Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1517/2025 06.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi ilə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarla İXP7126251 saylı xx.xx.2025-ci il tarixli protokola əsasən İXM-nin 353.2-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, o, inzibati xəta törətmişdir. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, o, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmışdır. Belə ki, icazə verilən çəki 40000 kq-dır, onun nəqliyyat vasitəsinin çəkisi isə 41700 kq olmuşdur. **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki pasportunda da maksimal yük götürmə imkanı qeyd edilib və yük həddi aşılmamışdır. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X3 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. DİN-nin BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazmi qatydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasılna gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə DİN-nin BDYPİ-nin nümayəndəsinin və X2 iştirakı olmadan məhkəmə iclasının aparılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X2 şikayəti təmin olunmalı, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş qeydiyyat şəhadətnamələrinə əsasən, “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı “**-UL-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yarımqoşqusu ilə birlikdə icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrinə dair tələb 40000 kq-dır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “**-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yükün çəkisi 41700 kq-dır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “**-UL-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri aşılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələb aşılmamışdır. Belə ki, “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı nəqliyyat vasitəsinin iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsi kimi icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametri 40000 kq-dır. Avtomobil tərəzisində ölçmə aparılan zaman daşınan yükün çəkisinin 41700 kq olduğu müəyyən edilmişdir. Yəni 40000 kq tələbin 5%-dək aşılmasına qanunvericilikdə yol verilir. Hətta həmin nəqliyyat vasitəsinin elektron tərəzidə real olaraq çəkilib-çəkilməməsi də mübahisəlidir. Çünki “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı nəqliyyat vasitəsinin avtomobil tərəzisində real olaraq çəkilib-çəkilmədiyini sübut edən hər hansı video və foto çəkiliş yoxdur. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Azərbaycan Resublikası İXM-nin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı nəqliyyat vasitəsinin avtomobil tərəzisində çəkildiyi sübut olunsa belə, həmin avtomobil tərəzisi AYNA-ya və ya DİN-nin BDYPİ-yə məxsus tərəzi deyildir, həmin tərəzi DİN-nin BDYPİ-nin X1 ilə inteqrasiya olunmamışdır. DİN-nin BDYPİ-dən verilən şifahi məlumata əsasən avtomobil tərəzisinin sertifikatı (şəhadətnaməsi) mövcud deyildir. Hətta 11 may 2025-ci il tarixli İXP ******* nömrəli protokolda və 29 iyun 2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarda “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı “**-UL-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hansı markalı, modelli avtomobil tərəzisində çəkildiyi barədə məlumatlar da göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 127-1.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1nə inteqrasiya edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 5.1-ci bəndinin “Qeyd” hissəsində göstərilmişdir ki, metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnamələrinin vaxtı keçmiş nəzarət ölçü cihazlarının tətbiqi qadağandır. İnzibati xəta haqqında protokol 11 may 2025-ci il tarixdə tərtib edilsə də, inzibati xəta haqqında qərar kifayət qədər gec, yəni 29 iyun 2025-ci il tarixdə tərtib edilmişdir. Protokola və ya qərara video və ya fotoşəkillər əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.7-ci bəndində göstərilmişdir ki, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Həmin təlimatın 6.9-cu bəndində göstərilmişdir ki, patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. Bununla belə, “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı nəqliyyat vasitəsinin sürücüsü X3 ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsini avtomobilin içəri hissəsində və ya kameranın görünüş dairəsində aparılmasını təsdiq edən, patrul avtomobilində quraşdırılmış videokameranın və yol-patrul xidməti əməkdaşının üzərində olan videokameranın görüntüləri mövcud deyildir. Eləcə də, həmin nəqliyyat vasitəsinin çəkisinin ölçüldüyü avtomobil tərəzisinin olduğu məkandan hər hansı video və ya foto görüntü təqdim edilməmişdir. Hətta məhkəməyə təqdim edilən qəbzdə nəqliyyat vasitəsinin markası, modeli və dövlət qeydiyyat nişanı, sürücüsü barədə məlumatlar göstərilməmiş. Həmin qəbzdə ancaq nəqliyyat vasitəsinin qoşqusunun “**-ZB-***” dövlət qeydiyyat nişanı və nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə saat 11:15-dən saat 11:17-dək çəkisini ölçüldüyü göstərilmiş, qəbz üzərində sonradan diyircəkli qələmlə “**-UL-***” dövlət qeydiyyat nişanı yazılmışdır. Buna görə də, həmin qəbzin mötəbər sübut kimi qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5- 1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda nəzərdə tutulmuş 353.2-ci maddəsi ilə inzibati xətanın törədilməsi halı sübuta yetirilmədiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən X2 barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata X2 əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1517/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1517/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver