilmişdir. İş materiallarında olan poçt qəbzinə əsasən həmin sorğu 10 iyun 2021-ci il tarixdə Şəxs MMC-də “Alıyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin aşağıdakı səbəblərə görə hesab edirlər ki, protokol əsassızdır və şirkətə qarşı inzibati xəta haqqında qərar qəbul edilə bilməz. Poçt qəbzi ilə tanış olduqda müəyyən edilir ki, həmin sorğunu 10 iyun 2021-ci il tarixdə “Alıyev” soyadlı şəxs şəxsən qəbul etmiş və poçt qəbzini imzalamışdır. O öz izahatında qeyd etmişdir ki, şirkətin sahibi X5r. Poçt qəbzində qeyd edilən imza isə ona məxsus deyil. İmzanın ona məxsus olmadığını əsaslandırmaq məqsədilə məktuba qoşmada öz imzasıyla təsdiqlənmiş bir neçə sənəd nümunəsini əlavə edilmişdir. Həmçinin şirkətə həmin tarixdə belə bir sorğu daxil olmamışdır. Sənədlərə və poçt qəbzinə baxış keçirdikdə müəyyən olunur ki, sorğu Qaradağ DYPŞ-nin İTÜ baş inspektoru X3 tərəfindən 04 iyun 2021-ci il tarixdə tərtib olunmuşdur. Həmçinin ərizəyə əlavə edilmiş “Daşıma üçün təhvil verilmiş göndərişlərin” Reyestrində də həmin sorğunun poçta 04 iyun 2021-ci il tarixdə verildiyi təsdiq olunur. Lakin həmin sorğunun onlara təqdim olunduğunu təsdiq edən poçt qəbzinə baxdıqda müəyyən olunur ki, həmin qəbz 29 may 2021-ci il tarixdə saat 13:31-də gəndərilən və onlara məlum olmayan hansısa məktubun qəbul edilməsini təsdiqləyir. Yəni sorğunun guya onlara təqdim edildiyini təsdiq etmək üçün ərizəyə əlavə edilmiş poçt qəbzi əslində 29 may 2021-ci il tarixdə saat 13:31-də göndərilən hansısa digər məktubun çatdırıldığını təsdiq edir. Beləliklə bu poçt qəbzi məhz həmin sorğunun onlara təqdim edildiyini sübut etmir. Qeyd edilənləri ümumiləşdirsək belə qənaətə gəlmək olar ki, ilk öncə poçt qəbzində qeyd edilən imza onlara məxsus deyil və şirkətə həmin tarixdə belə bir sorğu daxil olmamışdır. Poçt qəbzində olan naməlum şəxsin imzası həmin sorğunun şirkətə təqdim edildiyini sübut etmir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsə də, həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AP ******* saylı 30 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs MMC yol vərəqəsi və sürücü haqqında məlumatları beş gün müddətində DYPŞ-ya təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş məktubun surətindən aydın olur ki, Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən sürücü barədə məlumatın verilməsi məqsədilə 04 iyun 2021-ci il tarixdə Şəxs MMC-yə məktub ünvanlanmış, həmin məktubun göndərilməsinə dair reyestrin üzərindəki möhürdən isə aydın olur ki, poçt tərəfindən həmin məktub 21 iyun 2021-ci il tarixdə təhvil alınmışdır. İşdə olan xəbərnamənin surətindən isə aydın olur ki, həmin məktub Şəxs MMC-nin “Alıyev” soyadlı işçisi tərəfindən 10 iyun 2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi 21 iyun 2021-ci il tarixdə Şəxs MMC-yə göndərilən məktubun 10 iyun 2021-ci il tarixdə qəbul edilməsi mümkün deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qeyd olunan inzibati iş yuxarıda göstərilən pozuntu ilə əlaqədar Qaradağ rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli Qərardadı ilə geri qaytarılsa da Qərardadda göstərilən ziddiyyət araşdırılmadan yenidən məhkəmə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər natamam olduğundan Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1509/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1509/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver