Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1515/2023 31.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6, borclu Şəxs barəsində protokol tərtib edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-759/2022 saylı, 04 mart 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-759/2022 saylı, 04 mart 2022-ci il tarixli icra vərəqəsinə əsasən; Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-6571/2014 nömrəli iş üzrə qəbul etdiyi 22 oktyabr 2014-cü il traixli qətnaməsi ilə 01 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada 15 aprel 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu icra sənədini 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, aprel, may aylarında mütəmadi ödəməklə ümumilikdə 1726,36 azn ödəniş etmişdir. Belə ki, o, həmin vaxtlarda “Azfen B.M” şirkətində işləmiş və aliment borcu əmək haqqına yöndəldilmişdir. Lakin 23 may 2022-ci il tarixdə həmin iş yerindən Əmək Məcəlləsinin 68-ci maddəsinin, “2b” bəndinə əsasən işdən azad edilmişdir. Hal-hazırda doqquz ayın ödənilməmiş aliment borcu, yəni 1592 manat borc qalmaqdadır. O öz izahatında onu da qeyd etmişdir ki, borclunun müvafiq işlə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 müraciət etmiş, Agentliyin Bakı Regional Məşğulluq Filialından İcra Şöbəsinə ünvanlanmış, 21 dekabr 2022-ci il tarixli məktubda müraciətin araşdırılması məqsədilə Filialın əməkdaşı tərəfindən Şəxs ilə dəfələrlə əlaqə (***-***-**-**) saxlanıldığı, lakin əlaqə yaratmaq mümkün olmadığı, vətəndaşın müraciətinə baxılması üçün yaşadığı ünvana 21 dekabr 2022-ci il tarixli, **********8 nömrəli dəvət məktubu göndərildiyi və vətəndaşın filiala müraciət edəcəyi təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Borclu icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlmədiyinə görə barəsində mülki axtarış işi açılmış, lakin bu gün İcra Şöbəsinə şəxsən özünün gəldiyini qeyd etmişdir. Bundan əlavə İcra məmuru tələbkar X5 ilə telefon vasitəsilə əlaqə saxladığını, tələbkarın məhkəmə iclasına işdə olması səbəbindən gələ bilmədiyini, lakin borclunun inzibati qaydada həbs olunmasını tələb etdiyini bildirmişdir. Bütün bunların nəzərə alınaraq borclu barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır, belə ki, icra sənədini 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, aprel, may aylarında mütəmadi ödəməklə ümumilikdə 1726,36 azn ödəniş etmişdir. Həmin vaxtlarda “Azfen B.M” şirkətində işləmişdir. Hal-hazırda 1592 manat aliment borcu qalmaqdadır. Həmin aliment borcunun qalmasının səbəbi “Azfen B.M” şirkətindən işdən azad olunması və bundan sonra iş tapa bilməməsidir. O hal-hazırda heç bir maddi imkanının olmadığını, vaxt veriləcəyi təqdirdə qalan aliment borcundan kifayət qədər ödənişlər edəcəyini bildirərək barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 31 iyul 2023-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra tam etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymaraq icra şöbəsinə gəlməkdən imtina etmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 31 iyul 2023-cü il tarixdən saat 14:50-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1515/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1515/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver