Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1523/2025 07.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi ilə, Şəxs (bundan sonra - Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında protokolundan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/010458 saylı, xx.xx.2025-ci il tarixli raporta əsasən Şəxs MMC ünvanına idxal olunan yük **********2495 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı sözügedən gömrük bəyannaməsi ilə birgə gömrük orqanına təqdim olunmuş sənədlər yoxlanılarkən sözügedən gömrük bəyannaməsindən əvvəl təqdim edilən **********6466 sorğu nömrəli qısa idxal bəyannaməsinin 8-ci qrafasında Malı qəbul edən/İdxalatçı kimi Avenue.Az MMC-nin qeyd olunduğu, **********2495 sorğu nömrəli gömrük bəyannaməsi 8-ci qrafasında Malı qəbul edən/İdxalatçı kimi isə Şəxs MMC-nin göstərildiyi, bu səbəbdən də **********2495 sorğu nömrəli gömrük bəyannaməsinin qısa idxal bəyannaməsi olmayan kimi rəsmiləşdirildiyi məlum olmuşdur. Beləliklə Şəxs MMC-nin ünvanına İngiltərədən gələn və Bakı Baş Gömrük İdarəsində **********2495 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklə bağlı **********6466 sorğu nömrəli qısa idxal bəyannaməsinin 8-ci qrafasında Malı qəbul edən/İdxalatçı kimi səhvən Avenue.Az MMC kimi qeyd olunmaqla Şəxs MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildiriş və poçt göndərişləri reyestrinin surətindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs – Şəxs MMC-nə və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqanın səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqanın səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan İpəkyolu gömrük postundan daxil olmuş xx.xx.2025-ci il tarixli raporta əsasən "xxxx" MMC tərəfindən 52EM905 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş Yeməklərin qızdırılması üçün məmulatlar (Barkodu:**********02279) adlı mallara dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bu istiqamətdə araşdırma aparılmasına göstəriş verilməsi xahiş olunmuşdur. İşə əlavə olunan **********2495 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, həmin bəyannamənin 8-ci qrafasında Malı qəbul edən/İdxalatçı kimi Şəxs MMC qeyd olunmuşdur. İşə əlavə olunan **********6466 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, həmin bəyannamənin 8-ci qrafasında Malı qəbul edən/İdxalatçı kimi Avenue.Az MMC qeyd olunmuşdur. İşə əlavə olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İşə əlavə olunan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Şəxs MMC-ni Gömrük Komitəsində, Gömrük idarəsinin bütün orqanlarında təmsil etmə səlahiyyətləri həmin MMC-nin mühəndisi X2 həvalə olunmuşdur. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 inzibati protokolda əks olunan izahatından görünür ki, Şəxs MMC ünvanına gələn yüklə bağlı **********6466 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixdə, saat 23:51-də rəsmiləşdirilmək üçün göndərilmişdir. Lakin **********6466 sorğu nömrəli qısa idxal bəyannaməsinin 8-ci qrafasında Malı qəbul edən/İdxalatçı kimi səhvən Avenue.Az MMC qeyd olunmuşdur. Bu səbəbdən də **********2495 sorğu nömrəli gömrük bəyannaməsinin qısa idxal bəyannaməsi olmayan kimi sistemdə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs MMC-nin ünvanına İngiltərədən gələn və Bakı Baş Gömrük İdarəsində **********2495 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklə bağlı **********6466 sorğu nömrəli qısa idxal bəyannaməsinin 8-ci qrafasında Malı qəbul edən/İdxalatçı kimi Avenue.Az MMC qeyd olunmuş, bununla da Şəxs MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: AZ1155, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1523/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1523/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver