Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-152/2025 24.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyat olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-834/2019 saylı, 09 aprel 2019cu il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-834/2019 saylı, 09 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh Şəxs qarşı müqavilə üzrə borcun və hesablanmış cərimə məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Şəxs 5967.90 manat əsas, 127.00 manat cərimə borcu olmaqla, cəmi 6094.90 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi, məhkəmədə iddia qaldırılması ilə bağlı 30 manat dövlət rüsumunun 10 manatı iddiaçı "xxxx" ASC-yə, 20 manatı cavabdeh Şəxs aid edilməsi, cavabdeh Şəxs 20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 19 fevral 2021ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu gün 300 manat olmaqla ümumilikdə borcundan 1394 manat ödəniş etmiş, 4774 manat borcu qalmışdır. O öz izahatında borclunun çağırışlardan yayınmadığını da qeyd etmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən borclunun barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsinə əsasən 24 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında daha sonra tələbkar hüquqi şəxsin nümayəndəsi ilə əlaqə saxladığını, tələbkarın nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyini, lakin borcun tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişir. Odur ki, Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, onun yuxarıda qeyd olunan borc məbləğindən məlumatı olmuşdur. Əvvəllər borcundan min manata yaxın ödəniş etmişdir. Bu gün, məhkəmə iclasından qabaq tələbkara olan borcundan daha üç yüz manat ödəniş etməklə 1394 manat ödəniş etmişdir. Qalan 4774 manat borcunun yaranmasına səbəb onkoloji xəstə olan anasının müalicəsi üçün çəkdiyi xərclərin çox olması, daha sonradan isə işləmədiyi üçün hər hansı gəlirə malik olmaması olmuşdur. Bu yaxınlarda idarələrin birində “avtoçilingər” kimi işə götürülmüşdür. Şərait yaradılacağı təqdirdə növbəti aylardan hər ay beş yüz manat ödəniş edərək borcunu bağlayacağını bildirmiş, buna görə də ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, barəsində başlanılmış inzibati iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Bundan başqa məhkəmə iclasında borclunun icra məmurunun çağırışlarına da məhəl qoymaraq gəlmədiyi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 24 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaranmış borcundan müəyyən ödənişlər etməsini və bu iş üzrə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-152/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-152/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver