Məhkəmə qərarları › İş №3(002)-1518/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1518/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1518/2021 13.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, DİN-in BDYPİ-nin Vİ tağım YPX baş inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxxx 1976-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Mingəşevir şəhəri, Ş.İ.Xətayi küçəsi, ev 7, mənzil 17 ünvanında qeydiyyatda olmaqla ünvan 1an Şəxs Azərbaycan Respublikası İXM-nin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 12 dekabr 2021-ci il tarixli İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 12 dekabr 2021-ci il tarixdə, saat 10:23 radələrində Mercedes Benz 0403 Avtobus markalı, ** FL *** dövlət nömrə nişanlı avtomaşını narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə etməklə İXM-nin 333.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYPİ-nin Vİ tağım YPX baş inspektoru, polis mayoru X2 öz izahatında bildirmişdir ki, Şəxs 12 dekabr 2021-ci il tarixdə, saat 10:23 radələrində Mercedes Benz 0403 avtobus markalı, ** FL *** dövlət nömrə nişanlı avtobusu narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə etmişdir. Buna görə də barəsində İXM-nin 333.4-cü maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, hadisə günü, yəni 12 dekabr 2021-ci il tarixdə Mercedes Benz 0403 Avtobus markalı, ** FL *** dövlət nömrə nişanlı avtobusu idarə etməklə Bakıdan Mingəçevir şəhərinə sərnişin apararkən Qaradağ rayonu ərazisində DİN-in BDYPİ-nin Vİ tağım YPX əməkdaşları onu postda saxlayaraq narkotik vasitə istifadə edib-etməməsi ilə bağlı analiz verməsini xahiş etmişlər. O öz izahatında daha sonra qeyd etmişdir ki, hadisədən təxminən bir həftə öncə toy məclisində içərisində narkotik vasitə olduğunu bilmədiyi siqaret çəkmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Hacıqabul RMX-sı Publik Hüquqi şəxsin “Narkotik qəbulu faktı və vəziyyətini təyin edən tibbi müayinəyə” dair 12 dekabr 2021-ci il tarixli 991 saylı aktdan aydın olur ki, Şəxs 12 dekabr 2021-ci il tarixdə, saat 09:00 radələrində tibbi müayinədən keçirilərkən onda narkotik maddə-marixuana qəbul etməsi faktı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsində göstərilir ki, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 13 dekabr 2021-ci il tarixdən saat 15:50-dən hesablansın.

3. Qərarın icrası DİN-in BDYPİ-nin Vİ tağımına və Qaradağ RPİ-yə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Rufan Mürsəlov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar