Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-152/2021 05.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X1 iştirakı ilə, Samux rayonu, Alabaşlı kəndində qeydiyyatda olan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Samux rayonu, Alabaşlı kəndində qeydiyyatda olan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Qeyd olunan material Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 sentyabr 2020ci il tarixli, 3(002)-1030/2020 nömrəli qərardadı ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən səlahiyyətli orqana geri qaytarılmış, lakin həmin material səlahiyyətli orqan tərəfindən mövcud çatışmazlıqılar aradan qaldırılaraq yenidən 28 dekabr 2020-ci il tarixdə məhkəməyə göndərilmiş və 06 yanvar 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Samux rayonu, Alabaşlı kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 31R2874/31R1865 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə 10.07.2020-ci il tarixdə “İpək Yolu” gömrük postunda baxış keçirilmişdir. Baxış zamanı 31R2874/31R1865 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********3913 sorğu nömrəli, 10.07.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan mallardan əlavə 1 (bir) ədəd karton qutuda gömrük orqanına bəyan edilməyən üzərində “Sendhe” sözü yazılan, 9 qutu, hər qutuda 2 konvalyut olmaqla, hər konvalyutda 12 həb olmaqla, cəmi 24 həb, (3 qutu limon, 3 qutu nanə, 3 qutu narinqı), üzərində “Ecbalium 30 ml sprey” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “ASO-H 150 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “Kidney Plus 50 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində hec bir yazısı olmayan 12 konvalyut, hər konvalyutda 15 kapsula, üzərində “Renusept” sözü yazılan 9 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “Deprepr" sözü yazılan 17 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində ı:Deprepr" sözü yazılan (selofan paketdə) 366 kapsul, üzərində “URO-TT” sözü yazılan (selofan paketdə) 330 kapsul, üzərində “URQ-TT” sözü yazılan 21 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “OXSA-ZNC" sözü yazılan 11 konvalyut, hər konvalyutda 10 kapsul dərman preparatlarına bənzər yük olduğu müəyyən edilərək götürülmüşdür. 00100-1418/20 nömrəli materialın araşdırılması üzrə qeyd olunan malın kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan dərman preparatlarına oxşar predmetlərin narkotik vasitələrə, psixotrop maddələrə və güclü təsir edən maddələrə aid olub-olmaması, növü, ümumilikdə və ayrı-ayrılıqda təsiredici maddəsi, miqdarının müəyyən edilməsi və 10.07.2020-ci il tarixə orta bazar qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400- 013/006-22/005410 nömrəli 14.07.2020-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 6/1320-9/2514 saylı 17.08.2020-ci il tarixli məhkəmə ekspertizası rəyində ekspertiza tədqiqatına təqdim edilmiş dərman preparatları narkotik vasitələrə, psixotrop maddələrə və güclü təsir edən maddələrə aid olmadığı, dərman preparatlarının üzərilərində markalanma göstəriciləri (ticari adı, yararlıq müddəti, ştrix kodu və s) olmadığından həmin preparatların qiymətini müəyyən etmək mümkün olmadığı, “Sendhe Medicure” qöstəricili həblərin qablasmaları üzərindəki tarix göstəricilərinə görə yararlıq müddəti keçmədiyi, digər dərman preparatlarının qablasmaları üzərilərində tarix göstəriciləri olmadığı üçün onların yararlıq müddətinin müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Araşdırma nəticəsində, Samux rayonu Alabaşlı kəndində qeydiyyatda olan Şəxs MMC **********3913 sorğu nömrəli, 10.07.2020-ci il tarixli gömrük bəyannaməsində yuxarıda adları və sayları qeyd olunan dərman preparatlarını bəyan etməli olduğu halda, dərman preparatlarını gömrük orqanına bəyan etmədiyi müəyyən edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, Dövlət Gömrük Komitəsi və onun strukturuna daxil olan bölmələr öz səlahiyyətləri çərçivəsində gömrük rüsum və ödənişlərini toplamaq ilə yanaşı eynilə gömrük nəzarətini də müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirir. Müvafiq olaraq gömrük nəzarəti qanunvercilikdə nəzərdə tutulan üsul və vasitələr ilə yerinə yetirilməkdədir. Malların gömrük ərazisinə gətirilərkən bəyan edilməsi qaydalarından irəli gələrək idxalatçılar gömrük orqanlarına malları şifahi, kağız üzərində yazılı, yaxud elektron formada bəyan edirlər. Bəyannamə tərtib edilərkən idxalatçılar tələb olunan məlumatları faktiki idxal etdikləri mallara uyğun təqdim etməyə borcludurlar. Bu qaydaların tələblərini pozaraq mallara dair məlumatları düzgün təqdim edilmədiyi təqdirdə bu malların predmetinin dəyərindən asılı olaraq, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Samux rayonu, Alabaşlı kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 31R2874/31R1865 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə 10.07.2020-ci il tarixdə “İpək Yolu” gömrük postunda baxış keçirilmişdir. Baxış zamanı 31R2874/31R1865 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********3913 sorğu nömrəli, 10.07.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan mallardan əlavə 1 (bir) ədəd karton qutuda gömrük orqanına bəyan edilməyən üzərində “Sendhe” sözü yazılan, 9 qutu, hər qutuda 2 konvalyut olmaqla, hər konvalyutda 12 həb olmaqla, cəmi 24 həb, (3 qutu limon, 3 qutu nanə, 3 qutu naringi), üzərində “Ecbalium 30 ml sprey” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “ASO-H 150 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “Kidney Plus 50 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində hec bir yazısı olmayan 12 konvalyut, hər konvalyutda 15 kapsula, üzərində “Renusept” sözü yazılan 9 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “Deprepr” sözü yazılan 17 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “Deprepr” sözü yazılan (selofan paketdə) 366 kapsul, üzərində “URO-TT” sözü yazılan (selofan paketdə) 330 kapsul, üzərində “URO- TT” sözü yazılan 21 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “OXSA-ZNC” sözü yazılan 11 konvalyut, hər konvalyutda 10 kapsul dərman preparatlarına bənzər yük olduğu müəyyən edilmiş, buna görə də Təhqiqat şöbəsinə faktla bağlı araşdırma aparmaq tapşırılmışdır. Raport daxil olduqdan sonra Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş başlanılmış, ekspertiza təyin edilmiş və digər hərəkətlər aparılmışdır. Hüquqi şəxsin gömrük rəsmiləşdirməsində iştirak edən qanuni təmsilçisi ilə yanaşı toplanılmış digər subutlar inzibati xətanın törədilməsi, hüquqi şəxsin xətada təqsirini müəyyən etmək üçün kifayət olduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə verilmişdir. Hazırda Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi təsdiq olunduğuna görə "xxxx" MMC təqsirli bilinməsi və hüquqi şəxs qismində barəsində tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səəbdən də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə haqqında 10.07.2020-ci il tarixli protokoldan görünür ki, 31R2874/31R1865 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********3913 saylı, 10.07.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan mallardan əlavə 1 ( bir) ədəd karton qutuda gömrük orqanına bəyan edilməyən üzərində “Sendhe” sözü yazılan, 9 qutu, hər qutuda 2 konvalyut olmaqla, hər konvalyutda 12 həbolmaqla, cəmi 24 həb, (3 qutu limon, 3 qutu nanə, 3 qutu naringi), üzərində “Ecbalium 30 ml sprev” sözü vazılan 3 ədəd süsə flakonda, üzərində “ASO-H 150 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “Kidney Plus 50 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində hec bir yazısı olmayan 12 konvalyut, hər konvalyutda 15 kapsula, üzərində “Renusept” sözü yazılan 9 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “Deprepr” sözü yazılan 17 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “Deprepr” sözü yazılan (selofan paketdə) 366 kapsul, üzərində “URO-TT” sözü yazılan (selofan paketdə) 330 kapsul, üzərində “URO-TT” sözü yazılan 21 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “OXSA-ZNC” sözü yazılan 11 konvalyut, hər konvalyutda 10 kapsul dərman preparatlarına bənzər yük olduğu müəyyən edilmişdir. 31.08.2020-ci il tarixli 00100-1418/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Samux rayonu, Alabaşlı kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 31R2874/31R1865 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə 10.07.2020-ci il tarixdə “İpək Yolu” gömrük postunda baxış keçirilmişdir. Baxış zamanı 31R2874/31R1865 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********3913 sorğu nömrəli, 10.07.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan mallardan əlavə 1 (bir) ədəd karton qutuda gömrük orqanına bəyan edilməyən üzərində “Sendhe” sözü yazılan, 9 qutu, hər qutuda 2 konvalyut olmaqla, hər konvalyutda 12 həb olmaqla, cəmi 24 həb, (3 qutu limon, 3 qutu nanə, 3 qutu narinqı), üzərində “Ecbalium 30 ml sprey” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “ASO-H 150 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “Kidney Plus 50 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində hec bir yazısı olmayan 12 konvalyut, hər konvalyutda 15 kapsula, üzərində “Renusept” sözü yazılan 9 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “Deprepr" sözü yazılan 17 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində ı:Deprepr" sözü yazılan (selofan paketdə) 366 kapsul, üzərində “URO- TT” sözü yazılan (selofan paketdə) 330 kapsul, üzərində “URQ-TT” sözü yazılan 21 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “OXSA-ZNC" sözü yazılan 11 konvalyut, hər konvalyutda 10 kapsul dərman preparatlarına bənzər yük olduğu müəyyən edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1320, 9/2514 nömrəli `17.08.2020-ci il tarixli rəyindən görünür ki, İnternet saytlarında və eləcə də Bakı şəhərində apteklərdə “Sendhe medicure” adlı həblərin satışı və qiymətləri barədə məlumat olmadığından qiymətini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş digər dərman preparatlarının üzərlərində markalanma tacirləri (ticari adı, yararlıq müddəti, ştrix kodu və s.) olmadığından həmin preparatların qiymətini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 3(002)- 1030/2020 nömrəli qərardadından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4167 nömrəli 02.12.2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 9 qutu (hər qutuda 2 konvalyut olmaqla, hər konvalyutda 12 həb olmaqla, cəmi 24 həb) dərman preparatlarının 10.07.2020-ci il tarixə 1 qutusunun orta bazar qiyməti təxminən 11.40 manat, 9 qutusunun qiyməti isə 102.60 manat müəyyən edilir. Üzərində “Ecbalium 30 ml sprey” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “ASO- H 150 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “Kidney Plus 50 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində hec bir yazısı olmayan 12 konvalyut, hər konvalyutda 15 kapsula, üzərində “Renusept" sözü yazılan 9 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “Deprepr” sözü yazılan 17 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “Deprepr” sözü yazılan (selofan paketdə) 366 kapsul, üzərində “URO-TT” sözü yazılan (selofan paketdə) 330 kapsul, üzərində “URO-TT” sözü yazılan 21 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “OXSA-ZNC” sözü yazılan 11 konvalyut, hər konvalyutda 10 kapsul dərman preparatların üzərində markalanma göstəriciləri (ticari adı, yararlılıq müddəti, ştrix kodu və s.) olmadığından həmin preparatların qiymətini müəyyən etmək mümkün olmadı. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Ati Pharma» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasının hədləri daxilində gömrük orqanına bəyan edilməyən həblər və dəriman pereparatları (mallar) müsadirə edilməklə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Ati Pharma» MMC-dən tutularaq dövlət hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: ünvan 3 ünvanında yerləşən Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavəsitə obyekti olan hüquqi şəxsdən götürülmüş Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlanılan inzibati xətanın bilavasitə obyekti olan üzərində “Sendhe” sözü yazılan, 9 qutu, hər qutuda 2 konvalyut olmaqla, hər konvalyutda 12 həb olmaqla, cəmi 24 həb, (3 qutu limon, 3 qutu nanə, 3 qutu narinqı), üzərində “Ecbalium 30 ml sprey” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “ASO-H 150 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “Kidney Plus 50 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində hec bir yazısı olmayan 12 konvalyut, hər konvalyutda 15 kapsula, üzərində “Renusept” sözü yazılan 9 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “Deprepr" sözü yazılan 17 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində ı:Deprepr" sözü yazılan (selofan paketdə) 366 kapsul, üzərində “URO-TT” sözü yazılan (selofan paketdə) 330 kapsul, üzərində “URQ-TT” sözü yazılan 21 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “OXSA-ZNC" sözü yazılan 11 konvalyut, hər konvalyutda 10 kapsul dərman preparatları dövlət nəfinə müsadirə edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 281,82 manat (iki yüz səksən bir manat, səksən iki qəpik) pul vəsaiti Şəxs MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-152/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-152/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver