Məhkəmə qərarları › İş №3(002)-1510/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1510/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1510/2021 10.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu rayon Məhkəməsinin 2(016)-649/14 saylı, 01 sentyabr 2014-cü il tarixli və Qaradağ rayon məhkəməsinin 2(002)-720/21 saylı 01 mart 2021-ci il tarixli icra sənədlərinə əsasən X2 ödəməli olduğu 2101 manat borcu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Ağsu rayon Məhkəməsinin 2(016)-649/14 saylı, 01 sentyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 25 avqust 2011-ci il tarixdə anadan olan X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməsi qət edilmişdir. Bundan başqa Qaradağ rayon məhkəməsinin 2(002)-720/21 saylı 01 mart 2021-ci il tarixli icra sənədinə əsasən isə 25 avqust 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Qaradağ rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli 2(016)-649/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs hər ay bir uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs ümumi aliment borcu hal-hazırda 2101 manat təşkil edir. O öz izahatında daha sonra göstərmişdir ki, tələbkar X2 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o uzaqda yaşadığı üçün məhkəmə iclasına gələ bilməyəcəyini, lakin yaranmış aliment borcunun ödənilməsini tələb etdiyini bildirmişdir. Aliment borcunun ödənilməsi məqsədilə borclu hal-hazırda heç bir ödəniş etmədiyindən onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında heç bir yerdə işləməsə də sərt karantin rejimi və pandemiya dövründə kifayət qədər ödənişlər etdiyini, özünün evli olmasını və ailəsini dolandırmağa çalışdığını bildirmişdir. O öz izahatında qeyd etmişdir ki, hal-hazırda aliment borcundan 300 manat ödəniş etmək iqtidarındadır. Bundan əlavə ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, indiyədək aliment borcunu ödəməkdən qəsdən yayınmamasını və icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlməsinin nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi heç bir yerdə işləməsə də aliment borcundan kifayət qədər ödənişlər etmiş və hal-hazırda da 300 manat ödəniş edə biləcəyini, qalan borcunu isə qısa müddətdə ödəyəcəyinə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar