Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1524/2025 15.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Şəxs nümayəndəsi X5 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 iyul 2025-ci il tarixli, 01400-05681/25 (EP № 0219277) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2024-cü ilin avqust ayında **********6889 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 8877,60 ABŞ dolları (15091,92 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar "xxxx" MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixində ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 1il 37 olduğu və rəhbərinin X4 olduğu məlum olmuşdur. Bundan sonra, "xxxx" MMC-nin qeydiyyatda olduğu (Bakı şəhəri, ünvan 2 ünvana xx.xx.2025-ci il tarixində 3-33-1700/2-000523/2025 saylı bildiriş, həmçinin də şirkətin rəhbəri X3 yaşadığı ünvana xx.xx.2025-ci il tarixli, 3-33- 1700/2-002367/2025 saylı məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 8877,60 ABŞ dolları (15091,92 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli "X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında" protokoldan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2024-cü ilin avqust ayında **********6889 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 8877,60 ABŞ dolları (15091,92 manat) məbləğində vəsait "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" MMC 2024-cü ilin avqust ayında **********6889 nömrəli gömrük bəyannaməsi üzrə 8877,60 ABŞ dolları (15091,92 qədər Azərbaycan manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Beləliklə də, Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 15091,92 (on beş min doxsan bir manat, doxsan iki qəpik) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X7 izahatında bildirmişdir ki, Şəxs tərəfindən 2024-cü ilin avqust ayı ərzində Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirilərək ixrac olunmuş mallara görə əldə olunmuş valyuta vəsaiti Şəxs MMC-nin bank hesabına mal alan firma tərəfindən məhsul ixrac olunmazdan bir həftə öncədən köçürülmüşdür. Bununla bağlı ödəniş tapşırığı və hesabdan çıxarış mövcuddur. Lakin mal alan şirkət tərəfindən köçürülmənin təyinatında müqavilənin nömrəsi qeyd olunmadığından həmin sənədlər gömrük orqanı tərəfindən qəbul olunmamışdır. Əlavə olaraq bildirmək istəyir ki, köçürülmə zamanı bank tərəfindən komissiya tutulduğundan və vəsait mal ixracından əvvəl qabaqcadan ödəniş əsasında göndərildiyi üçün gömrük bəyannaməsində qeyd olunan məbləğ arasında fərq yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmanın təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (Vöen: **********) 2024-cü ilin avqust ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 8877,60 ABŞ dolları dəyərində "meyvə" məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə X6 ixrac etmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq "xxxx" MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli 3-33-1700/2-000523/2025 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar araşdırma aparılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur İşdə olan xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, Xaçmaz Gömrük İdarəsində "xxxx" MMC tərəfindən rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün aparılan araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin "VAİS" sisteminə baxış keçirilərək "xxxx" MMC tərəfindən 2024-cü ilin avqust ayı ərzində Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan **********6889 nömrəli gömrük bəyannaməsi üzrə 8877,60 ABŞ dolları (15091,92 manat) məbləğində vəsaitin "xxxx" MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. İşdə olan "xxxx" MMC rəhbərliyinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 2024-cü ilin avqust ayı ərzində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********6889 nömrəli gömrük bəyannaməsi əsasında ixrac olunan yüklərin müqabilində Azərbaycan Respublikasında müvəkkil olunmuş bankda olan hesabınıza məcburi qaydada köçürülməli olan, ümumilikdə 8877,60 ABŞ dolları (15091,92 manat) məbləğində valyuta vəsaitinin xaricdən qaytarılmaması faktı ilə bağlı Şəxs barəsində Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırma ilə əlaqədar müvafiq təsdiqedici sənədlərlə birlikdə xx.xx.2025-ci il tarixində, saat 14:00-da Xaçmaz Gömrük İdarəsinə gəlmələri xahiş olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli məktublar və poçt qəbzindən görünür ki, "xxxx" MMCyə iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolun və işə baxılmanın yeri və vaxtı haqqında qərardadın surəti göndərilməklə Xaçmaz Gömrük İdarəsində aparılan inzibati xəta haqqında 01400-05681/25 saylı işə ünvan 4 ünvanda xx.xx.2025-ci il tarixində, saat 14:00-da baxılacağı, işə baxılmada nümayəndənin iştirak etməyi üçün qeyd olunan ünvana gəlməyi, əks təqdirdə iştirakları olmadan işə baxılacağı barədə xəbərdarlıq olunmuşdur. Məhkəməyə "xxxx" MMC-nin nümyəndəsi tərəfindən təqdim olunmuş ödəniş tapşırığı və hesabdan çıxarışdan görünür ki, X9 Tradıng L.L şirkəti tərəfindən meyvə məhsulu alımına görə "xxxx" MMC-nin bank hesabına 8553.46 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə 2024-cü ilin avqust ayında **********6889 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş malların müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 8877,60 ABŞ dolları (15091,92 manat) məbləğində vəsait "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Məhkəmə "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş ödəniş tapşırığı və hesabdan çıxarış, həmin sənədlər əsasında məhsul ixracına görə əldə olunmuş valyuta vəsaitinin qaytarılmasının təsdiq olunması barədə dəlilə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim olunmuş sənədlərdə köçürülməyə əsas olmuş müqavilə barədə məlumatlar qeyd edilməməklə bərabər köçürmə məbləği də **********6889 nömrəli gömrük bəyannaməsində əks olunan məbləğlə uyğunluq təşkil etməmişdir. Belə olan halda məhkəmə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmisinin təsdiq olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, xətanın törədilmə müddətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129,130 və 483-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs (**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olan 8877,60 ABŞ dolları valyuta vəsaiti məbləğinin qırx faizi miqdarında - 3551,04 ABŞ dolları, inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq, 6037 manat (altı min otuz yeddi) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1524/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1524/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver