Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1515/2021 13.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, DİN-in BDYPİ-nin Vİ tağım YPX baş inspektoru, polis mayoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Əli-Bayramlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri, Xəqani küçəsi, 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 12 dekabr 2021-ci il tarixli İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 12 dekabr 2021-ci il tarixdə, saat 10:23 radələrində VAZ 2106 minik markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşını İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 01 il ərzində təkrar törətməklə narkotik vasitənin təsiri altında idarə etməklə İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYPİ-nin Vİ tağım YPX baş inspektoru, polis mayoru X2 öz izahatında bildirmişdir ki, Şəxs 12 dekabr 2021-ci il tarixdə, saat 10:23 radələrində VAZ 2106 minik markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşını narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, o, 15 oktybar 2021-ci il tarixdə İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Buna görə də onun barəsində İXM-nin 333.2-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, hadisə günü, yəni 12 dekabr 2021-ci il tarixdə yaşadığı Şirvan şəhəindən Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində cəza çəkən dostunun qaynına yemək aparmaq üçün gedirmiş. Onu Qaradağ rayonu ərazisində yerləşən DİN-in BDYPİ-nin postunda saxlamış və ondan narkotik vasitə istifadə edib-etməməsini yoxlamaq məqsədilə analiz verməsini xahiş etmişlər. O öz ifadəsində daha sonra qeyd etmişdir ki, özü narkotik vasitə istifadəçisi deyil, əvvəllər maşında olan digər sərnişinlərin narkotik vasitə istifadə etməsi nəticədə narkotik vasitənin tüstüsü ona da təsir etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Hacıqabul RMX-sı Publik Hüquqi şəxsin “Narkotik qəbulu faktı və vəziyyətini təyin edən tibbi müayinəyə” dair 12 dekabr 2021-ci il tarixli 992 saylı aktdan aydın olur ki, Şəxs 12 dekabr 2021-ci il tarixdə, saat 10:00 radələrində tibbi müayinədən keçirilərkən onda narkotik maddə-marixuana qəbul etməsi faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında 15 oktyabr 2021-ci il tarixli TP4657865 saylı qərardan aydın olur ki, Şəxs İXM-nın 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 13 dekabr 2021-ci il tarixdən saat 15:20-dən hesablansın.
3. Qərarın icrası DİN-in BDYPİ-nin Vİ tağımına və Qaradağ RPİ-yə həvalə edilsin 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov.