Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1515/2020 08.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, X1nun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Lerik rayonu, Xanagah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Quliyev X4 rayon Məhkəməsinin 2(002)-1564/2017 saylı, xx xxxxx 2017-ci il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəliyi heç bir üzürlü səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqəsini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edib izahatında bildirmişdir ki, icra sənədi şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu və tələbkarın ünvanına bildiriş göndərilmiş, lakin borclu tərəfindən icra sənədinin icrası könüllü təmin edilməmişdir. Şəxs məhkəmə qərarının icrası ilə bağlı borclu heç bir hərəkət etməyərək üzərinə qoyulmuş öhdəliyini yerinə yetirməmişdir. Qeyd edilən icra sənədini borclu könüllü olaraq yerinə yetirmədiyindən onun əmlakının və gəlirinin olması ilə bağlı müvafiq orqanlara sorğular verilmiş, lakin borclunun adına hər hansı daşınar və daşınmaz əmlak müəyyən edilməmişdir. Borclu Şəxsanın izahatı alınmış və o, izahatında bildirmişdir ki, hal-hazırda karantin rejimi olduğundan heç bir yerdə işləmədiyi üçün və maddi imkanı aşağı olduğundan öhdəliyini icra edə bilməmişdir. Nəticədə Qaradağ rayon Məhkəməsinin 2(002)-1564/2017 saylı, xx xxxxx 2017-ci il icra sənədinə əsasən borclu Şəxs borcunu qərəzli olaraq ödəmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. X1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1564/2017 saylı, xx xxxxx 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 8830 manat pul tutularaq onun xeyrinə ödənilməsi qət edilsə də, borclu Şəxs bu günə kimi icra sənədi üzrə ümumilikdə borcundan 1100 manat ödəniş etmiş, ödənilməmiş qalan məbləği isə ödəməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati icraat aparılan Şəxs ilə icra sənədi üzrə alınmalı borcun hissəhissə ödənilməsi ilə bağlı aralarında razılıq əldə etmişlər. Şəxs qarşı şikayət və tələbinin olmamasını nəzərə alınaraq, sonuncu barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1564/2017 saylı xx xxxxx 2017-ci il tarixli icra sənədindən xəbərdardır. İcra sənədini icra etməkdən yayınmır. Həmin icra sənədinə əsasən yaranmış ümumi 8830 manat məbləğində borcuda tələbkarın xeyrinə 1100 manat ödəmiş, lakin qalan məbləği maddi imkanı aşağı olduğundan və heç yerdə işləmədiyindən ödəmək iqtidarında olmamışdır. Qeyd olunan icra sənədi üzrə öhdəliyini icra etmək niyyətindədir. Gələcəkdə işlə təmin olunduqda ilk növbədə gəlirini icra sənədi üzrə tələbkarın xeyrinə ödəyəcəkdir. Hazırda icra sənədi üzrə ödənilməmiş qalan borcun qısa müddətdə ödənilməsi barədə tələbkarla razılığa əldə etməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1564/2017 saylı, xx xxxxx 2017-ci il tarixli icra sənədinindən görünür ki, cavabdeh Şəxs 3800 manat əsas borc, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsum, cəmi 8830 (səkkiz min səkkiz yüz otuz) manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında xx xxxxxxx 2018-ci il tarixli qərarın surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1564/2017 saylı, xx xxxxx 2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildiriş borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Məhkəməyə təqdim edilmiş və inzibati xəta haqqında materiala əlavə edilmiş X6 tərəfindən tərtib edilmiş ərizədən görünür ki, tələbkar Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1564/2017 saylı, xx xxxxx 2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ilə aralarında razılıq əldə edərək sonuncuya qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq sonuncu barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Qeyd olunan maddənin tələbindən göründüyü kimi, İXM-in 528.1-ci maddəsində nəzərdə inzibati məsuliyyət icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, borclu Şəxs rəsmi iş yerinin, adına hər hansı daşınmaz, daşınar əmlakın və gəlirinin olması, həmçinin icra məmuru tərəfindən borclu Şəxsanın işlə təmin olunması barədə təklifi iş materialları ilə müəyyən olunmur və məhkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa tərəflərin məhkəmə baxışı zamanı vermiş olduqları izahatlardan və tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən də məlum olur ki, qeyd olunan icra sənədi üzrə borclu Şəxsa X1 ilə razlıq eldə etmiş və sonuncuların ona qarşı heç bir şikayət və tələbi yoxdur. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şəxs şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1515/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1515/2020
08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver