Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1524/2023 15.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Şəxs ASC-nin barəsində İXM-nin 496.1-ci maddəsilə daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin "Xüsusi gömrük prosedurları" şöbəsindən daxil olmuş 34/012/017873 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, raportda qeyd edilən Hacıqabul rayonu, Navahi ünvanında qeydiyyatda olan "xxxx" ASC (VÖEN: **********) tərəfindən **********1859 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti bitmiş, lakin həmin müddət bitənədək Şəxs ASC tərəfindən həmin yüklər digər gömrük proseduru altında yerləşdirilməmişdir. Bundan başqa 00100-01690/23 saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, raportda qeyd edilən Hacıqabul rayonu, Navahi ünvanında qeydiyyatda olan Şəxs ASC (VÖEN: **********) tərəfindən **********1870 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların müvəqqət saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti bitmiş, lakin həmin müddət bitənədək "AzeSteelCompany” ASC tərəfindən həmin yüklərin digər gömrük proseduru altında yerləşdirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC Qaradağ rayon məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, barələrində xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi üzrə iki fərqli inzibati xəta haqqında protokol tərtib edilmiş və tənbeh tədbirlərinin tətbiq edilməsi üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Lakin, hər İki protokol üzrə iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir və hal-hazırda hər iki iş məhkəmənin icraatındadır. "xxxx" ASC həqiqətən də, hərəkətsizlik formasında İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı arzu etmədən törətmişdir. Lakin, Bakı Baş Gömrük İdarəsinin inspektorları tərəfindən bir inzibati xətaya görə 2 fərqli inzibati protokol tərtib edilmiş və hər ikisi iki fərqli cərimənin tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. Bu baxımdan bir inzibati xətaya görə iki fərqli protokolun tərtib edilməsi qanunsuzdur. Belə ki, "xxxx" ASC-nin idxal etdiyi mallar iki fərqli qeyri-rezident satıcıdan alınsa və iki fərqli bəyannamə ilə bəyan edilsə də, hər iki bəyannamə eyni tarixdə bəyan edilmiş, bir müraciət ərizəsi üzrə eyni tarixdə və saatda bir mal partiyası kimi müvəqqəti saxlanc anbarı na qəbul edilmiş və hər ikisinin müvəqqəti saxlanc müddətinin son tarixi eyni, yəni xx.xx.2023-cü il il müəyyən edilmiş, bütün mallar üzrə də gecikmə, yəni mallar üzərində növbəti prosedurun aparıldığı tarixdə eyni olmuşdur. Qeyd olunan hallar düzgün qiymətləndirildikdə görünür ki, bu mallara bir mal partiyası kimi qiymət verilməli və yekunda bir inzibati xəta tərkibinin mövcud olduğu qənaətinə gəlinməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 9-cu bəndinə (ədalətlilik prinsipi) əsasən də, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Xahiş edirik ki, qeyd edilən halları nəzərə alaraq məhkəmə icraatında olan 3(002)-1525/2023 və 3(002)-1524/2023 nömrəli işlərin bir məhkəmə icraatında birləşdirilməsi barədə qərardad və inzibati xətanın ilk dəfə törədilməsini nəzərə alaraq tərtib edilmiş iki protokol üzrə xətanın sanksiyası ilə nəzərdə tutulmuş aşağı həddə cərimənin tətbiq edilməsi İlə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs ASC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs ASC Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1524/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1524/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver