Məhkəmə qərarları › İş №3(002)-1521/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1521/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1521/2021 13.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X1, Zərərçəkmiş şəxs X11 qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1985-ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 13 dekabr 2021-ci il tarixli MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs arvadı X11 qızını 19 noyabr 2021-ci il yaşadıqları evdə və 02 dekabr 2021-ci il tarixdə saat təxminən 19:00 radələrində 166 saylı məktəbin yaxınlığında döymüşdür. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X6 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X6 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis kapitanı Əlizamin Ağayevin 25 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına və Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Valeh Orucovun 08 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərarlara əsasən Şəxs arvadı X11 qızını döyməsi əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli məqsədi ilə qərarın surətinin 10-cu PB-nə təqdim edilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 öz izahatında bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi, yəni həyat yoldaşı Şəxs və övladları, 2009-cu il təvəllüdlü X10 və 2012-ci il təvəllüdlü X8 ilə birlikdə yaşayır. Həyat yoldaşı Şəxs dörd ildir ki, mütəmadi olaraq spirtli içki qəbul edir, heç bir yerdə işləmir. Mütəmadi olaraq onunla mübahisə edir və bir neçə dəfə, o cümlədən 19 noyabr 2021-ci il tarixdə yaşadığı mənzildə və sonuncu dəfə 02 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində evə gələrkən 166 saylı məktəbin yaxınlığında Şəxs qarşısına çıxmış və mağazadan spirtli içki alıb qəbul etdiyini və mağazaya borclarının olduğunu bildirmişdir. Ondan qızları Nurcanın təqaüd kartının verməsini tələb etmiş, o kartı vermədikdə küçədə onunla mübahisə etmiş, əli ilə başına ayağı ilə ayağına vuraraq xəsarətlər yetirmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, hal-hazırda əri Şəxs qarşı şikayətçi olsa da, ailəsinin dağılmamasına görə onun inzibati qaydada həbs olunmasını istəmir. Bu barədə məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oxşar izahat verərək bildirmişdir ki, 19 noyabr 2021-ci il tarixdə yaşadığı mənzilə içkili vəziyyətdə gəldiyi üçün arvadı ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı əli ilə onu vurmuşdur. Bundan başqa 02 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində 166 saylı məktəbin yaxınlığında X2 qarşısına çıxmış və mağazadan spirtli içki alıb qəbul etdiyini və mağazaya boclarının olduğunu bildirmişdir. Ondan qızları Nurcanın təqaüd kartının verməsini tələb etmiş, X11 kartı vermədikdə küçədə onunla mübahisə etmiş əli ilə başına ayağı ilə ayağına vuraraq xəsarətlər yetirmişdir. Hal-hazırda törətdiyi əəldən peşiman olduğunu, bir daha spirtli içki qəbul etməyəcəyini və arvadını döyməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis kapitanı Əlizamin Ağayevin 25 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından və Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Valeh Orucovun 08 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və onun əməlində X5 qəsdən döyərək sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi üçün barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli məqsədi ilə Qərarın surətinin 10-cu PB-nə təqdim edilməsi qərara alınmışdır. İş üzrə keçirilmiş Məhkəmə Tibbi Ekspertizası və X3 Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli 845 nömrəli ekspert rəyindən görünür ki, X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunmuş xəsarətlərsağ saidin sıyrıqları bərk küt əşya(əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən 19.11.2021-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş Məhkəmə Tibbi Ekspertizası və X3 Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli 884 nömrəli ekspert rəyindən görünür ki, X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunmuş xəsarət sağ əlin İİ barmağının sıyrığı bərk küt əşyanın təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən 02.11.2021-ci il tarixdə törənmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini və ən əsası arvadı X2 ona inzibati həbs tətbiq edilməməsi ilə bağlı təkidli xahişini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar