Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1512/2025 28.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlu ünvan 1 ünvanında qeydiyyatda olan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28660721 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: ünvan 1 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28660721 nömrəli qərarından şikayət vermişdir. İnzibati xəta haqqında iş öyrənilərkən onun Qaradağ Rayon Məhkəməsində baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, X3 Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta barədə 18 iyun 2025-ci il tarixdə məlumatlı olmasına baxmayaraq, DİN-nin BDYPİ-nin X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28660721 nömrəli qərarının surətinin xx.xx.2025-ci il tarixdə çıxarıldığını hesab edərək, həmin qərardan şikayəti xx.xx.2025-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinə təqdim etmişdir. Bununla da, X3 tərəfindən qərardan şikayət verilməsi barədə müəyyən edilmiş prosessual müddət buraxılmış, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİnin X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28660721 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş müddətin onun tərəfindən buraxılmasının səbəbinin üzürlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən həmin məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-nin 130.3-cü nmaddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edirəm ki, X2 şikayəti qanunla müəyyən edilmiş müddəti ötürməklə verdiyindən şikayət şikayətçiyə geri qaytarılmalıdır. İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114 və 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28660721 nömrəli qərarın ləğv edilməsinə dair şikayəti ona geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1512/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1512/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver